Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 38:1—31

MÜNDƏRİCAT

  • Yandırma qurbanı üçün qurbangah (1—7)

  • Mis çən (8)

  • Həyət (9—20)

  • Çadırın hazırlanmasında istifadə olunan şeylərin siyahısı (21—31)

38  Sonra o, yandırma qurbanı təqdim etmək üçün akasiya ağacından eni və uzunu 5 qulac*, hündürlüyü 3 qulac olan dördbucaq şəklində qurbangah düzəltdi.+  Onun hər dörd küncündə buynuz düzəltdi. Buynuzları qurbangahla bir bütöv idi. O, qurbangahın üstünə mis çəkdi.+  Sonra qurbangahın bütün ləvazimatını — kürəkləri, ləyənləri, yabaları, xəkəndazları, həmçinin külü yığmaq üçün qabları düzəltdi. Ləvazimatın hamısını misdən düzəltdi.  Qurbangah üçün mis şəbəkə də düzəltdi, onu qurbangahın içinə, çərçivədən aşağıda yerləşdirdi.  Şəbəkənin hər dörd küncünə şüvülləri keçirmək üçün bir mis halqa bərkitdi.  Sonra akasiya ağacından şüvüllər düzəltdi və onların üstünə mis çəkdi.  Qurbangahı daşımaq üçün olan şüvülləri onun yanlarındakı halqalardan keçirtdi. Qurbangahı taxtadan, altsız sandıq şəklində düzəltdi.  Sonra misdən bir çən+ və onun üçün altlıq düzəltdi. Onları Hüzur çadırının girişində xidmət edən qadınların güzgülərindən* düzəltdi.  Sonra o, həyətin işlərinə keçdi.+ Həyətin cənub tərəfi, yəni cənuba baxan tərəfi üçün zərif kətandan 100 qulac uzunluğunda parça çəpər düzəltdi.+ 10  Onun 20 dirəyi və misdən 20 oyuqlu altlığı var idi. Dirəklərin qarmaqları və halqaları gümüşdən idi. 11  Şimal tərəfin də parça çəpəri 100 qulac uzunluğunda idi. 20 dirəyi və 20 oyuqlu altlığı misdən, qarmaqları və halqaları isə gümüşdən idi. 12  Qərbə baxan tərəfin parça çəpəri isə 50 qulac uzunluğunda idi. Onun 10 dirəyi, 10 oyuqlu altlığı var idi, qarmaqları və halqaları isə gümüşdən idi. 13  Şərqə, gündoğana baxan tərəfdə həyətin eni 50 qulac idi. 14  Girişin sağ tərəfində 15 qulac uzunluğunda parça çəpər, 3 dirək və 3 oyuqlu altlıq var idi. 15  Girişin sol tərəfində də 15 qulac uzunluğunda parça çəpər, 3 dirək və 3 oyuqlu altlıq var idi. 16  Həyətin ətrafına çəkilən parça çəpər zərif kətandan idi. 17  Dirəklərin oyuqlu altlıqları misdən, qarmaqları və halqaları gümüşdən idi. Dirəklərin başına gümüş çəkildi. Həyətin bütün dirəklərinin gümüş bəndləri var idi.+ 18  Həyətin girişinin pərdəsi göy və al-qırmızı iplikdən, bənövşəyi yundan, zərif kətan iplikdən toxundu. Onun uzunluğu 20 qulac, eni həyətin parça çəpəri ilə eyni ölçüdə, yəni 5 qulac idi.+ 19  Onun 4 dirəyi və 4 oyma altlığı misdən düzəldilmişdi. Dirəklərin qarmaqları gümüşdən idi, başlarına və halqalarına gümüş çəkildi. 20  Çadırın və həyətin bütün mıxları misdən idi.+ 21  Şəhadət sandığının yerləşdiyi Müqəddəs çadırın düzəlməsinə sərf olunan şeylərin siyahısı tutuldu.+ Bunu Musanın göstərişi ilə, lavililər kahin Harunun oğlu İsamarın+ rəhbərliyi altında etdilər.+ 22  Yəhuda qəbiləsindən olan Xur oğlu Urun oğlu Bəsalil+ Yehovanın Musaya əmr etdiyi hər şeyi yerinə yetirdi. 23  Onunla Dan qəbiləsindən olan Əxişama oğlu Öhlüyab+ da işləyirdi. Öhlüyab həm naxışçı, həm də göy və al-qırmızı ipliklə, bənövşəyi yunla və zərif kətan ipliklə işləyən sənətkar idi. 24  Yellətmə təqdiməsi olaraq nə qədər qızıl gətirilmişdisə, müqəddəs məkanın düzəlməsinə o qədər qızıl sərf olundu:+ müqəddəs məkan şekeli ilə 29 talant* 730 şekel*. 25  İcmanın siyahıya alınan üzvlərinin verdiyi gümüş müqəddəs məkan şekeli ilə 100 talant 1775 şekel idi. 26  Siyahıya alınan iyirmi və iyirmidən yuxarı yaşda olan 603 550 kişinin verdiyi yarım şekel müqəddəs məkan şekeli ilə yarım şekel idi.+ 27  Müqəddəs məkanın oyuqlu altlıqlarını və pərdə üçün olan oyuqlu altlıqları tökməyə 100 talant gümüş sərf olundu, 100 altlığa 100 talant, hər altlıq üçün 1 talant.+ 28  O, 1775 şekel gümüşdən sütun üçün qarmaqlar düzəltdi, sütunların başına gümüş çəkdi və bir-biri ilə birləşdirdi. 29  Təqdim edilən mis 70 talant 2400 şekel çəkisində idi. 30  Bununla o, Hüzur çadırının girişindəki oyuqlu altlıqları, mis qurbangahı, onun şəbəkəsini, qurbangahın bütün ləvazimatını, 31  həyətin oyuqlu altlıqlarını, həyətin girişinin oyuqlu altlıqlarını və çadırla həyətin bütün mıxlarını+ düzəltdi.

Haşiyələr

27:1 haşiyəsinə bax.
Metal güzgü.
Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.