Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 17:1—14

MÜNDƏRİCAT

  • Dəməşqə qarşı hökm (1—11)

  • Yehova ümmətləri tənbeh edəcək (12—14)

17  Dəməşqə qarşı hökm:+ «Budur! Dəməşq şəhərlər sırasından çıxacaq, Xarabazara çevriləcək.+   Aruir+ şəhərləri boşalacaq, Oralarda sürülər uzanıb dincələcək. Onları hürküdən olmayacaq.   Əfraimdə istehkamlı şəhər,+ Dəməşqdə taxt-tac qalmayacaq.+ Aramın sağ qalanları Bəni-İsrailin şan-şöhrəti kimi olacaq», — deyir ordular Allahı Yehova.   «Çünki o gün Yaqubun şan-şöhrəti alçalacaq, Bədəninin piyi əriyəcək.   Biçinçi zəmini biçəndə, Əli ilə sünbülləri biçəndə O, Rəfayim dərəsində+ başaq yığan adam kimi olacaq.   Zeytun ağacı döyüldükdən sonra Başında iki-üç dəymiş zeytun qaldığı kimi, Budaqlarında dörd-beş zeytun qaldığı kimi, Təkcə qalıq qalacaq»,+ — deyir İsrailin Allahı Yehova.  O gün insan Yaradanına baxacaq, gözünü İsrailin Müqəddəsinə dikəcək.  O, əli ilə yaratdığı qurbangahlara+, barmaqları ilə düzəltdiyi Aşera bütlərinə*, buxurdanlara baxmayacaq.   O gün onun istehkamlı şəhərləri meşəlikdə baxımsız qalmış yerə oxşayacaq,+ İsrailin qarşısında yiyəsiz qalmış bir budağa oxşayacaq. Bomboş viranəlik olacaq. 10  Çünki səni qurtaran Allahı unutmusan,+ Sığındığın Qayanı+ xatırlamırsan. Əvəzində gözəl bağlar salırsan, Orada özgənin* pöhrəsini əkirsən. 11  Gündüzlər bağını yaxşı-yaxşı çəpərləyirsən, Sübhdən durub toxumunu cücərdirsən, Lakin sən azara tutulanda, çarəsiz ağrılar keçirəndə məhsulun yox olacaq.+ 12  Eşidin! Çoxsaylı xalqların hay-küyü Uğuldayan dəniz kimi! Ümmətlərin səs-küyü Coşqun suların nəriltisi kimi! 13  Ümmətlərin səsi gur suların səsinə oxşayacaq. O, onları tənbeh edəcək, onlar uzaqlara qaçacaq, Dağ başında küləyin sovurduğu saman çöpünə, Tufanın apardığı tikan komasına bənzəyəcəklər. 14  Gecələr vahimə basır. Səhər açılmamış yox olurlar. Bizi talan edənlərin payı budur, Bizi qarət edənlərin nəsibi budur.

Haşiyələr

Yaxud yad allahın.