Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Üzeyir 7:1—28

MÜNDƏRİCAT

  • Üzeyir Yerusəlimə gəlir (1—10)

  • Artakserksin Üzeyirə naməsi (11—26)

  • Üzeyir Yehovaya alqış oxuyur (27—28)

7  Bu hadisələrdən sonra, Fars şahı Artakserksin+ hakimiyyəti dövründə Üzeyir*+ Babildən çıxdı. Üzeyir Sərəyahın+, Sərəyah Əzriyanın, Əzriya Xilqiyyənin+,  Xilqiyyə Səllumun, Səllum Sadığın, Sadıq Əxitubun,  Əxitub Əmariyyənin, Əmariyyə Əzriyanın+, Əzriya Məryutun,  Məryut Zarahyanın, Zarahya Uzzinin, Uzzi Buqqinin,  Buqqi Abişunun, Abişu Fənhasın+, Fənhas Əlyazarın+, Əlyazar isə böyük kahin Harunun oğlu+ idi.  Babildən çıxan bu Üzeyir mirzə idi və İsrailin Allahı Yehovanın Musaya verdiyi Qanunun bilicisi* idi.+ Allahı Yehova Üzeyirə yar olduğu üçün şah onun hər xahişini yerinə yetirmişdi.  Şah Artakserksin hakimiyyətinin yeddinci ilində israillilərdən, kahinlərdən, lavililərdən+, məzmur oxuyanlardan+, darvaza keşikçilərindən+ və məbəd qulluqçularından+ bəziləri Yerusəlimə getdi.  Üzeyir şahın hakimiyyətinin yeddinci ilində, beşinci ayda Yerusəlimə gəldi.  O, Babildən birinci ayın birinci günündə yola çıxmışdı, Allahın köməyi ilə beşinci ayın birinci günündə Yerusəlimə çatdı.+ 10  Üzeyir Yehovanın Qanununu tədqiq və tətbiq etməyi+, İsraildə qayda-qanunları və hökmləri öyrətməyi ürəyində qət etmişdi*.+ 11  Yehovanın İsrailə buyurduğu əmrlərin və qaydaların bilicisi olan mirzə və kahin Üzeyirə şah Artakserksin verdiyi namənin surəti budur: 12  * «Şahənşah Artakserksdən+ göylərin Allahının Qanununun köçürücüsü kahin Üzeyirə salamlar olsun! 13  Mən fərman verirəm ki, səltənətimdə yaşayan İsrail xalqından, kahinlərdən və lavililərdən kim səninlə Yerusəlimə getmək istəyirsə, getsin.+ 14  Şah və onun yeddi məsləhətçisi səni göndərir ki, gedib Yəhuda və Yerusəlimdə Allahın Qanununa, səndə olan qanuna əməl edilib-edilmədiyini öyrənəsən. 15  Məskəni Yerusəlimdə olan İsrailin Allahına şah və onun məsləhətçilərinin bəxşiş kimi verdiyi qızıl-gümüşü, 16  həmçinin Babil əyalətində sənə verilən bütün qızıl-gümüşü və kahinlərlə xalqın Allahın Yerusəlimdəki evinə verdikləri bəxşişləri özünlə apar.+ 17  Vaxt itirmədən bu pula buğa+, qoç+, quzu+, eləcə də taxıl təqdiməsi+ və şərab təqdiməsi+ al. Onları Allahınızın Yerusəlimdəki evinin qurbangahında təqdim et. 18  Qızıl-gümüşün qalanından isə sən və qardaşların Allahınızın iradəsinə uyğun olaraq, istədiyiniz kimi istifadə edə bilərsiniz. 19  Allahının evində ibadət zamanı istifadə edilən qabların hamısını götürüb Yerusəlimə, Allahın hüzuruna apar.+ 20  Allahının evi üçün başqa nəsə lazım olsa, saray xəzinəsindən ödəyərsən.+ 21  Mən, şah Artakserks çayın* o tayındakı bölgənin bütün xəzinədarlarına əmr edirəm ki, göylərin Allahının Qanununun köçürücüsü kahin Üzeyirin+ sizdən istədiyi hər şeyi dərhal ona verəsiniz. 22  Ona 100 talanta* qədər gümüş, 100 kora* qədər buğda, 100 bata* qədər şərab+, 100 bata qədər yağ+ və istədiyi qədər duz+ verin. 23  Qoy göylərin Allahının Öz evi ilə əlaqədar buyurduğu hər şey səylə yerinə yetirilsin+ və beləcə, şahın səltənəti və oğulları Allahın qəzəbinə tuş gəlməsin.+ 24  Bunu da bilin ki, kahinlərdən, lavililərdən, musiqiçilərdən+, qapı keşikçilərindən, məbəd qulluqçularından+ və Allahın evində iş görənlərdən vergi, xərac+ və torpaqbasdı alınmamalıdır. 25  Sən Üzeyir, Allahın sənə verdiyi hikmətlə məmurlar və hakimlər təyin et ki, çayın o tayındakı bölgənin bütün əhalisinə, Allahının qanunlarını bilənlərin hamısına hakimlik etsinlər. Kim qanunları bilmirsə, öyrədin.+ 26  Kim sənin Allahının Qanununa və şahın qanununa əməl etməsə, dərhal layiq olduğu cəza ilə — ölüm, sürgün, cərimə, yaxud həbs cəzası ilə cəzalandırılsın». 27  Yehovanın Yerusəlimdəki evini gözəlləşdirmək fikrini şahın ürəyinə qoyan ata-babalarımızın Allahı Yehovaya alqış olsun!+ 28  O, şahın, onun məsləhətçilərinin+ və bütün nüfuzlu əyanlarının önündə mənə lütf göstərdi.+ Allahım Yehova mənə yar olduğu üçün ürəkləndim və mənimlə birgə getmək üçün İsrail başçılarını topladım.

Haşiyələr

İbr. Ezra. Mənası: kömək.
Yaxud peşəkar köçürücüsü.
Yaxud öyrətməyə ürəyini hazırlamışdı.
Bu ayədən 7:26 ayəsinə kimi orijinal mətn arami dilində yazılıb.
Fərat çayı.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Kor 220 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
Bat 22 l-ə bərabərdir. B14 əlavəsinə bax.