Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Üzeyir 6:1—22

MÜNDƏRİCAT

  • Dara araşdırır və fərman verir (1—12)

  • Məbədin açılışı (13—18)

  • Pasxa keçirilir (19—22)

6  O zaman şah Daranın əmri ilə Babil xəzinəsində olan dəftərxana axtarıldı.  Mada* əyalətində, Aqbatana* şəhərindəki qalada bir tumar tapıldı. Tumarda yazılmışdı:  «Şah Kuruş hakimiyyətinin birinci ilində Allahın Yerusəlimdəki evi haqqında belə fərman verib:+ “Bu ev inşa edilsin, orada qurban gətirilsin. Təməli qoyulsun, hündürlüyü 60 qulac*, eni 60 qulac olsun.+  Üç cərgə iri daş və bir cərgə tir düzülsün.+ Xərclər şah sarayının hesabına ödənilsin.+  Həmçinin Navuxodonosorun Allahın Yerusəlimdəki məbədindən Babilə gətirdiyi qızıl və gümüş qablar+ öz yerinə, Yerusəlimdəki məbədə, Allahın evinə qaytarılsın”.+  Siz, çayın* o tayındakı bölgənin valisi Təttanay, Şizar-Buznay və müttəfiqləriniz, çayın o tayındakı bölgənin vali naibləri,+ oradan uzaq durun,  Allahın evinin inşasına mane olmayın. Qoy yəhudilərin valisi və ağsaqqalları Allahın evini əvvəlki yerində tiksinlər.  Bundan əlavə, əmr edirəm ki, Allahın evinin inşasında yəhudilərin ağsaqqallarına bu köməyi göstərəsiniz: iş dayanmasın deyə, saray xəzinəsindən+, çayın o tayındakı bölgədən toplanan vergilərdən bu adamların məsrəfləri vaxtlı-vaxtında ödənilsin.+  Yerusəlimdəki kahinlərin dediyi hər şeyi, göylərin Allahına yandırma qurbanı təqdim etmək üçün cavan buğa+, qoç+ və quzu+, üstəlik, buğda+, duz+, şərab+ və yağ+ hökmən hər gün verilsin. 10  Onlar da həmişə göylərin Allahına məqbul olan qurbanlar gətirsinlər və şahla oğullarının canına dua etsinlər.+ 11  Həmçinin əmr edirəm ki, kim bu əmrə tabe olmasa, həmin adamın evindən bir tir çıxarılsın və o, bu tirdən asılsın, bu əməlinə görə evi ümumi ayaqyolu* olsun. 12  Qoy bu əmri pozmağa və Allahın Yerusəlimdəki evini dağıtmağa çalışan hər bir padşahı və xalqı oranı Öz adına məskən seçən+ Allah yox etsin. Mən Dara bu əmri verirəm. Əmrim dərhal yerinə yetirilsin». 13  Çayın o tayındakı bölgənin valisi Təttanay, Şizar-Buznay+ və müttəfiqləri şah Daranın əmr etdiyi hər şeyi dərhal yerinə yetirdilər. 14  Yəhudilərin ağsaqqalları isə Həqqay+ peyğəmbərin və İddunun nəvəsi Zəkəriyyənin+ peyğəmbərlik sözlərindən ürəklənərək tikinti işini davam etdirirdilər; iş qabağa gedirdi+. Beləcə, onlar İsrailin Allahının, o cümlədən Fars şahları Kuruşun+, Daranın+ və Artakserksin+ əmrinə əsasən, evi tikib qurtardılar.+ 15  Evin inşası şah Daranın hakimiyyətinin altıncı ilində, adar* ayının üçüncü günündə başa çatdı. 16  İsrail xalqı, kahinlər, lavililər+ və əsirlikdən qayıdan digər adamlar Allahın evinin açılışını şadyanalıqla qeyd etdilər. 17  Allahın evinin açılışı üçün 100 buğa, 200 qoç, 400 quzu və qəbilələrin sayına müvafiq olaraq, bütün İsrail xalqı üçün günah qurbanı kimi 12 təkə təqdim etdilər.+ 18  Musanın kitabında yazıldığı kimi,+ kahinləri dəstələrinə görə, lavililəri bölüklərinə görə Yerusəlimdə Allaha xidmətə təyin etdilər.+ 19  Əsirlikdən qayıdanlar birinci ayın on dördüncü günündə Pasxa bayramını qeyd etdilər.+ 20  Kahinlərin və lavililərin hamısı bir nəfər kimi paklanıb təmiz oldu.+ Onlar əsirlikdən qayıdanların hamısı üçün, eləcə də kahin yoldaşları və özləri üçün Pasxa qurbanı kəsdilər. 21  Əsirlikdən qayıtmış israillilər və İsrailin Allahı Yehovaya ibadət etmək üçün ətraf xalqların natəmizliyindən uzaqlaşıb onlara qoşulanların hamısı bu qurbandan yedilər.+ 22  Onlar yeddi gün Mayasız çörək bayramını şənlik içində qeyd etdilər.+ Çünki Yehova onlara sevinc bəxş etmişdi və Aşşur hökmdarının ürəyində onlara qarşı lütf oyatmışdı+, hökmdar Allahın, İsrailin Allahının evinin inşasında onlara kömək etmişdi.

Haşiyələr

Midiya.
Ekbatan.
Təx. 26,7 m. B14 əlavəsinə bax.
Fərat çayı.
Digər variant: zibillik; nəcis qalağı.