Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 31:1—18

MÜNDƏRİCAT

  • Ustalar və Allahın ruhu (1—11)

  • Şənbə günü Allahla israillilər arasında nişanədir (12—17)

  • Şəhadət lövhələri (18)

31  Sonra Yehova Musaya dedi:  «Yəhuda qəbiləsindən olan Xur oğlu Urun oğlu Bəsalili seçmişəm.+  Ona Öz ruhumdan bəxş edib* hikmət, dərrakə, bilik verəcəyəm ki, hər cür işi ustalıqla görə bilsin,  gözəlliklər yaratsın, qızıl, gümüş və mislə işləməyi,  daş-qaş yonub sağanağa salmağı, ağacdan hər cür əşya düzəltməyi bacarsın.+  Dan qəbiləsindən olan Əxişama oğlu Öhlüyabı isə ona köməkçi təyin edirəm.+ Bacarığı olan hər kəsi daha da bacarıqlı edəcəyəm ki, sənə dediyim bütün şeyləri:+  Hüzur çadırını,+ Şəhadət sandığını+ və onun qapağını+, çadırın bütün avadanlığını,  masanı+ və ləvazimatını, xalis qızıldan çıraqdanı və bütün avadanlığını,+ buxur qurbangahını,+  yandırma qurbanı üçün qurbangahı+ və bütün avadanlığını, çəni və altlığını,+ 10  zərif toxunmuş geyimləri, kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik paltarlarını,+ 11  məsh yağını və müqəddəs məkanda yandırılacaq ətirli buxuru düzəltsinlər.+ Onlar hər şeyi sənə dediyim kimi düzəltməlidirlər». 12  Yehova sözünə davam edib Musaya dedi: 13  «İsraillilərə belə söylə: “Şənbə gününə dair verdiyim qanuna mütləq riayət edin.+ Şənbə Mənim sizinlə bağladığım əhdin nəsildən-nəslə duracaq nişanəsidir. Ondan biləcəksiniz ki, sizi müqəddəs edən Mənəm, Yehova. 14  Şənbəyə riayət edin, onu müqəddəs tutun.+ Şənbə qanununu pozan xalqın arasından yox edilməlidir*; həmin gün iş görən adam sağ qalmamalıdır.+ 15  Nə işiniz varsa, altı gün ərzində görün. Yeddinci gün isə xüsusi gündür, istirahət üçün təyin olunan şənbədir.+ Bu gün Yehovanın gözündə müqəddəsdir. Şənbə günündə iş görən adam öldürülməlidir. 16  İsraillilər şənbəyə riayət etməlidirlər; bütün gələcək nəsilləri də şənbəyə riayət etməlidir. Bu əhd həmişə duracaq. 17  Şənbə Mənim israillilərlə bağladığım əhdin dəyişməz nişanıdır.+ Çünki Yehova altı gün ərzində yeri və göyü yaradıb, yeddinci gün isə əl saxlayıb istirahət edib”».+ 18  Allah Sina dağında Musa ilə danışıb qurtarandan sonra ona Şəhadət lövhələrini,+ üstündə Allahın əli ilə* yazı yazılmış iki daş lövhəni verdi.+

Haşiyələr

Hərfən: onu Allahın ruhu ilə doldurub.
Yaxud öldürülməlidir.
Hərfən: barmağı ilə.