Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 36:1—38

MÜNDƏRİCAT

  • Lazımından artıq bəxşiş gətirilir (1—7)

  • Çadırın hazırlanması (8—38)

36  Müqəddəs məkanla bağlı bütün işləri Yehovanın əmr etdiyi kimi yerinə yetirmələri üçün Yehovanın hikmət və dərrakə verdiyi bütün bacarıqlı adamlar Bəsalil və Öhlüyabla birgə işləyəcək».+  Musa Bəsalili, Öhlüyabı və Yehovanın qabiliyyət verdiyi, bu işi görməyi ürəkdən arzulayan bacarıqlı adamları çağırtdırdı.+  Onlar israillilərin müqəddəs xidmətlə bağlı işlər üçün gətirdiyi bütün bəxşişləri Musadan götürdülər.+ İsraillilərin isə bəxşişlərinin ardı-arası kəsilmirdi, hər səhər bəxşiş gətirirdilər.  Müqəddəs işi icra edən ustalar bir-birinin dalınca  Musanın yanına gəlib deyirdilər: «Camaat Yehovanın tapşırdığı iş üçün lazımından artıq bəxşiş gətirir».  Onda Musanın tapşırığı ilə bütün düşərgədə elan olundu ki, nə kişilər, nə də qadınlar Müqəddəs çadır üçün daha heç nə gətirməsinlər. Bunu eşidəndən sonra camaat artıq heç nə gətirmədi.  Yığılan bəxşişlər bütün işi görüb qurtarmaq üçün nəinki bəs edirdi, hələ artıq da qalırdı.  Ustalar+ çadırın+ on parça qumaşını zərif kətan iplikdən, göy və al-qırmızı iplikdən, bənövşəyi yundan toxudular. O*, qumaşın üzərinə kərrub təsvirləri işlədi.+  Hər parça 28 qulac* uzunluğunda, 4 qulac enində idi. Onların hamısı eyni ölçüdə idi. 10  O, parçaları beş-beş bir-birinə birləşdirdi. 11  Alınan hər iki parçanın qırağına, parçaların bir-birinə birləşdiyi yerə göy iplikdən ilgəklər tikdi, 12  hər parçaya 50 ilgək. Onları elə tikdi ki, parçalar birləşəndə qarşı-qarşıya olsunlar. 13  Sonra qızıldan 50 qarmaq düzəltdi və onlarla iki parçanı birləşdirdi. Beləliklə, bütöv bir çadır əmələ gəldi. 14  Bundan sonra o, çadırın örtüyü üçün keçi tükündən 11 parça qumaş düzəltdi.+ 15  Hər parça 30 qulac uzunluğunda, 4 qulac enində idi. On biri də eyni ölçüdə idi. 16  O, beş parçanı bir birləşdirdi, altı parçanı bir. 17  Hər iki hissədə qırağa düşən zolağın kənarına, hissələrin birləşəcəyi yerə 50 ilgək tikdi. 18  Sonra örtüyü birləşdirib bütöv parça halına gətirmək üçün misdən 50 qarmaq düzəltdi. 19  Örtüyün üstündən salmaq üçün qırmızı boyanmış qoç dərisindən, onun da üstündən salmaq üçün suiti dərisindən örtük düzəltdi.+ 20  Sonra o, çadır üçün akasiya ağacından+ dikinə qoyulacaq çərçivələr düzəltdi.+ 21  Hər çərçivə 10 qulac uzunluğunda və qulac yarım enində idi. 22  Hər çərçivədə yanaşı iki çıxıntı var idi. O, çadırın bütün çərçivələrini bu cür düzəltdi. 23  Beləliklə, çadırın cənub tərəfi üçün, yəni cənuba baxan tərəfi üçün 20 çərçivə düzəltdi. 24  Sonra bu 20 çərçivənin altına qoymaq üçün gümüşdən oyuqlu 40 altlıq düzəltdi, hər çərçivənin iki çıxıntısı üçün iki altlıq.+ 25  Çadırın əks tərəfi, şimala baxan tərəfi üçün 20 çərçivə 26  və gümüşdən oyuqlu 40 altlıq düzəltdi, hər çərçivənin iki çıxıntısı üçün iki altlıq. 27  Çadırın qərbə baxan arxa tərəfi üçün 6 çərçivə düzəltdi.+ 28  Çadırın iki arxa küncündə dayaq olacaq iki çərçivə də düzəltdi. 29  Onlar aşağıda başlayan və yuxarıda, birinci halqanın yanında birləşən iki bərabər hissədən ibarət idi. Künc dayağı olan bu çərçivələrin ikisini də bu cür düzəltdi. 30  Beləcə, 8 çərçivə, hərəsinin də altında iki dənə olmaqla 16 oyuqlu gümüş altlıq alındı. 31  Bundan sonra o, akasiya ağacından şüvüllər düzəltdi: çadırın bir tərəfindəki çərçivələr üçün 5 şüvül,+ 32  o biri tərəfindəki çərçivələr üçün 5 şüvül, qərbə baxan arxa tərəfdəki çərçivələr üçün də 5 şüvül. 33  Sonra çərçivələrin ortasından keçib bir başdan o biri başa uzanan başqa bir şüvül də düzəltdi. 34  Çərçivələrin üstünə qızıl çəkdi. Şüvülləri keçirmək üçün qızıldan halqalar düzəltdi. Şüvüllərin də üstünə qızıl çəkdi.+ 35  Sonra o, göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən pərdə toxudu,+ üzərinə kərrub təsvirləri işlədi.+ 36  Pərdə üçün akasiya ağacından dörd sütun düzəldib üstünə qızıl çəkdi, eləcə də sütunlar üçün qızıldan qarmaqlar və gümüşdən 4 oyuqlu tökmə altlıq düzəltdi. 37  Sonra çadırın girişinə asmaq üçün göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən pərdə toxudu.+ 38  Bu pərdə üçün də 5 sütun və qarmaqlar düzəltdi. Sütunların başına və bəndlərinə qızıl çəkdi. Onların 5 oyuqlu altlığı isə misdən idi.

Haşiyələr

Görünür, Bəsalil.
26:2 haşiyəsinə bax.