Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 27:1—21

MÜNDƏRİCAT

  • Yandırma qurbanı üçün qurbangah (1—8)

  • Həyət (9—19)

  • Çıraqlar üçün yağ (20—21)

27  Akasiya ağacından eni və uzunu 5 qulac*, hündürlüyü 3 qulac* olan qurbangah düzəldin. Qurbangah dördbucaq olmalıdır.+  Onun hər küncündə buynuz düzəldin.+ Buynuzlar qurbangahla bir bütöv olmalıdır. Qurbangahın üstünə mis çəkin.+  Kürəklər, ləyənlər, yabalar, xəkəndazlar, həmçinin külü yığmaq üçün qablar düzəldin. Bütün ləvazimatlar misdən olmalıdır.+  Qurbangah üçün mis şəbəkə düzəldin. Şəbəkənin hər dörd küncünə bir mis halqa bərkidin.  Şəbəkəni qurbangahın içinə, çərçivədən aşağıda yerləşdirin. O, qurbangahın yarısına qədər çatmalıdır.  Qurbangah üçün akasiya ağacından şüvüllər düzəldin və onların üstünə mis çəkin.  Şüvüllər halqalardan keçiriləcək, beləliklə, qurbangahı daşıyanda şüvüllər onun iki tərəfinə düşəcək.+  Qurbangahı taxtadan, altsız sandıq şəklində düzəldin. O, dağda sənə göstərilən nümunəyə uyğun düzəldilməlidir.+  Müqəddəs çadırın həyəti olmalıdır.+ Həyətin cənub tərəfinə, yəni cənuba baxan tərəfinə zərif kətandan parça çəpər çəkin. O, 100 qulac uzunluğunda olmalıdır.+ 10  Onun üçün 20 dirək və misdən 20 oyuqlu altlıq hazırlanmalıdır. Dirəklərin qarmaqları və halqaları gümüşdən olmalıdır. 11  Şimal tərəfə çəkilən parça çəpər də 100 qulac uzunluğunda olmalı, 20 dirəyi, misdən 20 oyuqlu altlığı, dirəklər üçün isə gümüş qarmaqları və halqaları olmalıdır. 12  Qərb tərəfdən həyətin eninə 50 qulac uzunluğunda parça çəpər çəkin. Onun üçün 10 dirək və 10 oyuqlu altlıq düzəldilməlidir. 13  Şərqə, gündoğana baxan tərəfdə həyətin eni 50 qulac olmalıdır. 14  Girişin sağ tərəfinə 15 qulac uzunluğunda parça çəpər çəkilməli, 3 dirəyi və 3 oyuqlu altlığı olmalıdır.+ 15  Girişin sol tərəfinə də 15 qulac uzunluğunda parça çəpər çəkilməli, 3 dirəyi və 3 oyuqlu altlığı olmalıdır. 16  Həyətin girişinə 20 qulac uzunluğunda pərdə çəkin. Pərdə göy və al-qırmızı iplikdən, bənövşəyi yundan, zərif kətan iplikdən toxunmalıdır.+ Onun üçün 4 dirək və 4 oyuqlu altlıq hazırlanmalıdır.+ 17  Həyətin bütün dirəklərinin halqaları və qarmaqları gümüşdən, oyuqlu altlıqları isə misdən olmalıdır.+ 18  Həyətin uzunluğu 100 qulac,+ eni 50 qulac, zərif kətandan olan parça çəpərin isə eni 5 qulac olmalıdır. Həyət üçün misdən oyuqlu altlıqlar düzəldilməlidir. 19  Müqəddəs çadırda işlədilən bütün əşyalar, çadırın və həyətin bütün mıxları misdən olmalıdır.+ 20  İsraillilərə əmr et, çıraqların sərasər yanması üçün zeytundan çəkilmiş xalis yağ gətirsinlər.+ 21  Harun və oğulları Hüzur çadırında, Şəhadət sandığının qarşısındakı pərdənin bayır tərəfindəki çıraqları axşamdan səhərə qədər Yehovanın önündə yanar saxlayacaqlar.+ İsraillilərin bütün nəsilləri həmişə qüvvədə olacaq bu qanuna əməl etməlidirlər.+

Haşiyələr