Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 18:1—7

MÜNDƏRİCAT

  • Həbəşistan əleyhinə xəbər (1—7)

18  Həbəş+ çaylarının axdığı bölgənin,Vızıldayan qanadlı həşəratlar diyarının vay halına!   O, dəniz yolu ilə,Suların o tayına qamış qayıqlarda qasidlər göndərib deyir: «Ey yeyin qasidlər, yola düzəlin!Ucaboylu, hamar dərili xalqın,Hər yana qorxu salan,+Güclü, fateh xalqın,Torpağını çaylar yuyan xalqın yanına gedin».   Ey yer üzündə yaşayanlar, ey dünya sakinləri!Siz, sanki, dağ başında nişan görəcəksiniz,Sanki, şeypur səsi eşidəcəksiniz.   Yehova mənə belə dedi: «Mən günəşin yeri qızdıran şəfəqləritək,İstidə, biçin vaxtı şeh buludutəkArxayın-arxayın durub məkanıma* baxacağam.   Biçindən əvvəl,Çiçəklənmə qurtaranda, qoralar yetişməyə başlayandaPöhrələr bağ qayçısı ilə kəsiləcək,Bığcıqlar kəsilib atılacaq.   Hamısı dağlardakı yırtıcı quşlara,Yerdəki vəhşi heyvanlara yem ediləcək. Yırtıcı quşlar bütün yayı,Vəhşi heyvanlar biçin mövsümü onlarla qidalanacaq.   O zaman ordular Allahı YehovayaUcaboylu, hamar dərili xalqdan,Hər yana qorxu salan,Güclü, fateh xalqdan,Torpağını çaylar yuyan xalqdan bəxşiş gətiriləcək.Ordular Allahı Yehovanın adını daşıyan yerə, Sion dağına+».

Haşiyələr

Digər variant: məkanımdan.