Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 19:1—25

MÜNDƏRİCAT

  • Misirə qarşı hökm (1—15)

  • Misir Yehovanı tanıyacaq (16—25)

    • Misirdə Yehovanın adına qurbangah (19)

19  Misirə qarşı hökm:+ Budur! Yehova sürətlə uçan buludun üstünə minib Misirə gəlir. Misirin puç allahları Onun qarşısında titrəyəcək,+ Misirin ürəyi köksündə əriyəcək.   «Misirlini misirlinin üstünə qaldıracağam, Bir-biri ilə vuruşacaqlar. Qardaş qardaşa, yoldaş yoldaşa qarşı, Şəhər şəhərə, padşahlıq padşahlığa qarşı vuruşacaq.   Misir duruxub qalacaq. Mən onun niyyətini alt-üst edəcəyəm.+ Onlar puç allahların, Ovsunçuların, cindarların, falçıların+ üstünə qaçacaqlar.   Mən Misiri qəddar ağaya təslim edəcəyəm, Onlara əzazil hökmdar ağalıq edəcək»,+ — bəyan edir Rəbb, ordular Allahı Yehova.   Dənizin suyu quruyacaq, Çay qupquru olacaq.+   Çaylar iylənəcək. Misirin Nildən ayrılan arxları boşalıb quruyacaq. Qamışlar, qarğılar çürüyəcək.+   Nil çayı kənarındakı, Nilin ağzındakı bitkilər, Nil boyunca əkilmiş tarlalar+ quruyacaq,+ Sovrulub yox olacaq.   Balıqçılar qəmə batacaq, Nilə tilov atanlar göz yaşı tökəcək, Suya tor atanlar haldan düşəcək.   Daranmış kətanla+ işləyənlər, Ağ qumaş toxuyanlar xəcalət çəkəcək. 10  Misirin toxucuları pərişan olacaq, Muzdurları dərd basacaq. 11  Suan+ bəyləri axmaqdır. Fironun ən müdrik müşavirləri ağılsız məsləhətlər verir.+ Siz necə firona: «Mən müdriklərin, Qədim padşahların nəslindənəm», — deyə bilərsiniz? 12  Hanı sənin başbilənlərin?+ Bilirlərsə, qoy sənə desinlər ordular Allahı Yehovanın Misirlə bağlı qərarını. 13  Suan bəyləri axmaqlıq etdi, Nof*+ bəyləri aldandı. Misir qəbilələrinin başçıları Misiri azdırdı. 14  Yehova Misirin üstünə çaşqınlıq ruhu tökdü.+ Onlar Misiri hər bir işdə azdırdılar, O, qusuntusunun içində ləngər vuran sərxoş kimi, səndələdi. 15  Misirin əlindən heç nə gəlməyəcək. Nə baş, nə quyruq, nə pöhrə, nə də qarğı* bir şey edə bilməyəcək. 16  O gün Misir qadına bənzəyəcək. Ordular Allahı Yehova əlini ona qarşı qaldıranda qorxudan tir-tir əsəcək.+ 17  Yəhuda torpağı Misiri vahiməyə salacaq. Yəhudanın adı gələndə onlar ordular Allahı Yehovanın Misirlə bağlı qərarına görə vəlvələyə düşəcək.+ 18  O gün Misir torpağında Kənan dilində danışan və ordular Allahı Yehovanın adına and içən beş şəhər olacaq.+ Onlardan biri Viran şəhəri adlanacaq. 19  O gün Misirin ortasında Yehovanın adına qurbangah qurulacaq, sərhədində Yehovanın şərəfinə sütun qoyulacaq. 20  Bu, Misir torpağında ordular Allahı Yehovanın adına nişan və şəhadət olacaq. Onlar zalımların əlindən Yehovaya dad edəcək və O, böyük xilaskar göndərib onları qurtaracaq. 21  Yehova Özünü misirlilərə tanıdacaq və o gün misirlilər Onu tanıyacaq. Ona qurbanlar, bəxşişlər gətirəcəklər, Yehovaya nəzir edəcək və yerinə yetirəcəklər. 22  Yehova Misiri cəzalandıracaq,+ vuracaq və sağaldacaq. Onlar Yehovaya tərəf dönəcəklər, O, yalvarışlarını eşidib onlara şəfa verəcək. 23  O gün Misirdən Aşşura kimi böyük yol uzanacaq.+ Aşşur Misirə, Misir də Aşşura gedib-gələcək. Misirlə Aşşur Allaha qulluq edəcək. 24  O gün İsrail Misirlə Aşşura qoşulacaq+ və dünya üçün bir nemət olacaq. 25  Çünki ordular Allahı Yehova onlara xeyir-dua verib deyəcək: «Xalqım Misir, əlimin işi Aşşur və irsim İsrail mübarək olsun».+

Haşiyələr

Memfis şəhərinin ibrani adı.
Digər variant: xurma budağı, qamış.