Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

İbranilərə 11:1—40

MÜNDƏRİCAT

  • İmanın tərifi (1, 2)

  • İman örnəkləri (3—40)

    • İman etmədən Allahın razılığını qazanmaq mümkün deyil (6)

11  İman ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə əminlikdir,+ gözlə görünməyən gerçəkliklərin sübutunu açıq-aşkar görməkdir.  Onun sayəsində qədimdə yaşamış adamlar özləri haqqında müsbət şəhadət almışlar.  İmanımız sayəsində dərk edirik ki, dövrlər Allahın sözü ilə qurulub. Beləcə, gözlə görünən şeylər görünməyən şeylərdən əmələ gəlib.  Habil imanı sayəsində Allaha Qabilin+ qurbanından daha qiymətli qurban gətirdi. Habil bu imanı sayəsində saleh olduğu barədə şəhadət aldı, çünki Allah onun bəxşişlərindən razı qaldı.+ Habil ölsə də, imanı vasitəsilə indiyədək danışır.+  Hənuq imanı sayəsində köçürüldü ki, ölümü görməsin. Allah Hənuqu+ köçürtdüyü üçün onu heç yerdə tapmaq mümkün olmadı.+ O, köçürülməzdən əvvəl Allahın razılığını qazandığı barədə şəhadət aldı.  İman etmədənsə Allahın razılığını qazanmaq mümkün deyil, çünki Allaha yaxınlaşan adam Onun varlığına və Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə inanmalıdır.+  Nuh, imanı sayəsində,+ hələ görünməyən şeylərlə bağlı Allah tərəfindən xəbərdar ediləndən sonra+ Allah qorxusu ilə ailəsinin xilası üçün gəmi tikdi.+ O, imanı ilə dünyanı məhkum etdi+ və imandan doğan salehliyin varisi oldu.  İbrahim, imanı sayəsində,+ Allah tərəfindən çağırılanda itaət edib miras alacağı torpağa yollandı. O, hara getdiyini bilməsə də, yola düşdü.+  O, imanı sayəsində vəd diyarında qürbətdə olan qəribtək ömür sürdü.+ Özü ilə eyni vədə varis olan İshaq və Yaqubla birlikdə+ çadırlarda yaşadı.+ 10  Çünki o, memarı və inşaatçısı Allah olan, əsil bünövrə üzərində tikilmiş şəhəri gözləyirdi.+ 11  Sara da, imanı sayəsində, yaşının ötməsinə baxmayaraq,+ uşağa qalmaq üçün güc aldı, çünki vəd verənin etibarlı olduğuna inanırdı. 12  Beləcə, qoca* bir kişidən+ göydəki ulduzlar və dəniz sahilindəki qum dənələri qədər saysız-hesabsız+ övlad törəndi.+ 13  Bu adamlar vəd edilən şeyləri almasalar da, hamısı həyatı imanla başa vurdu.+ O şeyləri uzaqdan görüb sevindilər,+ o torpaqda qərib və müvəqqəti sakin olduqlarını bəyan etdilər. 14  Bu cür danışanlar cidd-cəhdlə öz yurdlarını axtardıqlarını göstərirlər. 15  Əgər onlar çıxdıqları yeri daima xatırlasaydılar,+ imkan tapıb ora qayıdardılar. 16  Ancaq onlar daha yaxşı bir yerə, göyə aid bir yerə can atırlar. Buna görə də onlar Allahı özlərinin Allahı kimi çağıranda Allah onlara görə utanmır,+ O, onlar üçün şəhər hazırlayıb.+ 17  İbrahim, imanı sayəsində, sınanarkən+ İshaqı, sanki, qurban gətirmiş oldu. Bəli, vədləri sevinclə almış adam öz yeganə oğlunu qurban gətirmək üzrə idi,+ 18  halbuki ona deyilmişdi: «Sənə vəd olunan övlad* İshaqdan törəyəcək».