Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 3:1—26

MÜNDƏRİCAT

  • Rəhbərlər xalqı yoldan çıxarır (1—15)

  • Sionun ədalı qızlarına hökm (16—26)

3  Budur, Rəbb, ordular Allahı Yehova Yerusəlimlə Yəhudadan hər cür dayağı, təminatı, Çörəyi və suyu kəsəcək,+   İgidi və cəngavəri, Hakimi, peyğəmbəri+, falçını, ağsaqqalı,   Əllibaşını+, əyanı, məsləhətçini, Usta sehrbazı, püxtə cadugəri yox edəcək.+   Onların üzərinə uşaqları başçı qoyacağam, Səbatsızlar onlara rəhbərlik edəcək.   İnsan insana, Yoldaş yoldaşa zülm edəcək.+ Uşaq qocaya qarşı, Rəiyyət möhtərəm adama qarşı azğınlıq edəcək.+   Hər kəs atasının evindəki qardaşını tutub deyəcək: «Sənin əynində əba var, gəl bizə başçı ol. Qoy bu xarabalıqlar sənin ixtiyarında olsun».   Qardaşı isə o gün etiraz edib deyəcək: «Mən yaranızı sarıya bilmərəm. Evimdə nə çörək var, nə də libas, Məni xalqın üzərinə başçı qoymayın».   Yerusəlim büdrədi, Yəhuda yıxıldı, Çünki sözləri də, əməlləri də Yehovaya qarşıdır, Calal Sahibinin önündə dikbaşlıq edirlər.+   Sifətləri əleyhlərinə şəhadət edir. Onlar Sədum kimi öz günahlarını car çəkirlər,+ Bunu gizlətmirlər. Vay onların halına! Özləri öz başlarına bəla gətirirlər. 10  Salehlərə deyin, xoş onların halına, Əməllərinin bəhrəsini görəcəklər.+ 11  Pis adamınsa vay halına! Başına bəla gələcək, Əməlləri qabağına çıxacaq! 12  Xalqımı qul kimi işlədirlər, Xalqımı qadınlar idarə edir. Ey xalqım, rəhbərləriniz sizi yoldan çıxarır, Sizi azdırır.+ 13  Yehova xalqları mühakimə etmək, Hökmünü onlara bildirmək üçün ayağa qalxır. 14  Yehova xalqının ağsaqqallarına, başçılarına hökm kəsəcək. «Siz üzümlüyü yandırıb külə çevirdiniz, Yoxsulları talayıb evlərinizi doldurdunuz.+ 15  Hansı cürətlə xalqımı əzirsiniz, Fəqirlərə olmazın zülm edirsiniz?»+ — deyir Külli-İxtiyar Sahibi, ordular Allahı Yehova. 16  Yehova deyir: «Madam ki Sion qızları qürrəlidir, Başını dik tutub gəzir, Göz-qaş oynadır, əda ilə yeriyir, Ayağındakı xal-xalları cingildədir, 17  Yehova da Sion qızlarının başına qotur salacaq. Yehova onların alnını çılpaq qoyacaq.+ 18  O gün Yehova onların bər-bəzəkli xal-xallarını, Baş bəzəklərini*, aypara şəkilli zinətlərini+ dartıb qoparacaq. 19  Sırğalarını, qolbaqlarını, örpəklərini, 20  Şallarını, ayaq bəzəklərini, kəmərlərini, Ətir mücrülərini, həmaillərini, 21  Üzüklərini, burun halqalarını, 22  Bayram libaslarını, üst paltarlarını, xələtlərini, çantalarını, 23  Əl güzgülərini,+ kətan paltarlarını, Çalmalarını, örtüklərini əllərindən alacaq. 24  O gün balzam yağının+ ətri yerinə üfunət qoxacaq, Kəmər yerinə kəndir, Saç düzümü yerinə keçəllik,+ Bahalı libas əvəzinə çul,+ Gözəllik yerinə damğa olacaq. 25  Kişiləriniz qılıncdan keçiriləcək, İgidləriniz döyüşdə qırılacaq.+ 26  Şəhərin darvazaları nalə çəkib yas tutacaq,+ Şəhər bomboş qalacaq, yerə çökəcək».+

Haşiyələr

Hərfən: xırda günəşlərini. Ehtimal ki, bu bəzəklər göy cisimləri şəklində idi.