Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

İbranilərə 9:1—28

MÜNDƏRİCAT

  • Yerdəki müqəddəs məkanda xidmət (1—10)

  • Məsih öz qanı ilə göyə daxil olur (11—28)

    • Yeni əhdin vasitəçisi (15)

9  Əvvəlki əhdin müqəddəs xidmətlə əlaqədar hüquqi tələbləri və yerdə müqəddəs məkanı+ var idi.  Bu məkanda düzəldilmiş birinci otaqda çıraqdan,+ masa və təqdim çörəkləri*+ var idi. Bu otaq Müqəddəs yer+ adlanırdı.  İkinci pərdənin arxasında+ çadırın Ən müqəddəs yer+ adlanan otağı yerləşirdi.  Orada qızıl buxurdan+ və hər tərəfi qızılla örtülmüş+ Əhd sandığı+ qoyulmuşdu. Sandıqda içində manna olan qızıl qab,+ Harunun tumurcuqlamış əsası+ və əhd lövhələri+ var idi.  Sandığın üstündə şanlı kərrublar vardı və onların kölgəsi kəffarə qapağını+ örtürdü. Ancaq indi bunlar haqqında ətraflı danışmağın vaxtı deyil.  Hər şey bu cür qurulandan sonra kahinlər müqəddəs xidməti icra etmək üçün hər dəfə çadırın birinci otağına girərdilər.+  İkinci otağa isə ildə bir dəfə yalnız baş kahin,+ özü də mütləq qanla girər+ və onu öz günahlarından+ və xalqın bilmədən törətdiyi günahlardan+ ötrü Allaha təqdim edərdi.  Beləcə, müqəddəs ruh göstərir ki, birinci çadır* var ikən müqəddəs məkana* yol hələ açıq deyildi.+  Bu çadır indi baş verənlərin timsalı idi.+ Bu quruluşa əsasən, bu günə kimi Allaha bəxşişlər və qurbanlar təqdim edilir.+ Ancaq bunlar müqəddəs xidməti icra edənin vicdanını tamamilə təmiz edə bilməz.+ 10  Onlar yalnız qida, içki və müxtəlif qüsl ayinləri+ ilə bağlıdırlar. Bunlar bədənlə bağlı hüquqi tələblər idi+ və hər şeyi yoluna qoymağın vaxtı yetişənəcən qüvvədə qalmalı idi. 11  Ancaq indiki nemətləri gətirmiş Məsih baş kahin kimi gələndə insan əli ilə qurulmamış və bu aləmdən olmayan daha böyük və mükəmməl çadıra girdi. 12  O, keçilərin və buğaların qanı ilə yox, öz qanı ilə+ müqəddəs məkana birdəfəlik girib bizim üçün əbədi xilas əldə etdi.+ 13  Əgər keçi və buğaların qanı,+ həmçinin murdar adamların üzərinə çilənən düyənin külü bədəni təmizləyib pak edirsə,+ 14  gör əbədi ruh vasitəsilə özünü Allaha qüsursuz bir qurban kimi təqdim etmiş Məsihin qanı+ vicdanımızı ölü əməllərdən necə təmizləyəcək!+ Bunun sayəsində biz var olan Allaha müqəddəs xidməti icra edə bilərik.+ 15  Buna görə Məsih yeni əhdin+ vasitəçisidir. O, ona görə yeni əhdin vasitəçisi oldu ki, dəvət almış adamlar əbədi miras vədini alsınlar.+ Bu, onun ölümü sayəsində mümkün oldu. Məsihin ölümü sayəsində onlar əvvəlki əhdin hökmü altında yaşayarkən törətdikləri günahlardan fidyə+ vasitəsilə azad oldular. 16  Çünki Allahla əhd bağlayanda əhd bağlayan insanın ölməsi gərək olur. 17  Əhd bağlayan insan sağ ikən əhd qüvvədə deyil, əhd ölüm əsasında qüvvəyə minir. 18  Buna görə əvvəlki əhd də qan vasitəsilə qüvvəyə minmişdi. 19  Musa Qanundakı bütün əmrləri xalqa çatdırandan sonra buğaların və keçilərin qanını, həmçinin su, al-qırmızı yun və qaraqınıq budağını götürüb kitabın və bütün xalqın üzərinə çilədi və 20  dedi: «Bu, Allahın sizə icra etməyi buyurduğu əhdin qanıdır».+ 21  O, həmin qanı çadırın və müqəddəs xidmət üçün işlədilən bütün qabların üstünə də çilədi.+ 22  Qanuna görə, demək olar ki, hər şey qanla təmizlənir.+ Qan tökülməsə, əfv mümkün deyil.+ 23  Buna görə də səmavi şeylərin timsalı+ olan şeylər bu cür təmizlənməli idi,+ səmavi şeylər üçünsə daha yaxşı qurbanlar lazım idi. 24  Axı Məsih gerçəkliyin surəti+ olan əllə düzəldilmiş müqəddəs məkana yox,+ düz göyə daxil oldu.+ İndi o, göydə bizdən ötrü Allahın önündə durur.+ 25  O, hər il Ən müqəddəs yerə heyvan qanı ilə girən baş kahin kimi, dəfələrlə+ özünü qurban gətirmək üçün bunu etmədi. 26  Belə olsaydı, o, bəşərin təməli qoyulandan bəri dönə-dönə əzab çəkməli olardı. Ancaq indi o, özünü qurban verərək günahları yumaq üçün dövrlərin yekununda birdəfəlik zühur etdi.+ 27  Necə ki insanlar bir dəfə ölüb sonra hökmə düçar olacaqlar, 28  eləcə də Məsih bir çox adamın günahını daşımaq üçün bir dəfə özünü qurban verdi.+ İkinci dəfə zühur etməsinin günahla heç bir əlaqəsi olmayacaq. Xilas olmaq üçün onun yolunu səbirsizliklə gözləyənlər onu görəcəklər.+

Haşiyələr

Yaxud hüzur çörəyi.
Yəni yerdəki çadır.
Görünür, burada göydəki müqəddəs məkan nəzərdə tutulur.