Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 6:1—30

MÜNDƏRİCAT

  • Qurtuluş barədə vəd təkrarlanır (1—13)

    • «Özümü onlara Yehova adı ilə tanıtmamışdım» (2, 3)

  • Musa ilə Harunun nəsil şəcərəsi (14—27)

  • Musa yenidən Fironun hüzuruna gəlir (28—30)

6  Onda Yehova Musaya dedi: «Firona nə edəcəyimi görəcəksən.+ Əlimin gücü qarşısında məcbur qalıb onları buraxacaq, nəinki buraxacaq, hətta qovacaq ölkəsindən».+  Sonra Allah Musaya dedi: «Mən Yehovayam.  İbrahimə, İshaqa və Yaquba Qadir Allah+ kimi görünsəm də, Özümü onlara Yehova adı+ ilə tanıtmamışdım*.+  Onlarla əhd bağlamışdım ki, qərib kimi yaşadıqları Kənan torpağını onlara verəcəyəm.+  İndi isə misirlilərin kölə etdiyi israillilərin fəryadını eşitdim və əhdimi xatırladım.+  Buna görə də israillilərə belə de: “Mən Yehovayam. Sizi misirlilərin zülmündən, onların köləliyindən azad edəcəyəm.+ Çıxardığım böyük hökmlərlə, qüvvətli əlimlə sizi qurtaracağam.+  Sizi Özümə xalq edəcəyəm, sizin Allahınız olacağam.+ Biləcəksiniz ki, Mən Allahınız Yehovayam, sizi Misirin zülmündən azad edən Allah.  Sizi İbrahimə, İshaqa və Yaquba and içib vəd etdiyim diyara aparacağam. Bu torpaqları sizə mülk verəcəyəm.+ Mən Yehovayam”».+  Musa bu sözləri israillilərə çatdırdı, ancaq onlar ruhdan düşdüklərinə və ağır köləlik boyunduruğu altında əzildiklərinə görə Musanı eşitmədilər.+ 10  Onda Yehova Musaya dedi: 11  «Misir padşahı fironun hüzuruna get və ona söylə ki, israilliləri ölkəsindən buraxsın». 12  Musa isə Yehovaya dedi: «Heç israillilər mənə qulaq asmadılar,+ qalmışdı ki firon. Axı mən güc-bəla ilə danışıram».+ 13  Amma Yehova Musa ilə Haruna xalqın Misir torpağından çıxması ilə bağlı israillilərə və Misir padşahı firona çatdıracaqları əmrləri bir daha təkrar etdi. 14  İsraillilərin nəsil başçıları bunlardır: İsrailin ilk oğlu Rubənin+ oğulları: Hənuq, Fəllu, Həsrun və Qarmi.+ Bunlar Rubəndən törəyənlərdir. 15  Şəmunun oğulları: Yəmuil, Yəmin, Əhəd, Yakin, Zohar və kənani qadından doğulmuş Şaul.+ Bunlar Şəmundan törəyənlərdir. 16  Lavinin+ oğulları: Hirsən, Kəhat və Merar. Onlardan törəyən ailələr onların adını daşıyırdı.+ Lavi yüz otuz yeddi il yaşamışdı. 17  Hirsənin oğulları Libni və Şimay idi. Onlardan törəyən ailələr onların adını daşıyırdı.+ 18  Kəhatın oğulları: İmran, İshar, Həbrun və Üzziil.+ Kəhat yüz otuz üç il yaşamışdı. 19  Merarın oğulları: Məhli və Muşi. Bu, Lavidən törəyənlərin nəsil şəcərəsidir.+ 20  İmran bibisi Yuhabidlə evlənmişdi.+ Yuhabid ona Harunu və Musanı doğmuşdu.+ İmran yüz otuz yeddi il yaşamışdı. 21  İsharın oğulları: Qarun,+ Nafiq və Zəkri. 22  Üzziilin oğulları: Müsail, Əlsəfan+ və Zitri. 23  Harun İlsəba ilə evlənmişdi. İlsəba Əminədabın qızı və Nəhsunun+ bacısı idi. O, Haruna Nadabı, Abihunu, Əlyazarı və İsamarı doğmuşdu.+ 24  Qarunun oğulları: Əsir, Əlqəna və Əbiasəf.+ Bunlar Qarundan törəyənlərdilər.+ 25  Harunun oğlu Əlyazar+ Fətailin qızlarından biri ilə evlənmişdi. O, Əlyazara Fənhası+ doğmuşdu. Bunlar Lavi oğullarının nəsil başçılarıdır.+ 26  Yehovanın «israilliləri dəstə-dəstə Misirdən çıxarın» dediyi Harun və Musanın soy-kökü budur.+ 27  İsrailliləri Misirdən çıxarmaq üçün məhz bu Musa və Harun Misir padşahı fironla danışmışdı.+ 28  Yehova Misir torpağında Musa ilə danışmışdı. 29  Musayla danışdığı gün Yehova ona demişdi: «Mən Yehovayam. Sənə dediyim bütün sözləri Misir hökmdarı firona söylə». 30  Musa isə Yehovaya demişdi: «Mən güc-bəla ilə danışıram. Firon mənə qulaq asacaq?»+

Haşiyələr

Yaxud tam tanıtmamışdım.