Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

İbranilərə 4:1—16

MÜNDƏRİCAT

  • Allahın istirahətinə qovuşmamağın təhlükəsi (1—10)

  • Allahın istirahətinə qovuşmaqla bağlı nəsihətlər (11—13)

    • Allahın sözü canlıdır (12)

  • Ali baş kahin olan İsa (14—16)

4  Beləliklə, Allahın istirahətinə qovuşmaq vədi hələ qüvvədə ikən diqqətli olaq ki, ondan məhrum olmayaq.+  Müjdə onlara təbliğ olunduğu kimi, bizə də təbliğ olunub.+ Lakin eşitdikləri sözün onlara xeyri olmadı, çünki onların imanı itaət edənlərin imanı kimi deyildi.  İman edən bizlər istirahətə qovuşuruq. Onlar haqda isə O, belə deyib: «Buna görə qəzəblənib and içdim: “Onlar istirahətimə qovuşmayacaqlar”»,+ hərçənd O, işlərini bəşərin təməli qoyulan vaxtdan bitirib.+  Bir yerdə yeddinci gün haqqında belə deyir: «Allah yeddinci gün iş görməyib istirahət etməyə başladı»+  və yenə təkrar edir: «Onlar istirahətimə qovuşmayacaqlar».+  Beləliklə, müjdəni ilk eşidənlər itaətsizlik ucbatından istirahətə qovuşmadılar. Ancaq bəziləri hələ istirahətə qovuşmalıdırlar deyə,+  O, xeyli vaxtdan sonra Davudun məzmurunda «bu gün» deyərək yenidən bir gün təyin edir. Necə ki yuxarıda deyilib: «Bu gün Mənə qulaq asın: ürəyinizi inadkar etməyin».+  Yuşə+ onları istirahət yerinə gətirsəydi, Allah artıq başqa bir gün haqqında danışmazdı.  Deməli, Allahın xalqını hələ şənbə istirahəti gözləyir.+ 10  Allah iş görməyib istirahət etdiyi kimi, Allahın istirahətinə qovuşmuş adam da iş görməyib istirahət edir.+ 11  Buna görə də gəlin var gücümüzlə çalışıb bu istirahətə qovuşaq ki, heç kəs onlar kimi itaətsizlik yoluna düşməsin.+ 12  Çünki Allahın sözü canlı və qüdrətlidir;+ o, hər cür ikiağızlı qılıncdan+ itidir və o qədər dərinə işləyir ki, bədənlə ruhu, oynaqlarla iliyi bir-birindən ayırır, ürəyin düşüncə və niyyətlərini üzə çıxarır. 13  Heç kəs və heç nə Onun gözündən gizli qala bilməz,+ hər şey apaçıq Onun gözü önündədir. Biz Ona cavab verəcəyik.+ 14  Beləliklə, göylərə daxil olmuş Allahın Oğlu İsanın+ şəxsində ali baş kahinimiz var deyə, gəlin yorulmadan onun haqda şəhadət verək.+ 15  Çünki o, elə baş kahin deyil ki, zəifliklərimizi anlaya bilməsin,+ halımıza acımasın, axı o da bizim kimi, hər cəhətdən sınanıb, lakin günah etməyib.+ 16  Buna görə də gəlin Allahın lütf taxtına yaxınlaşıb Ona cəsarətlə dua edək+ ki, dara düşəndə Allahdan mərhəmət və lütf görək.

Haşiyələr