Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 16:1—14

MÜNDƏRİCAT

16  Seladan səhra yolu iləÖlkənin hökmdarına,Sion qızının dağına qoç göndərin.   Muab qızları Ərnun keçidlərində+Yuvasından atılmış quş kimi olacaqlar.+   «Məsləhət ver, qərar ver. Günorta çağı saldığın kölgəni gecə kimi qaranlıq et. Sürgünləri gizlət, qaçqınları ələ vermə.   Ey Muab, qoy sürgünlərim sənin içində yaşasın. Onları virançılardan hifz et.+ Zülmkarın sonu gələcək,Viranəçilik qurtaracaq.İnsanları əzib tapdalayanlar yer üzündən yox olacaq.   O zaman məhəbbət üzərində taxt qurulacaq. Davudun çadırında, həmin taxtda oturan sadiq olacaq.+O, ədalətlə hökm edəcək və saleh işlərdə çevik olacaq».+   Muabın təkəbbürü barədə eşitmişik — çox təkəbbürlüdür;+Lovğadır, məğrurdur, hiddətlidir.+Lakin o, hədər yerə boşboğazlıq edir.   Muab Muabdan ötrü ağlayacaq.Hamısı ağlayacaq.+ Məğlublar Gir-Hərəsətin+ kişmişli kökələrindən ötrü ağlayıb-sızlayacaq,   Çünki Həşbunun+ üzümlükləri,Sibmah+ meynəsi quruyub.Xalqların başçıları onun al-qırmızı budaqlarını* tapdalayıb.O budaqlar Yaziri haqlamışdı,+Səhraya qədər uzanmışdı. Şaxələnib dənizə çatmışdı.   Buna görə Sibmah meynəsini Yaziri ağladığım kimi ağlayacağam. Ey Həşbun, ey İlal,+ sizi göz yaşlarımla isladacağam.Çünki yay meyvəsindən və məhsuldan ötrü ucalan səslər kəsilib*. 10  Bağlardan sevinc, fərəh kəsilib.Üzüm bağlarından şənlik səsi, şadlıq səsi gəlmir.+ Üzümsıxan daha üzümsıxanda üzüm tapdalamır.Çünki Mən şadlıq sədalarını kəsdim.+ 11  Buna görə içim Muabdan ötrüÇəngin simləritək inləyir,+Qəlbim Gir-Hərəsətdən+ ötrü sızlayır. 12  Muab səcdəgahda özünü yorsa da, gedib müqəddəs yerində dua etsə də, heç bir xeyri olmayacaq.+ 13  Bu, Yehovanın Muab haqqında keçmişdə dediyi sözdür. 14  İndi isə Yehova belə deyir: «Muzdurun illəri ilə saysaq, üç ilin içində çəkdiyi müsibətlər Muabın ehtişamını yerə vuracaq. Sağ qalan çox az və əhəmiyyətsiz olacaq».+

Haşiyələr

Yaxud al-qırmızı üzümlə dolu budaqlarını.
Digər variant: çünki sənin yay meyvənin və məhsulunun üstünə döyüş nərəsi gəlib.