Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Üzeyir 8:1—36

MÜNDƏRİCAT

  • Üzeyirlə qayıdanların siyahısı (1—14)

  • Səfərə hazırlıq (15—30)

  • Babildən çıxıb Yerusəlimə gəlirlər (31—36)

8  Şah Artakserksin+ hakimiyyəti zamanı mənimlə birgə Babildən çıxan və nəsillərinə görə qeydə alınan nəsil başçıları bunlardır:  Fənhas+ nəslindən Hirsəm, İsamar+ nəslindən Dənyal, Davud nəslindən Həttuş;  Faruş nəslindən olan Səkənya övladlarından Zəkəriyyə və onunla birgə qeydə alınan 150 kişi;  Fəhat-Muab nəslindən+ Zarahya oğlu İlyəhənay və onunla birgə 200 kişi;  Zəttu nəslindən+ Yahəzil oğlu Səkənya və onunla birgə 300 kişi;  Adhin nəslindən+ Yonatan oğlu Əbəd və onunla birgə 50 kişi;  Elam nəslindən+ Ətəlya oğlu Yaşay və onunla birgə 70 kişi;  Şəfətay nəslindən+ Mikayıl oğlu Zəbədya və onunla birgə 80 kişi;  Yuab nəslindən Yəhyil oğlu Əbdiya və onunla birgə 218 kişi; 10  Bənni nəslindən Yusfiya oğlu Səlimət və onunla birgə 160 kişi; 11  Bəbay nəslindən+ Bəbay oğlu Zəkəriyyə və onunla birgə 28 kişi; 12  Əzcad nəslindən+ Haqqatan oğlu Yuhənna və onunla birgə 110 kişi; 13  Əduniqam nəslindən+ sonuncular: Əlfəlit, Yaəl, Şəmay və onlarla birgə 60 kişi; 14  Bəqvay nəslindən+ Utay ilə Zəbbud və onlarla birgə 70 kişi. 15  Onları Əhavaya axan çayın+ kənarına topladım və biz düşərgə salıb üç gün orada qaldıq. Amma xalqı və kahinləri yoxlayanda onların arasında lavililərdən heç kimi tapmadım. 16  Onda xəbər göndərib başçılardan Əlyəzəri, Əryili, Şəmayı, Əlnətanı, Yaribi, Əlnətanı, Natanı, Zəkəriyyəni və Məşullamı, müəllimlərdən Yəhyaribi və Əlnətanı çağırdım. 17  Sonra onlara əmr etdim ki, Qasifyədə başçı olan İddunun yanına getsinlər. İdduya və onun məbəd qulluqçuları olan Qasifyədəki qardaşlarına desinlər ki, Allahımızın evi üçün bizə xidmətçilər gətirsinlər. 18  Allahımız bizə yar olduğu üçün onlar İsrail oğlu Lavinin nəvəsi Məhlinin+ övladlarından ağıllı bir adamı, Şərbiyanı+, onun oğullarını və qardaşlarını, 18 nəfəri, 19  Həşbiyyəni, merarlılardan+ Yaşay ilə qardaşlarını və onların oğullarını, 20 nəfəri, 20  həmçinin Davudun və əyanların lavililərin qulluğuna verdiyi məbəd qulluqçuları arasından adbaad seçilmiş 220 nəfəri yanımıza gətirdilər. 21  Sonra Allahımızın qarşısında özümüzü aşağı tutmaq üçün, Ondan bizi, övladlarımızı, mal-mülkümüzü qorumasını, yolda bizə bələdçilik etməsini diləmək üçün Əhava çayının kənarında oruc elan etdim. 22  Şahdan yolboyu bizi düşməndən qorumaq üçün əsgər və atlılar istəməyə üzüm gəlmədi, çünki şaha demişdik: «Allahımız Ona üz tutanlara yar olur,+ Ondan üz döndərənlərə isə gücünü və qəzəbini göstərir».+ 23  Beləcə, biz oruc tutduq, Allahımıza yalvardıq, O da yalvarışımızı eşitdi.+ 24  Kahinlərin rəhbərlərindən 12 nəfəri — Şərbiyanı, Həşbiyyəni+ və onların qardaşlarından 10 nəfəri seçdim. 25  Sonra şahın, onun məsləhətçilərinin, əyanlarının və oradakı israillilərin Allahımızın evi üçün verdiyi əşyaları, qızılı, gümüşü çəkib onlara verdim.+ 26  Onlara çəkib verdiyim şeylər bunlardır: 650 talant* gümüş, 2 talant dəyərində 100 ədəd gümüş əşya, 100 talant qızıl, 27  1000 darik* dəyərində 20 ədəd qızıl masqura və parlaq qırmızı rəngdə, qızıl qədər qiymətli, yaxşı misdən 2 ədəd qab. 28  Sonra onlara dedim: «Siz Yehova üçün müqəddəssiniz,+ bu əşyalar da müqəddəsdir. Bu gümüş və qızıl ata-babalarınızın Allahı Yehovaya verilən könüllü təqdimədir. 29  Bunları Yerusəlimdə, Yehovanın evinin otaqlarında*, kahinlərlə lavililərin rəhbərlərinin və İsrail nəsillərinin başçılarının önündə çıxarıb çəkənə qədər bərk-bərk qoruyun».+ 30  Kahinlərlə lavililər onlara çəkilib verilmiş qızıl-gümüşü və əşyaları Yerusəlimə, Allahımızın evinə aparmaq üçün götürdülər. 31  Birinci ayın on ikinci günündə+ Əhava çayının+ kənarından Yerusəlimə yola düşdük. Bütün yolboyu Allahımız bizə yar oldu, bizi düşmənlərdən və pusqulardan qurtardı. 32  Nəhayət, Yerusəlimə gəlib çatdıq,+ üç gün orada qaldıq. 33  Dördüncü gün isə Allahımızın evində qızıl-gümüşü və əşyaları çəkib+ Uryah oğlu kahin Mərimuta+ verdik. Fənhas oğlu Əlyazar, lavililərdən Yeşu oğlu Yuzabad+ və Bənya+ oğlu Nuday da onların yanında idi. 34  Hər şey sayılıb çəkildi və çəki qeydə alındı. 35  Sürgündən qayıdan əsirlər İsrailin Allahına yandırma qurbanları gətirdilər: 96 qoç+, 77 erkək quzu, günah qurbanı olaraq 12 təkə+ və bütün İsrail üçün 12 buğa+. Bunlar Yehovaya gətirilən yandırma qurbanları idi.+ 36  Sonra şahın əmrlərini canişinlərinə və çayın* o tayındakı bölgənin+ valilərinə çatdırdıq.+ Onlar xalqa və Allahın evinə yardım etdilər.+

Haşiyələr

Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Fars qızıl sikkəsi. B14 əlavəsinə bax.
Yaxud yemək otaqlarında.
Fərat çayı.