Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

İbranilərə 7:1—28

MÜNDƏRİCAT

  • Məliksadiq — misilsiz padşah və kahin (1—10)

  • Məsihin kahinliyinin üstünlüyü (11—28)

    • Məsih tam xilası təmin edə bilər (25)

7  Allah-Taalanın kahini Səlim padşahı Məliksadiq padşahlar üzərində zəfər çalmış İbrahimin qarşısına çıxdı və ona xeyir-dua verdi.+  İbrahim də ona hər şeyin onda birini verdi. O, əvvəla «salehlik Padşahıdır» (adının mənasına görə), sonra Səlim padşahı, yəni «sülh Padşahıdır».  Ata-anasının kim olduğu, əsli-nəcabəti bilinmir. Həyatının nə başlanğıcı, nə sonu bəllidir. Allahın Oğluna bənzədildiyi üçün o, əbədi kahin olaraq qalır.+  Görün o necə böyük adam idi. Əcdadımız İbrahim qənimətin ən yaxşı hissəsinin onda birini ona vermişdi.+  Bəli, Qanuna görə Lavi oğullarından kahinlik vəzifəsinə təyin olunanlara+ əmr edilmişdi ki, xalqdan, öz qardaşlarından ondabir vergisini yığsınlar,+ baxmayaraq ki, onlar İbrahimin övladları idilər.  Ancaq lavililərlə eyni nəsildən olmayan bu adam vədlərə malik olan İbrahimdən ondabir vergisi aldı və ona xeyir-dua verdi.+  Bu danılmazdır ki, böyük kiçiyə xeyir-dua verir.  Ondabir vergisini alan lavililər fani adamlar idi, ondabir vergisini alan digər adam haqqında isə şəhadət edilir ki, o sağdır.+  Hətta deyə bilərəm ki, ondabir vergisini yığan Lavi də İbrahim vasitəsilə ondabir vergisi vermişdi, 10  belə ki, o, Məliksadiqlə qarşılaşan İbrahimin gələcək övladı idi.+ 11  Əgər xalqa verilən Qanunun səciyyəvi əlaməti olan Lavi kahinliyi vasitəsilə kamilliyə yetişmək mümkün olsaydı,+ onda başqa bir kahinin, Harun timsallı yox, Məliksadiq timsallı kahinin+ meydana gəlməsinə ehtiyac qalardı? 12  Ancaq kahinliyin dəyişilməsi Qanunun da dəyişilməsi zərurətini yaradır.+ 13  Sözügedən adam başqa qəbilədəndir və o qəbilədən heç kəs qurbangahda xidmət etməmişdir.+ 14  Ağamızın Yəhuda qəbiləsindən gəldiyi+ hamıya məlumdur. Ancaq Musa kahinlərin bu qəbilədən gəlməsi barədə heç bir şey deməmişdi. 15  Məliksadiq timsallı başqa bir kahinin+ meydana çıxması ilə bu, daha da aydın bəlli olur.+ 16  O, soya əsaslanan hüquqi tələblər sayəsində yox, məhvolunmaz həyatın+ qüvvəsi sayəsində kahin oldu. 17  Çünki Müqəddəs Yazılarda onun haqqında deyilir: «Sən Məliksadiq timsallı əbədi kahinsən».+ 18  Deməli, zəif və yararsız olduğundan əvvəlki əmr ləğv olunur.+ 19  Çünki Qanun heç nəyi kamil etmədi.+ Kamillik daha yaxşı ümidin+ meydana çıxması ilə mümkün oldu. Bu ümidin sayəsində biz Allaha yaxınlaşırıq.+ 20  Həmçinin Allah bu kahinliyi andla verdi. 21  (Düzdür, kahinlik vəzifəsini alanlar var, ancaq Allah onlardan ötrü and içməyib. O isə ondan ötrü and içən Allahın andı ilə kahin olub. Allah belə demişdi: «Yehova and içib, qərarını dəyişməz. “Sən əbədi kahinsən”».)+ 22  Buna görə İsa daha yaxşı əhdin zəmanəti oldu.+ 23  Bundan əlavə, ölüm kahinlərin vəzifədə qalmasına mane olduğundan+ çoxları kahin olub bir-birini əvəz etməli olurdu. 24  Ancaq o, əbədi yaşadığı üçün onu əvəz edən kahin olmayacaq.+ 25  Bu, o deməkdir ki, İsa onun vasitəsilə Allaha yaxınlaşanları tamamilə xilas edə bilər, çünki o, həmişə sağdır və onlardan ötrü həmişə Allaha yalvarır.+ 26  Bizə məhz bu cür: sədaqətli, məsum, pak+, günahlılardan fərqlənən, göylərdən də uca bir baş kahin lazımdır.+ 27  Onun həmin o baş kahinlər kimi, əvvəlcə özünün, sonra isə xalqın günahlarına görə+ hər gün qurban təqdim etməsinə+ ehtiyac yoxdur, çünki o, öz canını qurban verəndə bunu birdəfəlik etdi.+ 28  Çünki Qanun zəiflikləri olan insanları baş kahin təyin edir,+ ancaq Qanundan sonra içilən andın sözü+ əbədilik kamil+ olmuş Oğulu baş kahin təyin edir.

Haşiyələr