Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 27:1—13

MÜNDƏRİCAT

  • Yehova livyatanı öldürür (1)

  • Üzüm bağı İsrail haqda nəğmə (2—13)

27  O gün Yehova amansız, böyük, güclü qılıncıyla+ livyatanın*, o sürünən ilanın cəzasını verəcək, Livyatanın, o qıvrılan ilanın, O dənizdəki əjdahanın axırına çıxacaq.   O gün onun üçün bu nəğməni oxuyun: «Köpüklü* şərab verən bağ!+   Mən Yehova onu qoruyuram.+ Tez-tez onu sulayıram.+ Gecə-gündüz keşiyini çəkirəm, Kimsə zərər vurmasın.+   Mən daha ona qəzəblənmirəm.+ Kim üstümə tikanla, qanqalla döyüşə çıxsa, Hamısını ayaqlayaram, yandırıb kül edərəm.   Yaxşısı budur, pənahıma sığınsın, Qoy Mənimlə barışsın, Mənimlə sülh bağlasın».   Gələcək günlərdə Yaqub kök atacaq, İsrail çiçəklənəcək, şaxələnəcək,+ Ölkəni öz barı ilə dolduracaq.+   O, onu vuranın zərbəsilə vurulmalıdırmı? Yaxud onu öldürənin qırğınıyla ölməlidirmi?   Qorxunc səslə onunla çəkişib onu qovacaqsan. Şərq küləyi əsən gün O, şiddətlə üfürüb onu qovacaq.+   Beləcə, Yaqubun təqsirinin kəffarəsi veriləcək;+ Günahının silinməsi bu bəhrəni verəcək: O, qurbangahın bütün daşlarını Təbaşir kimi əzib toza döndərəcək. Nə Aşera bütləri, nə də buxurdan qalacaq.+ 10  İstehkamlı şəhər sakinsiz qalacaq; Otlaqları biyaban kimi sahibsiz olacaq,+ Orada buzov otlayacaq, yatıb dincələcək. Onun budaqlarını yeyib məhv edəcək.+ 11  Budaqlar quruyanda Qadınlar gəlib onları qoparacaq, Onlardan ocaq qalayacaq. Bu xalq nadan xalqdır.+ Buna görə Yaradanı ona rəhm etməyəcək, Xaliqi ona lütf göstərməyəcək.+ 12  O gün Yehova gur-gur axan çaydan* tutmuş Misir vadisinə+ kimi barı vurub tökəcək. Beləcə, ey İsrail əhli, bir-bir toplanacaqsınız.+ 13  O gün böyük şeypur çalınacaq.+ Aşşur+ torpağında tələf olanlar, Misir torpağına səpələnənlər+ gəlib Yerusəlimdə, müqəddəs dağda Yehovaya səcdə edəcəklər.+

Haşiyələr

Burada qıcqırma prosesi nəzərdə tutulur.
Fərat çayı.