Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 23:1—18

MÜNDƏRİCAT

  • Sur barədə hökm (1—18)

23  Sur barədə hökm:+ Ey Tarşiş gəmiləri+, nalə çəkin! Liman dağıldı. Artıq ora girmək olmur. Bu xəbər onlara Kittim+ torpağından gəldi.   Ey sahilyanı sakinlər, susun! Dənizi üzüb keçənlər, Sidon+ tacirləri səni varlandırırdı.   Sənin qazancın — Sihorun+ taxılı, Nilin məhsuluSuların üzəri ilə daşınırdı,Başqa xalqlara da qazanc verirdi.+   Ey Sidon, utan! Sən, ey dəniz istehkamı,Çünki dəniz deyir: «Mən heç doğuş ağrısı çəkməmişəm, doğmamışam,Nə oğul, nə qız böyütmüşəm».+   Sur haqqında xəbərİnsanları Misir haqqındakı xəbər+ kimi bərk üzəcək.+   Tarşişə üzün! Ey sahil sakinləri, acı-acı ağlayın!   Ta qədimdən, gəncliyindən sevinib şənlənən şəhəriniz budur? Ayaqları onu uzaq diyarlara yaşamağa aparırdı.   Başlara taclar qoyan,Tacirləri bəy,Tüccarları dünyanın hörmətli adamları olan Sura qarşı bu hökmü kim çıxartdı?+   Bu hökmü ordular Allahı Yehova çıxartdı,Gözəlliyindən duyduğu qüruru sındırmaq üçün,Dünyanın sayıb-seçilən adamlarını alçaltmaq üçün.+ 10  Ey Tarşiş qızı, Nil kimi ölkəni bu başdan o başa keç. Artıq tərsanə* yoxdur.+ 11  Allah əlini dənizin üzərinə uzatdı,O, səltənətləri sarsıtdı. Yehova Finikiya qalalarının dağılması barədə əmr verdi.+ 12  Dedi: «Ey zavallı qız, ey bakirə Sidon qızı!Bir də üzün gülməyəcək.+ Dur, Kittimə+ qaç. Amma orada da rahatlıq tapmayacaqsan». 13  Budur, Kəldan ölkəsi!+ Məhz bu xalq onu səhra sakinlərinə nəsib etdi,Aşşur+ yox. Onlar mühasirə qüllələri tikdilər,Qala bürclərini dağıtdılar,+Onu yerlə yeksan etdilər. 14  Nalə çəkin, ey Tarşiş gəmiləri,Çünki istehkamınız dağılıb.+ 15  O gün Sur bir padşahın günləri qədər, yetmiş il ərzində+ unudulacaq. Yetmiş ilin sonunda Sur fahişə haqqındakı mahnıda deyildiyi kimi olacaq: 16  «Ey unudulmuş fahişə, əlinə çəng götür, şəhəri dolan. Məharətlə çal,Çoxlu havalar çal,Qoy səni yada salsınlar». 17  Yetmiş ilin sonunda Yehova Sura nəzər salacaq, Sur köhnə peşəsinə qayıdacaq, dünyanın bütün səltənətləri ilə fahişəlik edəcək. 18  Amma onun gəliri, qazancı Yehovaya həsr olunacaq. Onları yığa bilməyəcək, kənara qoya bilməyəcək, çünki qazancı Yehovanın hüzurunda yaşayanlara çatacaq. Onlar doyunca yeyəcək və gözəl-gözəl libaslar geyəcək.+

Haşiyələr

Digər variant: liman.