Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 26:1—21

MÜNDƏRİCAT

  • Güvənc və qurtuluş nəğməsi (1—21)

    • Yah, Yehova əbədi qayadır (4)

    • Yerin sakinləri salehliyi öyrənirlər (9)

    • Ölülərin yaşayacaq (19)

    • İçəri otaqlara girib gizlənin (20)

26  O gün Yəhuda diyarında belə mahnı oxunacaq:+ «Güclü bir şəhərimiz var.+ Şəhərin divarları, sədləri Allahın verdiyi qurtuluşdur.+   Darvazaları açın,+ qoy saleh xalq, Sədaqətini qoruyan xalq içəri girsin.   Sənə tam bel bağlayanları* hifz edərsən, Onlara tükənməz sülh bəxş edərsən,+ Çünki Sənə güvənirlər.+   Əbədi olaraq Yehovaya güvənin,+ Çünki Yah*, Yehova əbədi qayadır.+   O, hündürlükdə, yuxarıda duran şəhərin sakinlərini alçaltdı. Onu aşağı salır, Onu yerə atır. Onu toz-torpağa tullayır.   O, ayaq altda qalacaq, Məzlumun, fağırın ayağı altda».   Salehin yolu doğrudur. Sən doğru olduğun üçün Salehin yolunu hamarlayarsan.   Ey Yehova, hökmlərinin yolunda Sənə ümid bağlayırıq. Arzumuzdur həmişə adın anılsın, Sən anılasan.   Gecələr varlığım həsrətini çəkir, Ruhum Səni axtarır;+ Yerdə hökmlərin icra olanda Yerin sakinləri salehliyi öyrənirlər.+ 10  Pis adama lütf göstərilsə də, Salehliyi öyrənən deyil.+ Doğruluq diyarında da pislik edəcək,+ Yehovanın əzəmətini görməyəcək.+ 11  Ey Yehova, əlin qalxıb, amma onlar görmürlər.+ Onlar xalqın üçün göstərdiyin qeyrəti görəndə rüsvay olacaqlar. Bəli, düşmənlərindən ötrü yandırdığın alov onları külə döndərəcək. 12  Ey Yehova, bizə sülhü Sən bəxş edəcəksən,+ Axı hər bir işimizi Sən başa çatdırırsan. 13  Ey Allahımız Yehova, Səndən başqa ağalar bizə ağalıq etdi,+ Amma dilimizdə yalnız Sənin adındır.+ 14  Onları məhv etmək, xatirələrini belə, yox etmək üçün Onları cəzalandırdın. Onlar artıq ölüdürlər, daha yaşamayacaqlar. Ölümün dustağıdırlar, bir də ayağa qalxmayacaqlar.+ 15  Sən xalqı çoxaltdın, ey Yehova, Xalqı artırdın; Özünü şöhrətləndirdin.+ Ölkənin bütün sərhədlərini gen-gen genişləndirdin.+ 16  Ey Yehova, başlarına bəla gələndə sənə üz tutdular. Onları cəzalandıranda pıçıltıyla, həzin-həzin dua edirdilər.+ 17  Ey Yehova, sən bizi doğuş sancısı tutan, Sancı çəkən, Ağrıdan qışqıran qadın kimi etdin. 18  Hamilə idik, doğuş sancısı çəkdik, Amma, sanki, külək doğduq. Nə ölkəyə qurtuluş verə bildik, Nə də orada yaşamaq üçün övlad doğulur. 19  «Sənin ölülərin yaşayacaq. Mənim ölülərim* ayağa qalxacaq.+ Qalxın, sevinc sədaları ucaldın, Ey torpaq altında yatanlar!+ Sənin şehin sübh şehinə* bənzəyir, Yer ölümün dustaqlarını dirçəldəcək. 20  Ey xalqım, içəri otaqlarınıza girin, Arxanızca qapıları bağlayın.+ Qəzəb keçənəcən, Qısa müddətə gizlənin.+ 21  Çünki bax, Yehova ölkənin sakinlərini təqsirlərinə görə cəzalandırmaq üçün Öz məkanından gəlir. Torpaq tökülmüş qanları aşkar edəcək, Artıq öldürülənləri gizlətməyəcək».

Haşiyələr

Digər variant: mətin olanları.
Yehova adının qısa forması.
Hərfən: Mənə məxsus cəsəd.
Digər variant: bitki (əməköməci) üstdə şehə.