Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 30:1—33

MÜNDƏRİCAT

  • Misirin köməyi puçdur (1—7)

  • Camaat vəhyi rədd edir (8—14)

  • «Etibar sizin gücünüz olardı» (15—17)

  • Yehovanın xalqına göstərdiyi lütf (18—26)

    • Böyük Nəsihətçi Yehova (20)

    • «Yol budur» (21)

  • Aşşura qarşı hökmün icrası (27—33)

30  Yehova deyir: «Tərs oğulların vay halına!+Öz niyyətlərini həyata keçirirlər, Mənim yox,+Ruhuma uyğun olmayan ittifaqlar qururlar,Beləcə, günaha günah qatırlar.   Mənimlə məsləhətləşmədən+ Misirə gedirlər ki,+Firon qalasında gizlənsinlər,Misirin kölgəsinə sığınsınlar.   Lakin firon qalası sizin üçün üz qarası,Misirin kölgəsi rüsvayçılıq olacaq.+   Onun əyanları Suandadır,+Elçiləri Hanisə gedib çıxıb.   Hamı Misirə görə rüsvay olacaq,Çünki bu xalqdan heç kimə fayda yoxdur.Onlardan heç bir kömək, xeyir gəlmir,Təkcə rüsvayçılıq, xəcalət gəlir».+  Cənub heyvanlarına qarşı hökm: Elçilər mal-dövlətlərini eşşəyin belinə,Tədarüklərini dəvə donqarına yükləyibZülm-zillət diyarından,Aslanlar, nərildəyən aslanlar,Gürzələr, uçan alovlu ilanlar diyarından keçirib aparırlar. Amma bütün bunların xalqa heç bir xeyri dəyməyəcək.   Çünki Misirin köməyi boşdur, heç nədir;+ Buna görə ona «tərpənməz Rahab+» adını verdim.   «İndi dur get onların gözünün qabağında bunu lövhəyə həkk et,Kitaba yaz.+Qoy gələcək gün üçünDaimi şəhadət olaraq qalsın.+   Çünki onlar asi xalqdır,+ yalançı nəsildir,+Yehovanın qanununu* eşitmək istəməyən soydur.+ 10  Görücüyə “görmə”, Vəhy alana “bizə doğru vəhylər söyləmə”+ deyirlər. Deyirlər: “Bizə xoş olan sözlər söylə, uydurma xəyallar danış,+ 11  Yoldan dön, cığırdan çıx. Yanımızda İsrailin Müqəddəsinin adını çəkmə”».+ 12  Buna görə İsrailin Müqəddəsi belə deyir: «Bu sözü rədd edib+Yalana, saxtakarlığa güvəndiniz,Onlara arxalandınız.+ 13  Bu təqsiriniz çatlamış divar kimi olacaq,Yıxılmaq üzrə olan qarın vermiş divar kimi, Qəfildən, bir göz qırpımında uçacaq. 14  O, iri gil küp kimi sınacaq,Çilik-çilik olacaq,Bir qırığı belə, ocaqdan köz götürməyə,Gölməçədən* su götürməyə yaramayacaq». 15  Külli-İxtiyar Yehova, İsrailin Müqəddəsi belə deyir: «Mənə sarı dönüb arxayınlaşsaydınız, xilas olardınız.Sakitlik və etibar sizin gücünüz olardı».+ Amma istəmədiniz.+ 16  Əksinə, dediniz: «Xeyr, ata minib qaçacağıq!» Bəli, qaçacaqsınız. «Yüyrək atlara minib çapacağıq!»+ Elə sizi qovanlar da yüyrək olacaq.+ 17  Min nəfər bir nəfərin hədəsindən əsəcək,+Beş nəfərin hədəsindən qaçacaqsınız,Sizdən qalanlar dağ başındakı dirək,Təpə başındakı bayraq kimi olanadək.