+ 19  O, belə qənaətə gəldi ki, oğlu ölsə də, Allah onu diriltməyə qadirdir və doğrudan da, onu rəmzi mənada ölümün pəncəsindən geri aldı.+ 20  İshaq da imanı sayəsində Yaquba+ və Eysə+ gələcəklə bağlı xeyir-dua verdi. 21  Yaqub, imanı sayəsində, ölüm ayağında olarkən+ Yusifin hər iki oğluna xeyir-dua verdi+ və əsasına söykənib Allaha səcdə qıldı.+ 22  Yusif, imanı sayəsində, ölüm yatağında olarkən İsrail oğullarının Misirdən çıxacağını söyləyib öz sümükləri* ilə bağlı onlara göstəriş verdi.+ 23  Musanın valideynləri, iman sayəsində, körpəni doğulandan sonra düz üç ay gizlətdilər,+ çünki onun çox qəşəng olduğunu gördülər+ və padşahın fərmanından qorxmadılar.+ 24  Musa da böyüyəndən sonra+ imanı sayəsində firon qızının oğlu adlanmaqdan imtina etdi.+ 25  O, günahdan müvəqqəti həzz almaqdansa, Allahın xalqı ilə birlikdə əziyyətə qatlaşmağı üstün tutdu, 26  çünki o, bir məsh olunmuş kimi məruz qaldığı təhqirləri Misirin bütün xəzinələrindən daha qiymətli bir sərvət hesab etdi, çünki gözünü alacağı mükafatdan çəkmirdi. 27  Musa imanı sayəsində Misirdən çıxdı.+ O, padşahın qəzəbindən qorxmurdu,+ çünki Gözəgörünməzi+ görürmüş kimi mətin idi. 28  O, imanı sayəsində Pasxanı qeyd etdi və qapının yan taxtalarına qan çilədi ki, Allahın mələyi onların ilkin övladlarına dəyməsin.+ 29  Onlar iman sayəsində Qırmızı dənizi, sanki, qurudan keçən kimi keçdilər.+ Misirlilər də keçmək istəyəndə suya qərq oldular.+ 30  Xalq iman sayəsində Ərihanın ətrafını yeddi gün dolanandan sonra şəhərin divarları dağıldı.+ 31  İmanı sayəsində fahişə Rahab itaətsizlik edənlərlə birlikdə məhv olmadı, çünki kəşfiyyatçıları mehribanlıqla qəbul etmişdi.+ 32  Daha kimi deyim? Cədun+, Bərəq+, Şimşon+, İftah+, Davud+, həmçinin İşmuil+ və digər peyğəmbərlər barəsində də danışsam, vaxt çatmaz. 33  Onlar iman vasitəsilə padşahları məğlub edir,+ salehliyi bərqərar edir, vədlər alır,+ şirlərin ağzını bağlayır,+ 34  şiddətli alovdan xəsarətsiz çıxır,+ qılınc ağzından qurtulur,+ zəifdən güclüyə çevrilir,+ müharibədə şücaət göstərir,+ işğalçı qoşunları darmadağın edirdilər.+ 35  Qadınlar ölmüş əzizlərinə dirilmə vasitəsilə qovuşur,+ digərləri daha yaxşı dirilməyə çatmaq üçün hər hansı bir fidyə vasitəsilə azad edilməkdən imtina edərək işgəncə çəkirdilər. 36  Kimisi lağa qoyulur, kimisi qamçılanır, hətta qandallanıb+ zindana atılırdı.+ 37  Onlar daşlanır,+ sınanır, mişarla ikiyə bölünür, qılıncdan keçirilir,+ qoyun və keçi dərisində sərgərdan gəzir,+ korluq və zülm çəkir,+ pis rəftar görürdülər.+ 38  Dünya onlara layiq deyildi. Onlar səhralarda, dağlarda, qaya oyuqlarında,+ mağaralarda dolaşırdılar. 39  Bu insanlar iman sayəsində Allahın razılığını qazandıqlarına şəhadət alsalar da, vədlərin icrasını görmədilər, 40  çünki onlar bizsiz kamilliyə yetişməsinlər deyə, Allah bizim üçün daha yaxşı bir tədbir görüb.+

Haşiyələr

Hərfən: ölü. Yəni nəsil artırmağa qabil olmayan.
Hərfən: toxum.
Yaxud dəfni.