Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Üzeyir 3:1—13

MÜNDƏRİCAT

  • Qurbangah tikilir; qurbanlar gətirilir (1—7)

  • Məbədin bərpası başlanır (8, 9)

  • Məbədin təməli qoyulur (10—13)

3  Yeddinci ay+ çatanda öz şəhərlərində yaşayan israillilər bir nəfər kimi Yerusəlimdə toplaşdı.  Yəhusadiq oğlu Yeşu+ ilə onun kahin yoldaşları və Şəəltiil+ oğlu Zərubabillə+ qardaşları Allahın qulu Musanın Qanununda yazıldığı kimi,+ yandırma qurbanları gətirmək üçün İsrailin Allahına qurbangah tikdilər.  Onlar ətraf xalqlardan+ qorxsalar da, qurbangahı əvvəlki yerində tikdilər. Onun üzərində Yehovaya səhər və axşam yandırma qurbanı+ təqdim etməyə başladılar.  Sonra yazıldığı kimi, Çardaqlar bayramı keçirdilər.+ Bayram günlərində hər gün tələb olunan sayda yandırma qurbanları gətirirdilər.+  O vaxtdan etibarən daimi yandırma qurbanı gətirdilər,+ həmçinin təzə ay mərasimlərində,+ Yehovaya həsr olunmuş bayramlarda+ təqdimələr, eləcə də Yehovaya səmimi-qəlbdən könüllü təqdimə+ gətirənlərin qurbanlarını təqdim etdilər.  Onlar yeddinci ayın birinci günündən+ etibarən, Yehovaya yandırma qurbanı gətirməyə başladılar. Hərçənd Yehovanın məbədinin bünövrəsi hələ qoyulmamışdı.  Onlar daşkəsənlərə+ və sənətkarlara+ pul ödədilər; Fars şahı Kuruşun verdiyi ixtiyarla+ dəniz yolu ilə Livandan Yaffaya sidr tirləri gətirmək üçün sidonlulara və surlulara ərzaq, içki və yağ verdilər.+  Allahın Yerusəlimdəki evinə gəlişlərinin ikinci ilinin ikinci ayında Şəəltiil oğlu Zərubabil, Yəhusadiq oğlu Yeşu, onların digər qardaşları, kahinlərlə lavililər və əsirlikdən Yerusəlimə qayıdan qalan camaat+ işə başladı. Yaşı iyirmi və iyirmidən yuxarı olan lavililəri Yehovanın evindəki işlərə nəzarətçi qoydular.  Beləliklə, Allahın evindəki işçilərə birlikdə nəzarət edənlər bunlar idi: Yəhuda* övladlarından Yeşu, oğulları və qardaşları, Qədmail və oğulları, həmçinin lavili Hənadad oğulları+, onların oğulları və qardaşları. 10  Bənnalar Yehovanın məbədinin təməlini qoyanda+ İsrail padşahı Davudun verdiyi göstərişə uyğun olaraq, rəsmi libas geymiş kahinlər kərənaylarla+ və lavililərdən Asəf övladları sinclərlə Yehovanı mədh etmək üçün ayağa qalxdılar.+ 11  «O, kəramətlidir, İsrailə qarşı məhəbbəti əbədidir»,+ — deyərək növbə ilə+ Yehovanı mədh etməyə və Ona həmd söyləməyə başladılar. Bütün xalq isə uca səslə hayqıraraq Yehovanı mədh etdi, çünki Yehovanın evinin təməli qoyulmuşdu. 12  Əvvəlki evi görmüş+ yaşlı nəsildən olan bir çox kahin, lavili, nəsil başçısı evin təməlinin qoyulduğunu görəndə hönkür-hönkür ağlamağa başladı, qalanları isə sevincdən hayqırırdı.+ 13  Sevinc və ağlaşma səslərini bir-birindən ayırmaq mümkün deyildi. Camaat elə hayqırırdı ki, səsləri çox-çox uzaqlarda eşidilirdi.

Haşiyələr

Üz 2:40 ayəsində Xudaviyyə. Nə 7:43 ayəsində Xudav.