Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 4:1—31

MÜNDƏRİCAT

  • Musaya verilən üç əlamət (1—9)

  • Musa özünü yararsız sanır (10—17)

  • Musa Misirə qayıdır (18—26)

  • Musa Harunla görüşür (27—31)

4  Onda Musa dedi: «Birdən mənə inanmadılar, sözümə qulaq asmadılar,+ “Yehova sənə görünməyib” dedilər?»  Yehova Musadan soruşdu: «Əlindəki nədir?» «Əsa», — deyə o cavab verdi.  Allah dedi: «Onu yerə at». Musa əsanı yerə atdı, əsa dönüb ilan oldu.+ Musa ilanın yanından qaçdı.  Yehova Musaya dedi: «Əlini uzat onun quyruğundan tut». Musa əlini uzadıb ilanı tutdu və ilan onun əlində əsaya çevrildi.  Allah Musaya dedi: «Bu əlamət ona görədir ki, onlar ata-babalarının Allahı, İbrahimin Allahı, İshaqın və Yaqubun Allahı+ Yehovanın sənə göründüyünə inansınlar».+  Sonra Yehova ona dedi: «Əlini qoynuna sal». Musa əlini qoynuna saldı. Çıxaranda gördü ki, əli cüzamdan qar kimi ağarıb.+  Allah ona dedi: «Əlini yenə qoynuna sal». Musa əlini qoynuna saldı. Çıxaranda əli əvvəlki kimi sağlam idi.  Allah dedi: «Əgər sənə inanmasalar və birinci möcüzəni qəbul etməsələr, ikincisinə inanacaqlar.+  Lakin bu iki əlamətə də inanmasalar və sənə qulaq asmasalar, onda Nil çayından bir az su götürüb torpağa tökərsən. Çaydan götürdüyün su yerdə qana çevriləcək».+ 10  Onda Musa Yehovaya dedi: «Yehova, axı mən yaxşı danışa bilmirəm. Qulun dünən də, srağagün də belə olub. Elə indi Səninlə danışarkən də necə varam, elə qalmışam, dilim söz tutmur».+ 11  Yehova isə ondan soruşdu: «İnsana dili verən kimdir? Onu lal, kar, kor edən, yaxud ona göz verən kimdir? Məgər bunu edən Mən Yehova deyiləm? 12  İndi get. Danışanda Mən səninlə olacağam, nə demək lazımdırsa, sənə öyrədəcəyəm».+ 13  Lakin Musa dedi: «Nə olar, Yehova, başqasını göndər, qoy bu işi başqası görsün». 14  Onda Yehovanın Musaya acığı tutdu və dedi: «Məgər lavili Harun+ sənin qardaşın deyil? Mən bilirəm ki, o, yaxşı danışır. O, səni qarşılamağa çıxıb, səni görəndə çox sevinəcək.+ 15  Sən Mənim sözlərimi ona çatdıracaqsan.+ Siz danışarkən Mən sizinlə olacağam.+ Sizə nə edəcəyinizi öyrədəcəyəm. 16  Sənin yerinə xalqla o danışacaq. O, sənə ağız olacaq, sən isə ona allah olacaqsan*.+ 17  Bu əsanı əlinə alıb onunla möcüzələr göstərəcəksən».+ 18  Musa qayınatası Yətranın+ yanına qayıtdı və ona dedi: «İstəyirəm Misirə, soydaşlarımın yanına gedim. Görüm salamatdırlar?» Yətra ona: «Get, yolun açıq olsun», — dedi. 19  Bundan sonra, Musa hələ Mədyəndə ikən Yehova ona söylədi: «Misirə qayıt. Canını almaq istəyənlərin hamısı ölüb».+ 20  Musa arvadını və oğullarını ulağa mindirib, Allahın dediyi əsanı da əlinə alıb Misir torpağına yola düşdü. 21  Yehova Musaya dedi: «Sənə möcüzələr göstərmək qüdrəti verdim. Misirə qayıdanda bütün bunları fironun qarşısında göstər.+ Mən isə onun ürəyini daşa döndərəcəyəm*+ və o, xalqı buraxmayacaq.+ 22  Sən firona deyərsən: “Yehova belə buyurur: “İsrail Mənim oğlumdur, ilkimdir.+ 23  Sənə deyirəm, oğlumu burax, qoy gedib Mənə ibadət etsin. Əgər onu buraxmasan, sənin oğlunu, ilk övladını öldürəcəyəm”».+ 24  Sonra Yehova*+ yolda, karvansarada onun qarşısına çıxdı və onu öldürmək istədi.+ 25  Onda Səfurə+ çaxmaqdaşı götürüb oğlunu sünnət etdi və sünnət ətini onun ayağının altına atıb dedi: «Sən mənim qan adaxlımsan». 26  Beləcə, Allah onu buraxdı. Onda Səfurə dedi: «Qan adaxlısı». Bunu sünnətə görə dedi. 27  Sonra Yehova Haruna dedi: «Get səhraya Musanı qarşıla».+ Harun getdi və Allahın dağında+ Musa ilə görüşüb onu öpdü. 28  Musa onu göndərən Yehovanın bütün sözlərini Haruna çatdırdı+ və göstərməyi əmr etdiyi bütün möcüzələr barədə ona danışdı.+ 29  Bundan sonra Musa ilə Harun gedib israillilərin bütün ağsaqqallarını bir yerə topladılar.+ 30  Harun Yehovanın Musaya dediyi sözlərin hamısını onlara danışdı və Musa xalqın gözü qarşısında möcüzələr göstərdi.+ 31  Xalq Musaya inandı.+ Onlar Yehovanın israillilərə nəzər saldığını+ və çəkdikləri əzab-əziyyəti gördüyünü+ eşidəndə diz üstə düşüb səcdə etdilər.

Haşiyələr

Yaxud onun üçün Allahı təmsil edəcəksən.
Yaxud ona öz ürəyini daşa döndərməyə izin verəcəyəm. Çox vaxt ibrani dilində hadisəyə səbəb olmaq deyiləndə, əslində, onun vaqe olmasına izin vermək nəzərdə tutulur.
Bəzi əlyazmalarda Yehovanın mələyi.