Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 33:1—24

MÜNDƏRİCAT

  • Salehlər üçün ədalət və ümid (1—24)

    • Yehova Hakim, Qanunverən və Padşahdır (22)

    • «Xəstəyəm» deyən olmayacaq (24)

33  Vay halına, ey viran görməmiş virançı,+ Ey xəyanət dadmamış xain! Virançılığın başa çatanda sən də viran qalacaqsan,+ Xainliyin başa çatanda sən də xəyanət dadacaqsan.   Ey Yehova, bizə lütf göstər,+ Ümid yerimiz Sənsən. Hər səhər gücümüz*+ ol, Dar gündə nicatımız ol.+   Gurultundan xalqlar qaçır. Sən qalxanda ümmətlər pərən-pərən olur.+   Acgöz çəyirtkələrtək daraşıb malını talan edəcəklər; Çəyirtkə sürüləri kimi malının üstünə cumacaqlar.   Yehova ucalacaq, Çünki məskəni ucalardadır. O, Sionu ədalətlə, salehliklə dolduracaq.   O, sənin dövrünün səbatıdır, Onun xəzinəsi Yehova xofudur,+ sayagəlməz qurtuluşlardır,+ hikmətdir, bilikdir.   Budur, onların qəhrəmanları küçədə bağırır; Sülh elçiləri acı-acı ağlayır.   Baş yollar bomboşdur; Yollarla gedib-gələn yoxdur. O*, əhdi pozdu, Şəhərlərə həqarət etdi; Onun üçün insan heç nədir.+   Ölkə yas tutub*, saralıb solur. Livan xəcalət çəkir,+ çürüyüb gedib. Şaron səhratək olub, Başanla Karmel yarpağını tökür.+ 10  Yehova deyir: «Budur, qalxıram, Özümü ucaldacağam,+ Özümü yüksəldəcəyəm. 11  Bətndə quru ot daşıyıb küləş doğursunuz, Öz ruhunuz sizi yandırıb külə döndərəcək.+ 12  Xalqlar yanmış əhəng kimi olacaq. Kəsilmiş tikan kimi yandırılacaqlar.+ 13  Ey uzaqda olanlar, nə edəcəyimi eşidin! Siz, ey yaxındakılar, Mənim gücümü tanıyın. 14  Sion günahkarları qorxu içindədir.+ Dönükləri əsməcə tutub: “Yandırıb-yaxan od olan yerdə hansımız yaşaya bilər?+ Sönməz alova hansımız dözə bilər?” 15  Daima salehlikdə addımlayan,+ Doğru danışan,+ Haram, nadürüst gəliri rədd edən, Əlini rüşvətdən uzaq tutan,+ Qan tökənlərin məşvərətinə qulaq tıxayan, Pisliyi görməmək üçün gözlərini bağlayan kəs 16  Uca zirvələrdə yaşar, Qaya istehkamları ona sığınacaq olar, Ruzisi tükənməz, Suyu qurtarmaz».+ 17  Sənin gözlərin padşahı cah-calalında görəcək, Uzaqlardakı diyarı görəcək. 18  O dəhşəti ağlından keçirərək deyəcəksən: «Hanı o mirzə? Hanı o xəracı ölçən?+ Hanı o bürcləri sayan?» 19  Daha o azğın xalqı görməyəcəksən, O xalqı ki dili anlaşılmazdır, Nə kəkələdiyini başa düşmürsən.+ 20  Siona, bayramlar keçirdiyiniz şəhərə bir bax!+ Görəcəksən, Yerusəlim dinclik məkanıdır, Sökülməz bir çadır kimidir.+ Mıxları çıxarılmaz, İplərindən biri də qırılmaz. 21  Əzəmət Sahibi Yehova Bizim üçün qoynundan çaylar, enli arxlar axan məkan olacaq, Oraya avarlı gəmi donanması girməz, Əzəmətli gəmilər oradan keçməz. 22  Çünki Yehova bizim Hakimimizdir,+ Yehova bizim Qanunverənimizdir,+ Yehova bizim Padşahımızdır,+ Bizi qurtaran Odur.+ 23  Sənin iplərin boşalacaq; Dor ağacı möhkəm durmur, yelkən tarım çəkilmir. O vaxt çoxlu talan malı paylanacaq, Hətta axsaqlar bol qənimət götürəcək.+ 24  Heç bir sakin «xəstəyəm» deməyəcək.+ Orada yaşayanların günahı bağışlanacaq.+

Haşiyələr

Yaxud qolumuz.
Düşmən.
Digər variant: quruyur.