Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 1:1—31

MÜNDƏRİCAT

  • Ata və asi oğullar (1—9)

  • Yehova zahiri ibadətə nifrət edir (10—17)

  • Aramızdakı məsələləri həll edək (18—20)

  • «Salehlik şəhəri», «Sadiq şəhər» (21—31)

1  Yəhuda padşahları+ Üziyyə+, Yutəm+, Əhəz+ və Hizqiyyənin+ dövründə Amuz oğlu Əşiyanın*+ Yəhuda və Yerusəlimlə bağlı aldığı vəhy.   Dinləyin, ey göylər, eşit, ey yer!+Yehova belə deyir: «Oğullar böyüdüb boya-başa çatdırdım,+Onlar isə Mənə asi çıxdılar.+   Öküz yiyəsini,Eşşək sahibinin axurunu yaxşı tanıyır.Lakin İsrail Məni tanımır,+Mənim Öz xalqım qanmazlıq edir».   Bu günahkar xalqın,+Təqsirlər içində batan ümmətin,Bu şər nəslin, pozğun oğulların vay halına! Onlar Yehovadan uzaqlaşdılar,+İsrailin Müqəddəs Allahına hörmətsizlik etdilər,Ona arxa çevirdilər.   Nə qədər döyülmək olar? Bəsdir üsyan etdiniz!+ Başınızı yara basıb,Ürəyiniz azara düşüb.+   Təpədən dırnağacan bədəninizdə salamat yer yoxdur. Yaralarınız, qançırlarınız, yeri soyumamış zədələriniz təmizlənməyib, sarınmayıb,Onlara məlhəm qoyulmayıb.+   Ölkəniz viranə qalıb, Şəhərləriniz yandırılıb, Yadellilər gözünüz baxa-baxa yurdunuzu talan edir,+ Hər yan xarabalıqdır, sanki, ölkəyə yağılar basqın edib.+   Sion qızı üzümlükdəki çardaq,Xiyar bostanındakı koma kimi,Mühasirəyə alınmış şəhər kimi tərk edilib.+   Ordular Allahı Yehova* bir neçə adam sağ qoymasaydı,Biz Sədum kimi olardıq,Əmurəyə bənzəyərdik.+ 10  Siz, ey zalım Sədum başçıları, Yehovanın sözünə qulaq asın!+ Allahımızın qanununu dinləyin, ey Əmurə sakinləri!+ 11  Yehova deyir: «Sizin çoxsaylı qurbanlarınız nəyimə gərəkdir?+ Yandırma qoç qurbanlarından,+ kök heyvanların piyindən+ artıq doymuşam,Buğaların+, quzuların, keçilərin+ qanı+ Mənə xoş deyil. 12  Kim sizdən hüzuruma gəlməyi,+Məbədimin həyətiniTapdalamağı istəyib?+ 13  Bəsdir daha mənasız taxıl təqdiməsi gətirdiniz! Buxur təqdiməniz Məndə ikrah doğurur.+ Təzə ay mərasimləri,+ şənbələr+, toplantılar+...Təntənəli məclis çağırarkən sehrli qüvvələrə üz tutmağınıza dözə bilmirəm.+ 14  Təzə ay mərasimlərinizdən, bayramlarınızdan zəhləm gedir. Onlar mənim üçün yükə çevrilib,Onları daşımaqdan yorulmuşam. 15  Siz əllərinizi göyə qaldırandaGözlərimi yumuram.+ Nə qədər dua edirsiniz edin,+Sizi eşitmirəm;+Əlləriniz büsbütün qana batıb.+ 16  Yuyunub paklanın,+Şər əməllərinizi gözümün önündən uzaqlaşdırın,Pislikdən əl çəkin.+ 17  Yaxşılıq etməyi öyrənin, ədalətə can atın,+Zalımı düz yola çəkin,Yetimin haqqını qoruyun,Dul qadına himayədarlıq edin».+ 18  Yehova deyir: «Gəlin aramızdakı məsələləri həll edək.+ Günahlarınız al-qırmızı olsa da,Onları qar kimi ağappaq edəcəyəm,+Tünd-qırmızı parça rəngdə olsa da,Onları yun kimi edəcəyəm. 19  İtaətkar olub sözə baxsanız,Torpağın nemətlərindən yeyəcəksiniz.+ 20  Yox əgər dikbaşlıq edib sözümə qulaq asmasanız,Qılınc ağzına düşəcəksiniz.+Bunu deyən Yehovadır!» 21  Gör sadiq şəhər+ necə dönüb fahişə oldu!+ Vaxtilə ədalətin hökm sürdüyü,+Salehliyin məskən saldığı şəhər+İndi qatillər yuvasıdır.+ 22  Gümüşünüz zir-zibilə* çevrilib,+Pivənizə su qatılıb. 23  Başçılarınız dikbaşdır, oğrularla əlbirdir.+ Hər biri rüşvət hərisidir, bəxşiş dalınca düşür.+ Yetimin haqqını qorumur,Dul qadın onların qapısına düşə bilmir.+ 24  Buna görə Rəbb, ordular Allahı Yehova,İsrailin qüdrətli Allahı bəyan edir: «Yetər! Əleyhdarlarımdan azad olacağam,Düşmənlərimdən qisas alacağam.+ 25  Əlim sənə qarşı qalxacaq,Səni əridib zir-zibildən təmizləyəcəyəm,Bütün qatışığını arıtlayacağam.+ 26  Sənə yenə də ilk vaxtlar olduğu kimi hakimlər,Başlanğıcda olduğu kimi, məsləhətçilər verəcəyəm.+ Bundan sonra səni Salehlik şəhəri, Sadiq şəhər adlandıracaqlar.+ 27  Sion ədalət sayəsində,Ora qayıdanlar salehlik sayəsində qurtulacaq.+ 28  Üsyankarlarla günahkarlar bir vaxtda qırılacaq,+Yehovanı tərk edənlər yox olacaqlar.+ 29  Siz sevdiyiniz iri ağaclara görə xəcalət çəkəcəksiniz,+Seçdiyiniz bağlara* görə utanıb yerə girəcəksiniz.+ 30  Çünki siz yarpaqları solan böyük ağaca,+Susuz qalan bağa bənzəyəcəksiniz. 31  Güclü adam kətan lifitək,Əməyinin bəhrəsi isə qığılcım kimi olacaq.İkisi də bir vaxtda alışıb yanacaq,Alovunu söndürən olmayacaq».

Haşiyələr

Mənası: Yehovanın verdiyi qurtuluş.
Hərfən: posaya (filiz əridiləndə ayrılan qalıq).
Görünür, söhbət bütlərə ibadətlə bağlı olan ağac və bağlardan gedir.