Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 21:1—36

MÜNDƏRİCAT

  • İsrailə verilmiş hökmlər (1—36)

21  Xalqa bu hökmləri bildir:+  “Kimsə ibrani qul alsa,+ qoy qul ona altı il qulluq etsin, yeddinci il isə heç bir şey ödəmədən azad olunsun.+  Qul tək gəlmişdisə, tək də getsin; yox əgər arvadı var idisə, arvadı ilə birlikdə getsin.  Ağası ona arvad alıbsa, bu arvaddan oğulları və ya qızları olubsa, arvadla uşaqlar ağasına məxsusdurlar, qul tək çıxıb getsin.+  Lakin qul təkidlə: “Ağamı da, arvadımı da, oğullarımı da çox istəyirəm, azad olmaq istəmirəm”, — deyərsə,+  ağası onu Allahın hüzurunda qapıya, ya da qapının yan taxtasına söykəyib qulağını bizlə deşsin. Bununla da o, ömürlük ağasının qulu olacaq.  Kimsə qızını qarabaş kimi satarsa, quldan fərqli olaraq, o azad olunmayacaq.  Ağasının qızdan xoşu gəlməyib onu öz cariyəsi etməsə, götürüb satmaq istəsə, onu yadelliyə satmağa haqqı yoxdur, çünki onunla haqsız davranıb.  Əgər qarabaşı oğluna alarsa, onunla öz qızı kimi* davranmalıdır. 10  O, başqa arvad alarsa, birincini yemək, geyim və arvadlıq haqqından məhrum etməməlidir.+ 11  Əgər o, bu üç şeydə onun haqqını pozarsa, qadının heç nə ödəmədən azad olmaq hüququ var. 12  Kiməsə zərbə vurub onu öldürən adam öldürülməlidir.+ 13  Əgər o öldürmək qəsdində olmayıbsa, təyin edəcəyim yerə qaçıb ora sığına bilər. Çünki bunu bilərəkdən etməyib, hadisə Mənim iznimlə baş verib.+ 14  Kimsə birinə qəzəblənər və qəsdinə durub onu öldürərsə,+ gəlib Mənim qurbangahıma sığınsa belə, onu öldürmək lazımdır.+ 15  Atasına ya anasına əl qaldıran öldürülməlidir.+ 16  Adam oğurlayıb+ satan və ya oğurlanmış adamı saxlayan+ öldürülməlidir.+ 17  Atasını ya anasını lənətləyən öldürülməlidir.+ 18  Dava edəndə bir nəfər o birini daşla və ya yumruqla* vurarsa, adam ölməz, ancaq yatağa düşərsə, 19  sonra isə ayağa qalxıb əl ağacı ilə bayırda gəzə bilərsə, onu vuran adam cəzalandırılmamalıdır. Lakin o, yaralının tam sağalana kimi işləyə bilmədiyi müddət ərzində çəkdiyi zərəri ödəməlidir. 20  Kimsə qulunu və ya qarabaşını kötəkləyib öldürərsə, cəzalandırılmalıdır.+ 21  Lakin qul və ya qarabaş döyüləndən sonra bir-iki gün yaşayarsa, ağası cəzalandırılmamalıdır, çünki onu öz pulu ilə alıb*. 22  Kişilər dalaşanda hamilə qadına zərbə dəyərsə və o, vaxtından əvvəl doğarsa+, ancaq heç bir itki olmazsa, təqsirkar şəxs hakimlərin qərarı ilə+ qadının ərinin tələb etdiyi məbləği verib dəyən zərəri ödəməlidir. 23  Ölüm olarsa, onda can əvəzinə can verilməlidir.+ 24  Göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq,+ 25  yanıq əvəzinə yanıq, yara əvəzinə yara, zədə əvəzinə zədə ödənilməlidir. 26  Kimsə vurub qulunun və ya qarabaşının gözünü çıxararsa, gözünün əvəzində onu azad etməlidir.+ 27  Yaxud qulunun və ya qarabaşının vurub dişini sındırarsa, dişinin əvəzində onu azad etməlidir. 28  Öküz kişini, yaxud qadını vurar, o da ölərsə, öküz daşqalaq edilməlidir,+ əti yeyilməməlidir. Heyvanın yiyəsinə isə cəza düşmür. 29  Amma öküz vurağan olubsa və yiyəsi bundan xəbərdar edilsə də, onu bağlı saxlamayıbsa, nəticədə öküz kişini, yaxud qadını öldürübsə, heyvan daşqalaq edilməli, yiyəsi də öldürülməlidir. 30  Öküzün yiyəsindən qanbahası tələb edildiyi təqdirdə o, canının əvəzində ondan tələb olunan məbləği ödəməlidir. 31  Heyvan istər oğlanı vursun, istər qızı, yiyəsinə yenə də eyni hökm çıxarılmalıdır. 32  Öküz birinin qulunu ya qarabaşını vurarsa, yiyəsi onun ağasına otuz şekel* verməli, heyvan isə daşqalaq edilməlidir. 33  Kimsə quyusunun ağzını açıq qoyarsa, ya da quyu qazıb üstünü örtməzsə və ora öküz, yaxud eşşək düşərsə, 34  quyunun yiyəsi zərəri ödəməlidir.+ O, heyvanın sahibinə onun dəyərini ödəməlidir, heyvanın leşi isə ona qalacaq. 35  Birinin öküzü başqasının öküzünü vurub öldürərsə, yiyələri sağ qalan öküzü satıb pulu yarı bölməlidirlər. Ölü heyvanın leşi də yarı bölünməlidir. 36  Lakin məlum olsa ki, öküz vurağan olub, yiyəsi isə onu bağlı saxlamayıb, onda o, öküzün əvəzinə öküz verib zərəri ödəməlidir, heyvanın leşi isə ona qalacaq.

Haşiyələr

Yəni qız övladının hüququna müvafiq.
Digər variant: alətlə.
Hərfən: çünki o, onun puludur.
Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.