Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 25:1—12

MÜNDƏRİCAT

  • Allah xalqına bol nemətlər verir (1—12)

    • Əla şərabdan ziyafət (6)

    • Ölümü məhv edəcək (8)

25  Ey Yehova, Sənsən Allahım! Səni ucaldıram, adını tərif edirəm, Çünki xariqələr yaratmısan.+ Əzəldən bəri niyyətlərini+ sədaqətlə+, Yəqinliklə icra etmisən.   Şəhəri daş qalağına döndərdin, İstehkamlı şəhəri xarabazara çevirdin. Yadellinin qalası daha şəhər deyil, Bir də bərpa olunmayacaq.   Buna görə güclü xalq Səni ucaldacaq, Zalım xalqların şəhəri Səndən qorxacaq.+   Sən fağıra, Darda olan yoxsula qala oldun,+ Leysan yağışdan daldalanacaq, Qızmar istidə kölgəlik oldun.+ Zalımların nəfəsi divara çırpılan leysan kimi,   Quraq torpaqda qızmar isti kimi olanda Sən yadların nəriltisini ram edirsən. Buludun kölgəsi istinin qarşısını necə alırsa, Zalımların nəğməsi eləcə susdurulur.   Ordular Allahı Yehova bu dağda+ bütün xalqlar üçün Yağlı xörəklərdən, Əla şərabdan ziyafət quracaq.+ Bəli, orada iliklə dolu yağlı xörəklər, Süzgəcdən keçmiş, əla şərab olacaq.   Bu dağda O, bütün ümmətləri örtən pərdəni, Bütün xalqların üzərinə sərilmiş örtüyü yox edəcək.   Ölümü əbədilik məhv edəcək,+ Külli-İxtiyar Yehova bütün üzlərdən göz yaşlarını siləcək.+ Xalqının rüsvayçılığını bütün dünyadan götürəcək. Yehova Özü bunu deyib.   O gün deyəcəklər: «Bax, budur bizim Allahımız!+ Ona ümid bağladıq,+ O, bizi xilas edəcək.+ Budur Yehova! Biz ona ümid bağladıq. Gəlin Onun verdiyi qurtuluşa sevinib-şadlanaq».+ 10  Yehovanın əli bu dağın üstündə olacaq.+ Muab isə saman peyində tapdalandığı kimi, Yerindəcə tapdalanacaq.+ 11  Üzgüçü suda əl-qol atdığı kimi, O, əllərini onun* üzərinə uzadacaq, Əllərinin sərrast hərəkətləri ilə Onun qürurunu alçaldacaq.+ 12  İstehkamlı şəhəri, Sənin hündür müdafiə divarlarını dağıdacaq, Yıxıb yerlə yeksan edəcək.

Haşiyələr

Muabın.