Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 40:1—38

MÜNDƏRİCAT

  • Çadır qurulur (1—33)

  • Bulud Hüzur çadırını bürüyür (34—38)

40  Yehova Musaya dedi:  «Birinci ayın birinci günü Müqəddəs çadırı, Hüzur çadırını qur.+  Şəhadət sandığını ora qoy+ və pərdə ilə qabağını tut.+  Masanı içəri gətir+ və ona aid olan şeyləri üstünə düz. Çıraqdanı da gətirib çıraqlarını yandır.+  Sonra buxur üçün olan qızıl qurbangahı+ Şəhadət sandığının qarşısına qoy və çadırın giriş pərdəsini as.+  Yandırma qurbanı üçün olan qurbangahı+ Müqəddəs çadırın, Hüzur çadırının girişi ilə üzbəüz qoy.  Çəni Hüzur çadırı ilə qurbangahın arasında qoy və içinə su tök.+  Sonra çadırın həyətini düzəlt.+ Həyətin giriş pərdəsini as.+  Məsh yağını+ götürüb Müqəddəs çadırı və içindəki hər şeyi məsh et.+ Çadırı və bütün avadanlığını müqəddəs et. Beləliklə, o müqəddəs olacaq. 10  Yandırma qurbanı üçün olan qurbangahı və onun bütün avadanlığını məsh et. Onu müqəddəs et. Beləliklə, o, son dərəcə müqəddəs qurbangah olacaq.+ 11  Bundan sonra çəni və altlığını məsh et. Onu müqəddəs et. 12  Harunu və oğullarını Hüzur çadırının girişinə gətir. Qoy onlar su ilə yuyunsunlar.+ 13  Sonra Harunun əyninə müqəddəs paltarları geyindir,+ onu məsh et+ və müqəddəs et ki, Mənə kahin qismində xidmət etsin. 14  Sonra onun oğullarını gətirib paltarlarını geyindir.+ 15  Onları da ataları kimi məsh et ki,+ Mənə kahin kimi xidmət etsinlər. Onların məsh edilməsi kahinliyin həmişəlik onların nəslinə verildiyini təsdiq edəcək».+ 16  Musa Yehovanın əmr etdiyi bütün şeyləri yerinə yetirdi,+ necə demişdisə, elə də etdi. 17  Beləliklə, ikinci ilin birinci ayının birinci günündə Müqəddəs çadır quruldu.+ 18  Musa çadırı bu cür qurdu: əvvəlcə oyuqlu altlıqları+ düzdü, üstünə çərçivələri+ qoydu, şüvülləri+ keçirtdi, sütunları qoydu 19  və Yehovanın ona tapşırdığı kimi, üzərinə örtüyü+ saldı, onun da üstündən üst örtüyü+ saldı. 20  Bundan sonra sandığın+ içinə Şəhadət lövhələrini+ qoydu, sandığın şüvüllərini+ keçirtdi və qapağını+ üstünə qoydu.+ 21  Şəhadət sandığını çadıra gətirdi və arakəsmə pərdəni+ asıb sandığın qabağını tutdu.+ Yehova necə demişdisə, elə də etdi. 22  Sonra Hüzur çadırının içində, şimal tərəfdə, pərdənin bayır tərəfində masanı+ qoydu 23  və Yehovanın önündə olsun deyə, çörəkləri+ masanın üstünə qoydu. Yehova necə demişdisə, elə də etdi. 24  Sonra Hüzur çadırının cənub tərəfində, masa ilə üzbəüz çıraqdanı+ qoydu 25  və Yehovanın önündə çıraqları yandırdı.+ Yehova necə demişdisə, elə də etdi. 26  Bundan sonra Hüzur çadırında pərdənin qabağına qızıl qurbangahı+ qoydu ki, 27  üstündə ətirli buxur+ yandırılsın.+ Yehova necə demişdisə, elə də etdi. 28  Axırda çadırın giriş pərdəsini+ asdı. 29  Bundan sonra o, Hüzur çadırının girişinin yanına yandırma qurbanı üçün olan qurbangahı+ qoydu ki, üstündə yandırma qurbanı+ və taxıl təqdiməsi təqdim olunsun. Yehova necə demişdisə, elə də etdi. 30  Hüzur çadırı ilə qurbangahın arasına çən qoyub içinə yuyunmaq üçün su tökdü.+ 31  Musa, Harun və oğulları əl-ayaqlarını onun suyu ilə yuyurdular. 32  Yehovanın Musaya əmr etdiyi kimi, onlar Hüzur çadırına gedəndə, yaxud qurbangaha yaxınlaşanda yuyunurdular.+ 33  Ən axırda çadırı və qurbangahı dövrəyə alan həyəti+ düzəltdi və həyətin giriş pərdəsini asdı.+ Beləcə, Musa işini başa vurdu. 34  Bulud Hüzur çadırını bürüdü və çadır Yehovanın calalı ilə doldu.+ 35  Bulud çadırın üstündən çəkilmədiyindən və çadır Yehovanın calalı ilə dolduğundan Musa çadıra girə bilmirdi.+ 36  Bulud çadırın üstündən qalxanda israillilər düşərgəni yığıb yola düşürdülər. Bütün səfərləri boyunca onlar belə edirdilər.+ 37  Ancaq nə qədər ki bulud qalxmırdı, onlar olduqları yerdə qalırdılar.+ 38  Bütün səfərləri boyunca israillilərin gözləri gündüzlər çadırın üstündə Yehovanın buludunu, gecələr isə alov görürdü.+

Haşiyələr