Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 32:1—20

MÜNDƏRİCAT

  • Adil padşah və rəhbərlər (1—8)

  • Arxayın qadınlara xəbərdarlıq (9—14)

  • Ruhun yağdırdığı nemətlər (15—20)

32  Budur, padşah+ salehlik uğrunda hökmranlıq edəcək,+Rəhbərlər ədalət uğrunda başçılıq edəcək.   Hər biri küləkdən daldalanacaq,Leysandan sığınacaq,Susuz diyarda axar çaylar,+İstidən qovrulan diyarda nəhəng qaya kölgəsi kimi olacaq.   O zaman görən gözlər daha bağlanmayacaq,Eşidən qulaqlar dinləyəcək.   Çılğın qəlblər biliyə meyil salacaq,Pəltək dillər apaydın danışacaq.+   Daha axmağa səxavət sahibi,Alçaq adama alicənab deməyəcəklər.   Axmaq adam səfeh-səfeh danışar,Ürəyində fitnə-fəsad qurar,+İşi-gücü kafirlik*, Yehovaya qarşı küfr danışmaqdır,Ac adamı yeməksiz,Susayanı susuz qoymaqdır.   Alçaq adamın yolları məkrlidir;+O, rəzilliyi tərifləyir,Yalanlarla məzlumun həyatını məhv edir,+Baxmayaraq, yazıq həqiqəti danışır.   Səxavətli insanınsa niyyətləri nəcibdir,Onun amalı hər an səxavət göstərməkdir.   «Ey arxayın oturmuş qadınlar, yerinizdən qalxın, səsimə qulaq verin! Ey qayğısız qızlar,+ sözümü dinləyin! 10  Bir ilin üstündən bir az ötəcək, qayğı çəkməyən sizlər təlaşa düşəcəksiniz,Çünki üzüm yığımı mövsümü bitəcək, amma məhsul olmayacaq.+ 11  Titrəyin, ey arxayın oturmuş qadınlar! Əsim-əsim əsin, ey qayğısızlar! Lüt soyunun,Belinizə çul bağlayın.+ 12  Gözəl tarlalardan, məhsuldar meynələrdən ötrüAğı deyib sinə döyün. 13  Xalqımın torpağını,Vaxtilə şənlik sədaları ilə çağlayan evləri,O şad-xürrəm şəhəri tikan, kol-kos basacaq.+ 14  Qala bürcləri bomboş,Haylı-küylü şəhər sakinsizdir.+ Ofel+, gözətçi qülləsi əbədi biyabana dönüb,Çöl eşşəyinin oylağına,Sürü otlağına çevrilib.+ 15  Üstümüzə yuxarıdan ruh yağmayınca,+Səhra meyvə bağına dönməyincə,Bağ meşətək olmayınca belə olacaq.+ 16  Onda səhralıqda ədalət məskən salacaq,Meyvə bağında salehlik yuva quracaq.+ 17  Əsil salehlik sülh gətirəcək,+Əsil salehliyin bəhrəsi daimi dinclik, əmin-amanlıq olacaq.+ 18  Mənim xalqım dinclik hökm sürən yurdlarda,Təhlükəsiz yerlərdə, sakit məkanlarda yaşayacaq.+ 19  Meşəni isə dolu düzəngaha çevirəcək,Şəhər yerlə yeksan olacaq. 20  Ey bütün sular kənarında toxum səpənlər,Öküzü, eşşəyi sərbəst buraxanlar, nə bəxtiyarsınız!»+

Haşiyələr

Yaxud dönüklüyü tərənnüm etmək.