+ 18  Lakin Yehova səbirlə gözləyir ki, sizə lütf göstərsin,+O qalxacaq ki, sizə mərhəmət göstərsin.+ Çünki Yehova haqq Allahdır.+ Nə xoşbəxtdir ümidini Ona bağlayanlar*!+ 19  Camaat Siona, Yerusəlimə+ qayıdıb orada yaşayanda artıq ağlamayacaqsan.+ Sən fəryad edəndə O, sənə lütf göstərəcək, səsini eşitcək sənə hay verəcək.+ 20  Yehova sənə dərdi çörək kimi, zülmü su kimi versə də,+ Böyük Nəsihətçin artıq Özünü gizlətməyəcək, Böyük Nəsihətçini+ öz gözünlə görəcəksən. 21  İşdir, sağa və ya sola dönsən,+ qulağına arxadan bu səs gələcək: «Yol budur.+ Bu yolla get». 22  Oyma bütlərinizin gümüş örtüyünü, tökmə bütlərinizin qızıl örtüyünü murdarlayacaqsınız.+ Onları aybaşı əskisi kimi tullayıb deyəcəksiniz: «İtil!»*+ 23  Onda Allah səpdiyiniz toxumlara yağış yağdıracaq,+ torpağın məhsulu bol və bərəkətli olacaq.+ O gün mal-qaranız geniş otlaqlarda otlayacaq.+ 24  Sahədə işləyən öküz və eşşək kürəklə, yaba ilə sovrulmuş, turşəng qatılmış yem yeyəcək. 25  Böyük qırğın günündə, qüllələr yıxılanda hər uca dağda, hər hündür təpədə çaylar, arxlar axacaq.+ 26  Yehova Öz xalqının sınığını sarıdığı+ gün, vurduğu ağır yaranı sağaltdığı+ gün bədirlənmiş ayın işığı günəş işığı kimi olacaq, günəş işığı isə yeddi qat parlaq olacaq,+ yeddi günün işığı kimi. 27  Budur, uzaqlardan Yehovanın adıQəzəbi ilə alışıb yanaraq, topa buludlarla gəlir. Ağzı hirsli sözlərlə doludur,Dili yandırıb-yaxan alov kimidir.+ 28  Onun ruhu* boğaza çıxan sel kimidir,Xalqları həlak ələyində ələyəcək.Ümmətləri yoldan azdırmaq üçün ağızlarına yüyən taxacaq.+ 29  Sizin mahnınız isəBayrama hazırlaşdığınız gecə oxunan mahnı kimi olacaq,+Ürəyiniz Yehovanın dağına, İsrailin Qayasına+ qalxan,Gedə-gedə tütək çalan adam kimi cuşa gələcək. 30  Yehova qüdrətli səsini+ eşitdirəcək.Şiddətli qəzəblə,+ yandırıb-yaxan alovla,+Leysanla+, göy gurultusuyla,Dolu+ ilə enən qolunu+ aşkar edəcək. 31  Yehovanın səsindən Aşşur lərzəyə gələcək;+O, onu dəyənəklə vuracaq.+ 32  Aşşurun üzərinə Yehovanın endirdiyi cəza dəyənəyinin hər zərbəsiQaval səsi, çəng səsi ilə müşayiət olunacaq,+O, yarağını oynadaraq onlarla vuruşacaq.+ 33  Onun üçün Tofet*+ artıq hazırdır,Padşahı üçün də hazırdır.+ Odun qalağı üçün yeri dərin və enli edib,Orada çoxlu odun və güclü alov var. Yehovanın nəfəsi püskürən kükürd şırnağı kimi,Onu yandırıb-yaxacaq.

Haşiyələr

Yaxud nəsihətini.
Digər variant: çarhovuzdan.
Yaxud Onu gözləyənlər.
Digər variant: tullayıb onlara «kir» deyəcəksiniz.
Burada Tofet məhvin rəmzi olan məcazi yanar yeri bildirir.