Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Üzeyir 5:1—17

MÜNDƏRİCAT

  • Yəhudilər məbədin tikintisinə başlayırlar (1—5)

  • Təttanayın şah Daraya naməsi (6—17)

5  Həqqay peyğəmbər+ və İddunun+ nəvəsi Zəkəriyyə peyğəmbər+ Yəhuda və Yerusəlimdə olan yəhudilərə İsrailin Allahının* adı ilə peyğəmbərlik edirdilər.  Həmin vaxt Şəəltiil oğlu Zərubabil+ və Yəhusadiq oğlu Yeşu+ Allahın Yerusəlimdəki evini tikməyə başladılar.+ Allahın peyğəmbərləri də onların yanında idilər və onlara kömək edirdilər.+  Onda çayın* o tayındakı bölgənin valisi Təttanay, Şizar-Buznay və onların müttəfiqləri gəlib yəhudilərə dedilər: «Bu evi və bu tikilini kimin göstərişi ilə tikirsiniz?»  Sonra onlardan soruşdular: «Binanı tikənlərin adları nədir?»  Amma Allahın nəzəri yəhudi ağsaqqallarının üstündə idi.+ Daraya xəbər göndərib ondan bu məsələ ilə bağlı namə alanadək bu adamlar işi dayandırmadılar.  Çayın o tayındakı bölgənin valisi Təttanayın, Şizar-Buznayın və onun müttəfiqlərinin, çayın o tayındakı bölgənin vali naiblərinin şah Daraya göndərdiyi namənin surəti budur.  Onların göndərdiyi namədə yazılmışdı: «Şah Daraya. Şaha salam olsun!  Şaha məlum olsun ki, biz Yəhuda əyalətinə, Ulu Allahın evinə getmişdik. Bu ev iri daşlarla tikilir, divarların içinə tir qoyulur. Camaat var gücü ilə çalışır, işləri qabağa gedir.  Biz onların ağsaqqallarından soruşduq: “Bu evi və bu tikilini kimin göstərişi ilə tikirsiniz?”+ 10  Həmçinin onlardan adlarını soruşduq ki, işə başçılıq edən adamların adını yazıb sənə göndərək. 11  Onlar bizə belə cavab verdilər: “Biz yerin və göyün Allahının qullarıyıq. Çox illər əvvəl İsrailin əzəmətli padşahının tikdiyi evi bərpa edirik.+ 12  Ata-babalarımız göylərin Allahını qəzəbləndirdiyi üçün+ Allah onları Babil padşahı kəldani Navuxodonosora təslim etmişdi.+ O da bu evi yerlə yeksan edib+ xalqı Babilə əsir aparmışdı.+ 13  Ancaq Babil hökmdarı Kuruş hakimiyyətinin birinci ilində Allahın evinin yenidən tikilməsi üçün fərman vermişdi.+ 14  Həmçinin şah Kuruş Navuxodonosorun Allahın Yerusəlimdəki məbədindən götürüb Babil məbədinə apardığı qızıl və gümüş qabları Babil məbədindən çıxardıb,+ Şeşbassara*+, vali təyin etdiyi adama+ vermiş 15  və ona demişdi: “Bu qabları götür və onları Yerusəlimdəki məbədə apar. Qoy Allahın evi əvvəlki yerində tikilsin”.+ 16  Onda Şeşbassar Yerusəlimə gəlib Allahın evinin bünövrəsini qoydu.+ O vaxtdan bəri məbəd tikilir, amma hələ tamamlanmayıb”.+ 17  İndi şah məsləhət bilirsə, qoy Babildəki saray xəzinəsi* axtarılsın və Allahın Yerusəlimdəki evinin inşası üçün şah Kuruşun əmr verib-vermədiyi müəyyən olunsun.+ Sonra şahın bu məsələ ilə bağlı qərarı bizə göndərilsin».

Haşiyələr

Hərfən: onların üstündə olan İsrailin Allahının.
Fərat çayı.
Görünür, bu, 2:2; 3:8 ayələrində adı çəkilən Zərubabildir.
Yaxud dəftərxanası.