Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

İbranilərə 3:1—19

MÜNDƏRİCAT

  • İsa Musadan üstündür (1—6)

    • Hər şeyin bənnası Allahdır (4)

  • İmansızlıqla bağlı xəbərdarlıq (7—19)

    • «Bu gün Mənə qulaq asın» (7, 15)

3  Göylər dəvətinə ortaq olan+ müqəddəs qardaşlar, baş kahin və elçi kimi qəbul etdiyimiz İsa+ haqqında düşünün.  Allahın evində* sadiq olmuş Musa kimi,+ İsa da onu bu işə təyin edən Allaha sadiq idi.+  O, Musadan da böyük şərəfə layiq görüldü,+ çünki bənna tikdiyi evdən daha böyük hörmətə layiq görülür.  Bəli, hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır.  Musa bir xidmətçi kimi Allahın evində sadiq idi və onun xidməti gələcəkdə aşkar ediləcək şeylərə şəhadət edirdi.  Məsih isə Allahın evi üzərində bir oğul kimi sadiq idi.+ Biz Allahın eviyik,+ bu şərtlə ki, cəsarətimizi və öyündüyümüz ümidi axıradək qoruyub saxlayaq.  Buna görə də müqəddəs ruh vasitəsilə deyilib:+ «Bu gün Mənə qulaq asın:  ürəyinizi inadkar etməyin, səhrada sınaq vaxtı Məni qəzəbləndirən əcdadlarınız kimi hərəkət etməyin.+  Onlar orada Məni sınadı, imtahana çəkdi, halbuki qırx il ərzində gördüyüm işlərin şahidi olmuşdular.+ 10  Bu səbəbdən ürəyim o nəsildən ikrah etdi və dedim: “Onların ürəyi elə hey azır, onlar yollarımı tanımırlar”. 11  Buna görə qəzəblənib and içdim: “Onlar istirahətimə qovuşmayacaqlar”».+ 12  Qardaşlar, ehtiyatlı olun ki, heç biriniz var olan Allahdan uzaqlaşmayasınız və ürəyiniz korlanıb imansız olmasın.+ 13  Nə qədər ki «bu gün»+ deyilən vaxt davam edir, hər gün bir-birinizi ruhlandırın ki, heç kəsin ürəyi günahın tovlayıcı qüvvəsi ilə sərtləşməsin. 14  Başlanğıcda bizdə olan qətiyyəti sonadək qoruyub saxladığımız təqdirdə, Məsihlə ortaq olacağıq.+ 15  Necə ki deyilib: «Bu gün Mənə qulaq asın: ürəyinizi inadkar etməyin, Məni qəzəbləndirən əcdadlarınız kimi hərəkət etməyin».+ 16  Səsini eşidə-eşidə Onu kim qəzəbləndirirdi? Məgər Musanın rəhbərliyi altında Misirdən çıxanların hamısı belə etmirdi?+ 17  Bundan əlavə, Allah qırx il ərzində kimə qarşı ikrah duyurdu?+ Məgər Onun ikrah duyduğu adamlar günah işləyib səhrada ölənlər deyildi?+ 18  Allah kimə and içib demişdi ki, Onun istirahətinə qovuşmayacaq? Məgər itaətsizlik edənlərə deməmişdi? 19  Gördüyümüz kimi, onlar imansızlıq ucbatından ona qovuşa bilmədilər.+

Haşiyələr

Yəni Allahın icmasında.