Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 10:1—34

MÜNDƏRİCAT

  • Allahın əli İsrailə qarşıdır (1—4)

  • Aşşur Allahın qəzəb dəyənəyidir (5—11)

  • Aşşur cəzasız qalmayacaq (12—19)

  • Yaqub evindən qalanlar qayıdacaq (20—27)

  • Allah Aşşuru mühakimə edəcək (28—34)

10  Haqsız qaydalar yazanların,+ Qəddar fərmanlar çıxaranların vay halına!   Çünki siz kasıbın haqqını tapdayırsınız, Xalqımın məzlumlarından ədaləti əsirgəyirsiniz,+ Dul qadınları soyursunuz, Yetimləri talan edirsiniz!+   Haqq-hesab günündə,+ Uzaqdan həlak gələndə nə edəcəksiniz?+ Qaçıb kimdən kömək istəyəcəksiniz?+ Var-dövlətinizi kimə qoyub gedəcəksiniz?   Dustaqlar arasında əyilməkdən, Tələf olmuşların sırasına düşməkdən başqa Sizə nə qalacaq?! Yenə də Onun qəzəbi soyumur, Yenə də əlini aşağı salmır.+   «Bax! Aşşur+ Qəzəb dəyənəyimdir,+ Əlindəki çomaq isə qeyzimin izharıdır!   Onu dönük xalqın, Məni qəzəbləndirən xalqın üstünə göndərəcəyəm.+ Əmr edəcəyəm xalqı talan edib soysun, Küçədəki palçıq kimi tapdalasın,+   Hətta onun niyyəti başqa olsa da, Ürəyində belə istək olmasa da. Halbuki ürəyi çoxlu xalqları məhv etməyi, Onların kökünü kəsməyi bərk arzulayır.   O, belə deyir: “Məgər əmirlərimin hər biri padşah deyil?+   Məgər Qalnoh+ Karxemişin+ tayı deyil? Həməs+ Arpadla+ eyni deyil? Səməriyyə+ Dəməşqə+ bənzəmir? 10  Oyma bütləri Yerusəlimlə Səməriyyədəkindən qat-qat çox olan Puç allahların padşahlıqlarını ələ keçirdim!+ 11  Səməriyyəyə və onun puç allahlarına etdiyimi, Məgər Yerusəlimlə onun bütlərinə də etməyəcəyəm?”+ 12  Yehova Sion dağında və Yerusəlimdə hər işini bitirəndən sonra Aşşur padşahını təkəbbürlü ürəyinə, qürrəli və məğrur baxışına görə cəzalandıracaq.+ 13  Çünki o deyir: “Bunu qolumun qüvvətilə, Ağlımla edəcəyəm, çünki məndə hikmət var. Xalqların sərhədlərini götürəcəyəm,+ Sərvətlərini qarət edəcəyəm,+ Bir cəngavər kimi sakinlərini məğlub edəcəyəm.+ 14  Əlimi quş yuvasına uzadar kimi, Xalqların sərvətini götürəcəyəm, Yiyəsiz yumurtaları yığar kimi, Bütün dünyanı zəbt edəcəyəm! Qanad çırpan, ağzını açıb cikkildəyən olmayacaq”». 15  Heç balta özünü odunçudan üstün tutar? Ya da mişar mişarçının qarşısında qürrələnər? Məgər əsa+ onu qaldırana ağalıq edə bilər? Məgər dəyənək onu tutanı yuxarı qaldıra bilər? 16  Rəbb, ordular Allahı Yehova Onun piylənmiş kişilərinin üstünə azar göndərəcək.+ Şan-şöhrətini alov yandırıb-yaxacaq.+ 17  İsrailin Nuru+ od+, Müqəddəs Allahı alov olacaq. Aşşurun kol-kosunu bir günün içində yandırıb kül edəcək. 18  Möhtəşəm meşəsini və bağını məhv edəcək, Onlar xəstə kimi büsbütün solub-gedəcək.+ 19  Meşəsində o qədər az ağac qalacaq ki, Uşaq da saya biləcək. 20  O gün İsraildən sağ qalanlar, Yaqub evinin xilas olanları Onları vurana bir də bel bağlamayacaq.+ Onlar sidqi-ürəkdən Yehovaya, İsrailin Müqəddəsinə bel bağlayacaqlar. 21  Yalnız sağ qalanlar*, Yaqubun nəslindən sağ qalanlar Qüdrətli Allaha tərəf dönəcək.+ 22  Ey İsrail, Xalqın dəniz qumu qədər olsa da, Ondan az sayda sağ qalan dönəcək.+ Qırğın qərarı verilib,+ Haqq-ədalət coşub onları basacaq.+ 23  Bəli, ordular Allahı, Külli-İxtiyar Yehovanın verdiyi qırğın qərarı Bütün ölkədə icra ediləcək.+ 24  Buna görə ordular Allahı, Külli-İxtiyar Yehova deyir: «Ey Sionda yaşayan xalqım, dəyənəyini Misir kimi üstünə qaldırıb səni çomaqla vurmuş Aşşurdan qorxma.+ 25  Çünki hökm tezliklə sona yetəcək, qəzəbim onları məhv edəcək.+ 26  Ordular Allahı Yehova Mədyəni Örəb+ qayasında vurduğu kimi, onu da qamçı ilə vuracaq.+ Dəyənəyini Misirin üstünə qaldırdığı kimi, dənizin də üstünə qaldıracaq.+ 27  O gün Aşşur padşahının yükü çiyninizdən,+ Boyunduruğu boynunuzdan götürüləcək,+ Boyunduruq yağa* görə sınacaq».+ 28  O, Ayata+ hücum etdi, Miqrondan keçdi, Yükünü Mihmaşda+ qoydu. 29  Keçiddən keçib Gibada+ gecələyir. Rama əhli tir-tir əsir. Talutun şəhəri Gibahın+ sakinləri qaçdı.+ 30  Ey Qallim qızı, haray sal! Ey Layış, dinlə! Ey zavallı Ənatut+! 31  Madminah əhli qaçdı, Qebim sakinləri sığınacaq axtarır. 32  Elə həmin gün o, Nubda+ dayanacaq. O, Sion qızının dağını, Yerusəlim dağını yumruqla hədələyir. 33  Budur, Rəbb, ordular Allahı Yehova Güclü şaqqıltı ilə budaqları kəsib-tökür.+ Ən hündür ağaclar kəsilir, Ucalar alçalır. 34  O, qalın meşəni baltayla qırıb-tökür, Qüvvətlinin əli Livanı yıxacaq.

Haşiyələr

İbr. Şaaryaşub. 7:3 ayəsinə bax.
Ehtimal ki, Cədunun 300 əsgərinin çıraqlara tökdüyü və ya padşahların başına çəkilən yağ nəzərdə tutulur.