Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Üzeyir 9:1—15

MÜNDƏRİCAT

  • İsraillilərin yadellilərlə nikahı (1—4)

  • Üzeyirin günahlara görə duası (5—15)

9  Bütün bunlardan sonra başçılar mənə yaxınlaşıb dedilər: «İsrail xalqı, kahinlər və lavililər ətraf xalqlardan — kənanilərdən, hetlərdən, fərizilərdən, yəbusilərdən, əmunilərdən, muabilərdən, misirlilərdən+, amorilərdən+ və onların iyrənc əməllərindən+ uzaq durmayıblar.  Onların qızlarından özlərinə və oğullarına arvad alıblar.+ Müqəddəs nəsil+ ətraf xalqlarla qarışıb+. Bu xəyanətdə başçılar və məmurlar öndə gedirlər».  Bu xəbəri eşidəndə yaxamı cırıb saç-saqqalımı yoldum və sarsıntı içində yerə çökdüm.  Axşam taxıl təqdiməsi vaxtınadək beləcə oturdum.+ Bu arada, İsrailin Allahının sözlərinə ehtiram bəsləyən adamlar əsirlikdən qayıdanların xəyanəti ilə əlaqədar ətrafıma toplaşdı.  Axşam taxıl təqdiməsi vaxtı gəldi.+ Yaxam cırıq, pərişan halda oturduğum yerdən qalxdım. Diz çöküb əllərimi Allahım Yehovaya açdım  və dedim: «Ey Allahım, Sənin hüzurunda xəcalət çəkirəm, başımı qaldırmağa utanıram. Allahım, təqsirlərimiz başımızdan aşır, günahlarımız göylərə çatıb.+  Ata-babalarımızın dövründən bu günə kimi böyük günahlar etmişik.+ Günahlarımıza görə biz, padşahlarımız, kahinlərimiz yadelli padşahlara təslim edildik, qılınc+, əsarət+, talan+, rüsvayçılıq ucbatından zülm çəkdik. Bu zülmü indi də çəkirik.+  İndi isə, ey Allahımız Yehova, bizə bir anlıq lütf göstərdin. Ey Allahımız, bizi məhv olmağa qoymadın, müqəddəs məkanında bizə təhlükəsiz bir yer verdin+ ki, gözümüz parlasın, köləlikdə ikən bir qədər dirçələk.  Biz köləyik,+ amma Sən, ey Allahımız, bizi köləlikdə tərk etmədin, Fars şahlarının önündə bizə lütf göstərdin.+ Bizi dirçəltdin ki, Sənin evini tikək,+ onun xarabalıqlarını abad edək, Yəhuda və Yerusəlimdə özümüzü, sanki, möhkəm divarlar arxasında hiss edək. 10  Ey Allahımız, bütün bunlardan sonra nə deyək? Sənin əmrlərini pozduq. 11  Sən peyğəmbər qulların vasitəsilə bizə buyurmuşdun: “Sahib olacağınız o torpaq murdar torpaqdır, çünki sakinləri natəmizdir, oranı başdan-başa iyrənc əməlləri ilə, murdarlıqları ilə bulaşdırıblar.+ 12  Odur ki, nə onların oğullarına qız verin, nə də oğullarınıza onlardan qız alın.+ Heç vaxt onların əmin-amanlığı və rifahı üçün çalışmayın.+ Onda siz möhkəmlənər, torpağın nemətlərindən yeyər və o torpağa həmişəlik sahib olub onu oğullarınıza irs qoyarsınız”. 13  Sən, ey Allahımız, bizimlə təqsirlərimizə görə rəftar etmədin,+ burada olan bizlərə sağ qalmağa izin verdin.+ Şər əməllərimiz, ağır günahımız ucbatından başımıza gələn bu qədər müsibətdən sonra 14  hansı haqla yenə Sənin əmrlərini pozuruq, iyrənc əməllər edən xalqlarla qohum oluruq?+ İndi sən bizə qəzəblənməzsən? Bir nəfəri də sağ saxlamayıb hamımızı məhv etməzsən? 15  Ey İsrailin Allahı Yehova, Sən adilsən!+ Çünki biz bu günə qədər sağ qalmışıq. Budur, günahlı halda Sənin qarşındayıq. Bu əməllə Sənin hüzurunda durmaq mümkün deyil».+

Haşiyələr