Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 22:1—25

MÜNDƏRİCAT

  • Vəhy dərəsi barədə hökm (1—14)

  • Səbna qovulur, Əlyakim gətirilir (15—25)

22  Vəhy dərəsi* barədə hökm:+ Nə olub, niyə hamınız dama çıxmısınız?   Sən ki gurultulu,Haylı-küylü, büsatlı bir şəhər idin. Həlak olanların qılıncdan ölmədi,Döyüşdə məhv olmadı.+   Zalım başçıların hamısı birgə qaçdı.+ Onları ox-kamansız əsir götürdülər. Ələ keçənlərin hamısı əsir götürüldü,+Hərçənd uzağa qaçmışdılar.   Buna görə dedim: «Baxmayın mənə,Qoyun acı-acı ağlayım.+ Məni ovundurmayın,Çünki xalqım tar-mar olub.+   Bu gün Vəhy dərəsindəKülli-İxtiyar, ordular Allahı YehovadanÇaşqınlıq, məğlubiyyət, vurnuxma günüdür.+ Divarlar yıxılır,+Qışqırıq səsi dağlara qalxır.   Elam+ oxdanını, atlarını,Cəng arabalarını götürüb.Girah+ qalxanını hazır tutub.   Ən gözəl düzlərinCəng arabaları ilə dolacaq,Darvazaların qarşısında atlar düzüləcək.   Yəhudanın pərdəsi* götürüldü. O gün siz “Meşə evi”+ deyilən silah anbarına tərəf baxacaqsınız.  Görəcəksiniz ki, Davud şəhərinin divarları deşik-deşikdir.+ Aşağı çarhovuza+ su yığacaqsınız. 10  Yerusəlimdəki evləri sayacaq, onları uçuracaqsınız ki, divarı bərkidəsiniz. 11  Köhnə çarhovuzun suyu üçün iki divar arasında su anbarı düzəldəcəksiniz. Lakin onu düzəldən Ulu Yaradana baxmayacaqsınız, bunu çoxdan hazırlayanı görməyəcəksiniz. 12  O gün Külli-İxtiyar, ordular Allahı YehovaSizə ağlayıb yas tutmağı,+Başınızı daz qırxıb çula bürünməyi buyuracaq. 13  Lakin bunun əksinə, şənlik, büsat edilir,Mal-qara, qoyun-quzu kəsilir,Ət yeyilib, şərab içilir,+ “Gəlin yeyib-içək, onsuz da sabah öləcəyik”».+ 14  Sonra ordular Allahı Yehova bu şeyi mənə açdı: «“Bu günahın siz ölənədək kəffarəsi olmayacaq”,+ — deyir Külli-İxtiyar, ordular Allahı Yehova». 15  Külli-İxtiyar, ordular Allahı Yehova deyir: «Dur, eşikağası Səbnanın+ yanına gedib ona de ki, 16  “Sənin burada nə işin var? Sən nə ixtiyarla burada özünə sərdabə oyursan?” O özü üçün yüksək yerdə sərdabə düzəldir, qayada məskən oyur. 17  “Ay kişi, bax Yehova səni şiddətlə aşağı tullayacaq. Səni tutacaq, 18  bərk-bərk büküb top kimi gen bir diyara atacaq. Orada öləcəksən, öyündüyün arabalar orada qalıb ağanın evi üçün biabırçılıq olacaq. 19  Səni vəzifəndən atacağam, mövqeyindən salacağam. 20  O gün qulum Xilqiyyə oğlu Əlyakimi+ çağıracağam, 21  sənin libasını ona geyindirəcəyəm, kəmərini onun belinə bağlayacağam,+ sənin səlahiyyətini ona verəcəyəm. O, Yerusəlim əhlinə, Yəhuda evinə ata olacaq. 22  Davud evinin açarını+ onun çiyninə taxacağam. Onun açdığını bağlayan, bağladığını açan olmayacaq. 23  Mən onu mıx kimi bərk yerə çalacağam. O, atası evi üçün şöhrət taxtı olacaq. 24  Atası evinin bütün şan-şövkəti, nəsli və övladları — balaca qablar, kasalar və böyük küplər — hamısı ondan asılacaq”. 25  Ordular Allahı Yehova bəyan edir: “O gün bərk yerə çalınmış mıx kənar ediləcək,+ kəsilib düşəcək və ondan asılmış hər şey düşüb sınacaq. Bunu Yehovanın Özü deyir”».

Haşiyələr

Görünür, Yerusəlim nəzərdə tutulur.
Yəni müdafiəsi.