Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 15:1—9

MÜNDƏRİCAT

  • Muaba qarşı hökm (1—9)

15  Muaba qarşı hökm:+ Bir gecənin içində tar-mar edildi, Muabın Ar şəhəri+ sükuta qərq oldu. Bir gecənin içində tar-mar edildi, Muabın Girah şəhəri+ sükuta qərq oldu.   O ağlamaq üçün məbədə və Dibuna+, Səcdəgahlara* çıxdı. Muab Nəba+ və Mədəbədən+ ötrü fəryad edir. Hamı saç-saqqalını qırxıb.+   Küçələrdə çula bürünüblər, Damlarda, meydanlarda ağlaşma qurublar. Ağlaya-ağlaya aşağı enirlər.+   Həşbunla İlal+ ah-nalə edir, Səsləri ta Yahasa+ çatır. Odur ki, Muabın əsgərləri qışqırıb-bağırır. O, tir-tir əsir.   Muabdan ötrü ürəyim ağrıyır. Qaçqınları Soharadək+, Eqlat-Şəlişyayadək+ qaçıblar. Luhit yoxuşu ilə ağlaya-ağlaya qalxırlar. Başlarına gələn bəladan Hornaim yolunda şivən qoparırlar.+   Nimrim suları qupquru quruyub. Çöl-çəmən quruyub, Göy otlar yox olub, bir yaşıllıq qalmayıb.   Buna görə camaat tədarükünü, mal-dövlətini götürüb Qovaqlar dərəsindən keçirir.   Xalqın fəryadı bütün Muabı bürüyüb,+ Ağlaşma səsi Eqlayimə çatır; Ağlaşma səsi Biir-Elimə çatır.   Çünki Diman suları qana dönüb. Dimanın başına bir bəla da gətirəcəyəm: Muabdan qaçanların, Ölkədə qalanların üstünə şir göndərəcəyəm.+

Haşiyələr

Hərfən: yüksəkliklərinizə.