Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 13:1—22

MÜNDƏRİCAT

  • Babilə qarşı hökm (1—22)

    • Yehovanın günü yaxındır! (6)

    • Madalılar Babili devirəcək (17)

    • Babil məskunlaşmayacaq (20)

13  Amuz oğlu Əşiyanın+ Babilə qarşı vəhydə aldığı hökm:+   «Dağda, çılpaq qaya üzərində nişan qoyun.+ Onları səsləyin, əl eləyin, Gəlib əsilzadələrin qapılarından girsinlər.   Mən seçdiyim* döyüşçülərə əmr verdim.+ Vüqarla sevinən igidlərimi Qəzəbimi tökmək üçün çağırdım.   Eşidin! Dağlardan izdiham səsi gəlir! Sanki, böyük bir xalqın səsidir bu. Eşidin! Bir yerə toplaşmış səltənətlərin,+ Xalqların gurultusudur bu. Ordular Allahı Yehova cəng üçün ordu toplayır.+   Onlar uzaq bir ölkədən,+ Göylərin qurtaracağından gəlirlər. Yehova və Onun qəzəb silahları Bütün ölkəni viran etmək üçün gəlir.+   Fəryad edin! Yehovanın günü yaxındır! Sonsuz Qüdrət Sahibindən məhv günü olacaq o.+   Buna görə bütün əllər aşağı düşəcək, Hər kəsin qorxudan ürəyi əriyəcək.+   Hamı təlaş içindədir.+ Onları sancı tutub, qıc olublar, Doğan qadına bənzəyirlər. Dəhşətlə bir-birilərinə baxırlar, Əzabdan sifətləri pörtüb.   Budur! Yehovanın amansız günü Hiddətlə, odlu-alovlu qəzəblə gəlir ki, Ölkəni viran qoysun,+ Bütün günahkarları oradan yox etsin. 10  Göydəki ulduzlar, bürclər+ işıldamayacaq. Günəş qara doğacaq, Ay nurunu saçmayacaq. 11  Mən dünyanı yamanlığına görə,+ Şər adamları təqsirlərinə görə mühakimə edəcəyəm. Məğrurların qürurunu sındıracağam, Zalımların təkəbbürünü alçaldacağam.+ 12  İnsan oğlu xalis qızıldan, Bəşər oğlu Ofir qızılından+ da nadir olacaq.+ 13  Bunun üçün göyü silkələyəcəyəm; Ordular Allahı Yehovanın qəzəbi coşan gün Onun hiddətindən yer məhvərindən titrəyəcək.+ 14  Qovulan ceyran kimi, çobansız sürü kimi Hər kəs öz xalqının yanına qayıdacaq, Hər kəs öz ölkəsinə qaçacaq.+ 15  Kim ələ keçsə, bədəni deşiləcək, Kim yaxalansa, qılınc ağzına veriləcək.+ 16  Övladları gözü qabağında parça-parça ediləcək,+ Evləri talan ediləcək, Arvadları zorlanacaq. 17  Gümüşü heç sayan, Qızıldan zövq almayan madalıları+ Onların üstünə qaldıracağam. 18  Oxları cavanları yerə sərəcək.+ Uşağa rəhm etməyəcəklər, Bətnin bəhrəsinə yazıqları gəlməyəcək. 19  Səltənətlərin tacı, Kəldanilərin qüruru, ehtişamı olan Babil+ Allahın dağıtdığı Sədum və Əmurə kimi olacaq.+ 20  Orada heç vaxt insan yaşamayacaq. Nəsillər gəlib-keçəcək, kimsə orada məskunlaşmayacaq.+ Ərəb orada çadır qurmayacaq, Çobanlar orada sürülərini dincəltməyəcək. 21  Orada vəhşi heyvanlar dincələcək, Evlərinə bayquşlar doluşacaq, Orada dəvəquşular məskunlaşacaq,+ Çöl keçiləri* hoppanıb-düşəcək. 22  Qala bürclərində  ulaşan heyvanlar, Cah-calallı saraylarında çaqqallar ulayacaq. Onun vaxtına az qalıb, ömrü uzadılmayacaq».+

Haşiyələr

Yaxud müqəddəs etdiyim.
Digər variant: keçiyəbənzər cinlər.