Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 14:1—32

MÜNDƏRİCAT

  • İsrail öz yurdunda yaşayacaq (1, 2)

  • Babil padşahına məsxərə (3—23)

    • Ulduztək parlayan göydən düşəcək (12)

  • Yehovanın əli aşşurlunu vuracaq (24—27)

  • Filiştlilərə qarşı hökm (28—32)

14  Yehova Yaquba mərhəmət edəcək,+ O, İsraili yenidən seçəcək,+ onları öz yurdlarında məskun edəcək.+ Yadellilər onlara qoşulacaq, Yaqub evinə birləşəcək.+  Xalqlar onları torpaqlarına qaytaracaq. İsrail evi onları Yehovanın torpağında özünə qul-qarabaş edəcək.+ Onu əsir edənləri əsir edəcək, onu qul kimi işlədənlərə ağalıq edəcək.  Yehova səni ağrı-acıdan, köləlik boyunduruğundan azad edəcəyi+ gün  sən Babil padşahı barədə bu məsəli deyəcəksən: «Gör zalımın sonu necə yetişdi, Gör zülmü necə bitdi!+   Yehova pislərin dəyənəyini, Hökmdarların əsasını qırdı.+   O, hey qəzəblə xalqları vururdu,+ Xalqları amansız təqib edirdi, onları hiddətlə ram edirdi.+   İndi isə bütün dünya rahatdır, dincəlir, İnsanların sevinci yerə-göyə sığmır.+   Ardıc ağacları da, Livanın sidrləri də sənin aqibətinə sevinib deyir: “Sən yıxılandan bəri Odunçu bizi kəsməyə gəlmir”.   Aşağıda Məzar* da Səni qarşılamaq üçün əl-ayağa düşüb. O, ölümün dustaqlarını, Dünyanın zalım başçılarını* sənə görə oyadıb. Xalqların bütün padşahlarını taxtlarından qaldırıb. 10  Hamısı bir ağızdan sənə deyir: “Hə... sən də bizə tay oldun?! Sən də bizim kimi biçarə qaldın?! 11  Sənin qürurun da, Telli alətlərinin avazı da Məzara* endi.+ Yorğanın qurd, Döşəyin soxulcan olacaq”. 12  Ey parlaq ulduz, ey dan oğlu, Gör necə göydən düşdün! Sən, ey xalqları ram edən, Gör necə kəsilib yerə dəydin!+ 13  Ürəyində deyirdin: “Göylərə çıxacağam,+ Taxtımı Allahın ulduzlarından yuxarıda qoyacağam.+ Toplantı dağında, Şimalın ucqarlarında oturacağam.+ 14  Buludlardan yuxarı qalxacağam. Özümü Haqq-Taalaya bənzədəcəyəm”. 15  Xeyr! Məzara* enəcəksən, Düz qəbrin dibinə düşəcəksən. 16  Görənlər gözünü sənə zilləyəcək, Səni diqqətlə süzüb deyəcək: “Dünyanı silkələyən, Səltənətləri lərzəyə salan,+ 17  Dünyanı səhralığa döndərən, Şəhərlərini yerlə yeksan edən,+ Əsirləri yurdlarına buraxmayan bu deyildi?”+ 18  Bütün xalqların padşahları, Hər biri öz sərdabəsində Şərəflə dəfn olunub. 19  Sən isə dəfn edilmədin, Atıldın yararsız bir cücərti kimi. Qılıncla öldürülüb Daşlı çalaya düşən meyitlərin altında qalmısan. Tapdaq altda qalmış cəsədsən. 20  O padşahlar kimi qəbrə düşməyəcəksən, Çünki öz ölkəni viran qoydun, Öz xalqını qırdın. Zalımların nəsli daha yad edilməyəcək. 21  Atalarının təqsirinə görə Övladlar üçün edam kötüyü hazırlayın ki, Qalxıb dünyanı zəbt etməsinlər, Yer üzünü şəhərlərlə doldurmasınlar». 22  Ordular Allahı Yehova deyir: «Mən onlara qarşı qalxacağam».+ Yehova deyir: «Mən Babilin adını, ondan qalanları, nəslini, soyunu yer üzündən siləcəyəm».+ 23  Ordular Allahı Yehova bəyan edir: «Onu oxlu kirpilərin yuvasına, bataqlığa çevirəcəyəm. Onu qırğın süpürgəsiylə süpürəcəyəm».+ 24  Ordular Allahı Yehova and içir: «Nə niyyət etmişəm, o da gerçəkləşəcək, Necə qərar vermişəm, elə də olacaq. 25  Aşşurlunu torpağımda məhv edəcəyəm, Dağlarımda tapdalayacağam.+ Xalqımın çiynindən onun yükünü, Boynundan boyunduruğunu götürəcəyəm».+ 26  Budur bütün dünyaya kəsilən hökm. Budur bütün xalqlara qarşı qalxan əl. 27  Ordular Allahı Yehova hökm verdi, Kim onu ləğv edə bilər?+ Onun əli qalxıb, Kim endirə bilər?+ 28  Padşah Əhəz ölən+ il bu xəbər nazil oldu: 29  «Ey filiştlilər, sevinməyin ki, Sizi döyən dəyənək qırıldı. Çünki ilanın+ kökündən zəhərli ilan+ çıxacaq. Onun törəməsi uçan alovlu ilan olacaq. 30  Yoxsulların ilkinləri doyunca yeyəcək, Kasıblar dinc yatacaq. Səninsə kökünü qıtlıqla kəsəcəyəm, Sağ qalanlarını məhv edəcəyəm.+ 31  Ey darvaza, nalə çək! Ey şəhər, fəryad et! Ey filiştlilər, əliniz boşalacaq! Çünki şimaldan tüstü gəlir, Düşmən əsgərləri nizamı pozmadan gəlir». 32  O xalqın elçilərinə cavab nə olacaq? Yehova Sionun təməlini qoyub deyəcəklər,+ Xalqının fağırları ora pənah aparacaq.

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
Hərfən: təkələrini.
İbr. şeol. Lüğətə bax.
İbr. şeol. Lüğətə bax.