Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 22:1—31

MÜNDƏRİCAT

  • İsrailə verilmiş hökmlər (1—31)

    • Oğurluqla bağlı (1—4)

    • Əkinə ziyan vurmaqla bağlı (5, 6)

    • Əmanət və mülkiyyətlə bağlı (7—15)

    • Qızı tovlamaqla bağlı (16, 17)

    • Küfr və ictimai davranışla bağlı (18—31)

22  Öküz və ya qoyun oğurlayıb kəsən, yaxud satan adam bir öküz əvəzinə beş öküz, bir qoyun əvəzinə dörd qoyun verib zərəri ödəməlidir.+  (Əgər oğru+ kiminsə evini yararkən yaxalanarsa və onu vurub öldürərlərsə, onun qanı batacaq.  Hadisə gün doğandan sonra baş verərsə, qan tökən müqəssir sayılacaq.) Oğru vurduğu zərəri hökmən ödəməlidir. Əgər ödəməyə heç nəyi yoxdursa, onda oğurladığı şeylərin dəyərini qaytarmaq üçün qul kimi satılmalıdır.  Əgər oğurladığı öküz, eşşək və ya qoyun əlində sağ tapılarsa, əvəzini ikiqat ödəməlidir.  Kimsə mal-heyvanını otlağa, yaxud üzümlüyə çıxarıb otaranda onları başqasının sahəsinə buraxarsa, vurulan zərəri öz tarlasının və ya üzüm bağının ən yaxşı barı ilə ödəməlidir.  Əgər tikanlığa alov düşərsə, sonra yayılıb dərzləri, əkini və ya bütün tarlanı yandırıb külə döndərərsə, yanğını törədən adam dəyən zərəri ödəməlidir.  Birinə əmanət edilmiş pul və ya əşya həmin adamın evindən oğurlanarsa, oğru tapılsa, zərəri ikiqat ödəməlidir.+  Oğru tapılmazsa, əmanətə xəyanət edib-etmədiyini aşkara çıxarmaq üçün ev sahibi Allahın hüzuruna*+ gətirilməlidir.  Əgər iki nəfərdən hər biri itmiş öküzün, eşşəyin, qoyunun, paltarın və ya başqa bir şeyin ona məxsus olduğunu deyər və bunun üstündə aralarında mübahisə düşərsə, məsələ Allahın hüzuruna+ çıxarılmalıdır. Allahın təqsirli bildiyi tərəf o birisinə zərəri ikiqat ödəməlidir.+ 10  Əgər birinə əmanət edilmiş eşşək, öküz, qoyun və ya başqa heyvan ölər, şikəst olar, yaxud heç kəsin görmədiyi vaxt aparılarsa, 11  əmanət etibar olunan adam Yehovanın qarşısında and içməlidir ki, əmanətə xəyanət etməyib. Heyvanın yiyəsi andı qəbul etməlidir, o birisi isə heç nə ödəməli deyil.+ 12  Yox əgər heyvan oğurlanıbsa*, onda zərəri ödəməlidir. 13  Heyvanı vəhşi heyvan parçalayıbsa, o adam sübut kimi heyvanın leşini gətirməlidir. O, parçalanan heyvanın zərərini ödəməli deyil. 14  Birinin borc götürdüyü heyvan yiyəsi yanında olmayanda ya şikəst olar, ya da ölərsə, heyvanı borc götürən adam zərəri ödəməlidir. 15  Yiyəsi yanında olubsa, borc götürən heç nə ödəməməlidir. Əgər heyvanı icarəyə götürübsə, icarə pulu zərəri örtür. 16  Kimsə nişanlı olmayan qızı yoldan çıxarıb onunla yaxınlıq edərsə, başlıq verib onunla evlənməlidir.+ 17  Qızın atası qızını ona verməyə qəti razı deyilsə, o, başlığa müvafiq məbləğdə pul ödəməlidir. 18  Cadugər qadını sağ qoymamalısınız.+ 19  Heyvanla cinsi əlaqəyə girən öldürülməlidir.+ 20  Yehovadan savayı başqa allaha qurban gətirən öldürülməlidir.+ 21  Qərib adamla pis davranmayın, onu sıxışdırmayın,+ çünki siz özünüz də Misirdə qərib olmusunuz.+ 22  Dul qadını və yetimi incitməyin.+ 23  İncitsəniz, onlar Mənə fəryad edəndə fəryadlarını eşidəcəyəm,+ 24  qəzəblənib sizi qılıncdan keçirəcəyəm, onda arvadlarınız dul, uşaqlarınız yetim qalacaq. 25  Yanınızda yaşayan, xalqımdan olan kasıba borc pul verəndə, sələmçi kimi davranmayın, ondan sələm almayın.+ 26  Əgər kiməsə borc verəndə paltarını girov götürsəniz,+ gün batana kimi paltarı yiyəsinə qaytarın. 27  Çünki onun başqa paltarı yoxdur. Bu, onun yeganə örtüyüdür, o, nədə yatsın?+ Mənə fəryad edəndə Mən onu eşidəcəyəm, çünki Mən şəfqətli Allaham.+ 28  Allaha küfr etməyin,+ xalqın arasında başçılıq edənə lənət oxumayın.+ 29  Yığdığınız bol məhsuldan və aşıb-daşan şərabınızdan, yağınızdan təqdimə gətirəndə ürəyinizdə tərəddüd olmasın.+ İlk oğlunuzu Mənə verməlisiniz.+ 30  Buzovu da, quzunu da belə edin:+ o, yeddi gün anasının yanında qalsın, səkkizinci gün onu Mənə verin.+ 31  Mənə məxsus xalq kimi müqəddəs olun.+ Vəhşi heyvanın parçaladığı heç bir heyvanın ətini yeməyin.+ O, itə atılmalıdır.

Haşiyələr

Yaxud Allahı təmsil edən hakimlərin yanına.
Görünür, burada söhbət ya başısoyuqluq nəticəsində baş verən, ya da mümkün olduğu halda qarşısı alınmayan oğurluqdan gedir.