Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 11:1—16

MÜNDƏRİCAT

  • Yəssənin fidanının hakimiyyəti (1—10)

    • Qurdla quzu bir yerdə (6)

    • Dünya ilahi biliklə dolacaq (9)

  • Sağ qalanlar toplanacaq (11—16)

11  Yəssənin kötüyündən fidan+ qalxacaq,+Kökündən boy atan pöhrə+ barlı olacaq.   Yehovanın ruhu onun üzərində olacaq,+Hikmət+ və dərrakə ruhu,Öyüd-nəsihət və qüdrət+ ruhu,Elm və Yehovadan qorxmaq ruhu onun üzərində olacaq.   O, Yehova xofunda+ zövq tapacaq. Gözlərinin gördüyü ilə hökm etməyəcək,Qulağı ilə eşitdiyinə görə tənbeh etməyəcək.+   O, fağır-füqəra üçün insafla hökm çıxaracaq.Dünyadakı həlimlərin xatirinə ədalətlə tənbeh edəcək. Dünyanı ağzının dəyənəyi ilə vuracaq.+Şər adamı ağzından çıxan nəfəslə* öldürəcək.+   O, belini salehliklə qurşayacaq,Sədaqət onun kəməri olacaq.+   Qurdla quzu sülhdə yaşayacaq,+Bəbirlə çəpiş yan-yana uzanacaq.Buzov, aslan və bəslənmiş heyvan bir yerdə olacaq*.+Onları balaca uşaq otaracaq.   İnəklə ayı birgə otlayacaq,Balaları qoşa uzanacaq. Şir öküz kimi saman yeyəcək.+   Südəmər uşaq ilan yuvası üstündə oynayacaq,Süddən kəsilmiş uşaq əlini zəhərli ilanın yuvasına salacaq.   Müqəddəs dağımın heç bir yerində onlardan xətər gəlməyəcək,+Heç nəyi tələf etməyəcəklər.+Çünki sular dənizi doldurduğu kimi,Dünya başdan-başa Yehova barədə biliklə dolacaq.+ 10  O gün Yəssənin kökü+ xalqlar üçün nişan kimi duracaq.+ Xalqlar məsləhət üçün onun yanına gələcək,+Onun məkanı əzəmətli olacaq. 11  O gün Yehova Aşşurdan+, Misirdən+, Patrosdan+, Kuşdan+, Elamdan+, Şinardan*, Həməsdən və dənizdəki adalardan+ xalqının sağ qalanlarını qurtarmaq üçün təkrarən, ikinci dəfə əlini uzadacaq. 12  O, xalqlar üçün nişan qoyacaq və İsrailin pərən-pərən düşmüş övladlarını yığacaq,+ Yəhudanın səpələnmiş övladlarını dünyanın dörd bir guşəsindən toplayacaq.+ 13  Əfraimin paxıllığı bitəcək,+Yəhudaya ədavət bəsləyənlər qırılacaq. Əfraim Yəhudaya paxıllıq etməyəcək,Yəhuda da Əfraimə ədavət bəsləməyəcək.+ 14  Onlar qərbə, filiştlilərin yamacına hücum edəcək,Birlikdə şərq xalqlarını talan edəcəklər. Onlar Ədumu+ və Muabı+ məğlub edəcək,Əmunilər onlara tabe olacaq.+ 15  Yehova Misir dənizinin körfəzini böləcək*,+Çayı*+ yumruğu ilə hədələyəcək. Şiddətli nəfəsilə çayın yeddi qolunu vuracaq*,Adamlar onu səndəllə keçəcək. 16  İsrail Misir torpağından çıxdığı gün olduğu kimi,Xalqından sağ qalanlar+ üçün Aşşurdan böyük bir yol açılacaq.+

Haşiyələr

Hərfən: ruhla.
Digər variant: buzovla aslan bir yerdə yem yeyəcək.
Babilistan.
Digər variant: qurudacaq.
Fərat çayı.
Digər variant: çayı yeddi qola ayıracaq.