Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 21:1—17

MÜNDƏRİCAT

  • Dəniz səhrasına qarşı hökm (1—10)

    • Gözətçi qülləsində gözətçi (8)

    • Babil yıxıldı! (9)

  • Dumaha və səhraya qarşı hökm (11—17)

    • «Ay gözətçi, bu gecə nə oldu?» (11)

21  Dəniz səhrasına qarşı hökm:+ Səhradan, dəhşətli ölkədən elə bir fəlakət gəlir ki, Sanki, cənubu süpürən tufandır.+   Mənə dəhşətli vəhy nazil oldu: Xain xainlik edir, Virançı virançılıq. Haydı, Elam, irəli! Haydı, Mada*, hücuma!+ Onun bais olduğu fəryadlara son qoyacağam.+   Odur ki, güclü ağrı içindəyəm.+ Tamam qıc olmuşam, Doğan qadına bənzəyirəm. Dərd əlindən heç nə eşitmirəm, Həyəcandan heç nə görmürəm.   Ürəyim çırpınır, qorxudan əsim-əsim əsirəm. Könlümü oxşayan alaqaranlıq indi məni qorxudur.   Süfrəni açın, yerləri hazırlayın! Yeyin, için!+ Ey bəylər, durun, qalxanlara yağ çəkin!   Yehova mənə belə dedi: «Get, gözətçi qoy. Qoy gördüklərini xəbər versin».   O, cəng arabaları gördü; birini atlar çəkirdi, Birini eşşəklər, Birini dəvələr. O, gözünü zilləyib diqqətlə baxırdı.   Sonra aslan kimi, bağırdı: «Ey Yehova, gündüzlər gözətçi qülləsində dururam, Gecələri yerimdən tərpənmirəm.+   Bax gəlir: Atlar qoşulmuş cəng arabasında adamlar!»+ Sonra o car çəkdi: «Yıxıldı! Babil yıxıldı!+ Allahlarının bütün oyma bütləri düşüb parça-parça oldu!»+ 10  Ey taxıl kimi döyülmüş xalqım! Ey xırmanımın övladları!+ İsrailin Allahı, ordular Allahı Yehovadan eşitdiklərimi sizə bildirdim. 11  Dumaha* qarşı hökm: Bir nəfər Sairdən+ məni səsləyir: «Ay gözətçi, bu gecə nə oldu? Ay gözətçi, bu gecə nə oldu?» 12  Gözətçi söylədi: «Səhərin açılmağına az qalıb, yenə gecə olacaq. Nəsə soruşmaq istəsəniz, soruşun. Yenə gəlin!» 13  Səhraya qarşı hökm: Ey Didan+ karvanları, Biyabandakı meşəlikdə gecələyəcəksiniz. 14  Susayanları qarşılayın, onlara su gətirin. Ey Təma+ sakinləri, Qaçqınlara çörək gətirin. 15  Çünki onlar qılıncdan, siyrilmiş qılıncdan, Gərilmiş yay-kamandan, qızğın döyüşdən qaçıblar. 16  Yehova mənə belə dedi: «Muzdurun illəri ilə saysaq, bir ilin içində Qədarın+ ehtişamı yox olacaq. 17  Qədar oxçularından, cəngavərlərdən az adam qalacaq. Bunu İsrailin Allahı Yehova dedi».

Haşiyələr

Midiya.
Mənası: sükut.