Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 31:1—9

MÜNDƏRİCAT

  • Əsil kömək Allahdandır (1—9)

    • Misir atları cisimdir (3)

31  Kömək üçün Misirə gedən,+ Atlara güvənən,+ Cəng arabalarının sayına arxalanan, Güclü döyüş atlarına* bel bağlayan kəslərin vay halına! Onlar İsrailin Müqəddəsinə tərəf baxmır, Yehovanı axtarmırlar.   O, hikmət sahibidir, bəla gətirər, Sözünü geri götürməz, O, şər iş görənlərin evinə qarşı, Bədəməlləri dəstəkləyənlərə qarşı qalxar.+   Axı misirlilər Allah deyil, fani insandır; Atları ruh deyil, cisimdir.+ Yehova əlini uzadanda Kömək edən büdrəyəcək, Kömək alan yıxılacaq; İkisi də bir yerdə məhv olacaq.   Yehova mənə belə dedi: «Ordular Allahı Yehova Sion dağı və onun təpəsi üçün vuruşmağa gələndə Başına toplaşmış çobanların səsindən qorxmayan, Onların hay-küyü qarşısında geri çəkilməyən, Şikarının üstündə nərildəyən şir kimi, cavan, güclü şir kimi gələcək.   Ordular Allahı Yehova quştək şığıyıb gələcək, Yerusəlimi müdafiə edəcək.+ Onu qoruyub xilas edəcək. Onu hifz edib qurtaracaq».  «Ey İsrail əhli, qudurğancasına asi çıxdığınız Kəsə tərəf qayıdın.+  Çünki o gün hər kəs öz əllərinin işi olan, gümüşdən, qızıldan düzəldilmiş puç allahlarını rədd edəcək.   Aşşurlu qılıncdan öləcək, amma insan qılıncından yox, Qılıncın ağzına düşəcək, amma insan qılıncının yox.+ Qılıncdan qaçacaq, Cavanları kölə ediləcək.   Qayası dəhşətdən yoxa çıxacaq, Əyanları bayrağı görəndə canlarına vəlvələ düşəcək». Çırağı Sionda, ocağı Yerusəlimdə olan Yehova belə bəyan edir.

Haşiyələr

Yaxud süvarilərə.