Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 24:1—23

MÜNDƏRİCAT

  • Yehova diyarı bomboş qoyacaq (1—23)

    • Yehova Sionda padşah oldu (23)

24  Budur! Yehova diyarı bomboş qoyub viranəyə döndərir,+ Altını üstünə çevirir,+ sakinlərini pərən-pərən salır.+   Bu, hamının başına gələcək — Xalqın da, kahinin də, Nökərin də, ağanın da, Qarabaşın da, xanımın da, Alıcının da, satıcının da, Borc verənin də, borc alanın da, Sələmçinin də, sələm ödəyənin də.+   Ölkə büsbütün boşalacaq, Tamamilə talanacaq,+ Bu söz Yehovanın ağzından çıxıb.   Ölkə yasa bürünüb*,+ sozalıb gedir. Torpaq saralıb-solur. Ölkənin adlı-sanlı adamları soluxur.   Sakinlər ölkəni murdarladı,+ Qanunu tapdaladı,+ Qaydaları dəyişdi,+ Daimi əhdi pozdu.+   Buna görə lənət ölkəni məhv edir,+ Sakinləri təqsirkardır. Buna görə ölkənin sakinləri azaldı, Bir ovuc insan qaldı.+   Təzə şərab hüzn çəkir*, meynə solur,+ Fərəhlə coşan ürəklər indi inləyir.+   Şən qavallar susub, Şənlik səsləri kəsilib, Çəngin xoş avazı eşidilmir.+   Mey məclisləri nəğməsiz keçir, İçkinin dadı içənə acı gəlir. 10  Bomboş qalmış şəhər xarabazara dönüb,+ Bütün evlər qıfıllıdır, girmək olmur. 11  Küçələrdə qışqırıb şərab istəyirlər. Sevincdən əsər-əlamət qalmayıb, Şənlik ölkədən üz döndərib.+ 12  Şəhər viranə qalıb, Darvazalar darmadağın olub.+ 13  Zeytun ağacı döyüləndən sonra necə olursa,+ Yığımdan sonra meynədə necə tək-tük üzüm qalırsa, Dünyada, xalqlar arasında qalanlar da elə olacaq.+ 14  Onlar hayqıracaq, Sevincdən haray salacaqlar. Dənizdən* Yehovanın əzəmətini bəyan edəcəklər.+ 15  Buna görə nur diyarında* Yehovanı mədh edəcəklər,+ Dənizdəki adalarda İsrailin Allahı Yehovanın adını ucaldacaqlar.+ 16  Dünyanın hüdudlarından nəğmələr eşidilir: «Haqq Sahibinə eşq olsun!»+ Mən isə deyirəm: «Üzülmüşəm, üzülmuşəm! Vay mənim halıma! Xainlər xəyanət edir. Bəli, xainlər xaincəsinə xəyanət edir».+ 17  Ey bu diyarın sakini, səni dəhşət, çala, tələ gözləyir.+ 18  Dəhşət səsindən qaçan çalaya düşəcək, Çaladan çıxan tələyə düşəcək,+ Çünki göyün bəndləri açılacaq, Yerin özülləri titrəyəcək. 19  Yer yarılıb, Lərzəyə düşüb, Bərk silkələnir.+ 20  Yer sərxoş kimi səndələyir, Gözətçi çardağıtək, sanki, küləkdən yırğalanır. Asiliyi ağır yük kimi onu əzir,+ O çökəcək, bir də qalxa bilməyəcək. 21  O gün Yehova göydə — göydəki ordunu, Yerdə — yerdəki padşahları cəzalandıracaq. 22  Onları çaladakı məhbuslar kimi, Bir yerə yığıb Zindana atacaqlar. Xeyli müddət sonra yoxlanacaqlar. 23  Bədirlənmiş ay xəcalət çəkəcək, Parlaq günəş utanacaq,+ Çünki ordular Allahı Yehova Sion+ dağında, Yerusəlimdə, Xalqının ağsaqqalları qarşısında şanlı+ padşah oldu!+

Haşiyələr

Digər variant: quruyur.
Digər variant: quruyur.
Yaxud qərbdən.
Yaxud şərqdə.