Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 20:1—26

MÜNDƏRİCAT

  • On əmr (1—17)

  • İsrailliləri qorxuya salan mənzərə (18—21)

  • İbadətlə bağlı göstərişlər (22—26)

20  Sonra Allah bu əmrləri verdi:+  «Mən sizi Misir torpağından, köləlik evindən çıxaran Allahınız Yehovayam.+  Məndən başqa allahınız olmamalıdır.+  Özünüz üçün nə yuxarıda — səmada, nə aşağıda — yerdə, nə də yerdəki sularda olan şeylərin heç birinin bütünü və ya surətini düzəltməyin.+  Onlara səcdə qılıb sitayiş etməyin,+ çünki Mən, Allahınız Yehova tam sədaqət tələb edən Allaham.+ Mənə asi kəsilən ataların günahlarının cəzasını oğullarına, üçüncü, dördüncü nəslə qədər övladlarına çəkdirərəm.  Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.+  Allahınız Yehovanın adını nalayiq şəkildə dilinizə gətirməyin,+ çünki Yehova adını nalayiq şəkildə dilə gətirəni cəzasız qoymaz.+  Şənbə günü həmişə yadınızda olsun, onu müqəddəs tutun.+  Nə işiniz varsa, altı gün ərzində edin.+ 10  Yeddinci gün Allahınız Yehovaya həsr olunmuş şənbədir. Həmin gün heç bir iş görməməlisiniz. Nə özünüz, nə oğlunuz, nə qızınız, nə qulunuz, nə qarabaşınız, nə heyvanınız, nə də şəhərlərinizdə yaşayan yadelli heç bir iş görməməlidir.+ 11  Çünki Yehova altı gün ərzində göyləri, yeri, dənizi və onlarda olan hər şeyi yaradıb, yeddinci gün isə istirahət etməyə başlayıb.+ Buna görə də Yehova şənbə gününü mübarək qılaraq onu müqəddəs elan edib. 12  Atanıza və ananıza hörmət edin+ ki, Allahınız Yehovanın sizə verdiyi torpaqda uzun ömür sürəsiniz.+ 13  Adam öldürməyin.+ 14  Zina etməyin.+ 15  Oğurluq etməyin.+ 16  Heç kimə qarşı yalandan şahidlik etməyin.+ 17  Heç kimin evinə tamah salmayın. Heç kimin heç nəyində — nə arvadında,+ nə qulunda, nə qarabaşında, nə öküzündə, nə də eşşəyində gözünüz olmasın».+ 18  İldırımın çaxdığını, dağın tüstüləndiyini, göy gurultusunu və şeypur səsini eşidib görən camaat uzaqda durub tir-tir əsirdi.+ 19  Buna görə də Musaya dedilər: «Bizimlə sən danış, sənə qulaq asaq. Qoy Allah bizimlə danışmasın, yoxsa öləcəyik».+ 20  Onda Musa xalqa dedi: «Qorxmayın, Allah sizi sınamaq üçün gəlib.+ Gəlib ki, ürəyinizdə həmişə Allah xofu olsun və günahdan çəkinəsiniz».+ 21  Camaat uzaqda durdu, Musa isə Allahın olduğu qalın qara buluda yaxınlaşdı.+ 22  Yehova Musaya dedi: «İsraillilərə belə de: “Öz gözünüzlə gördünüz ki, Mən sizinlə göydən danışdım.+ 23  Gümüşdən və ya qızıldan allahlar düzəldib Mənə şərik qoşmayın.+ 24  Mənim üçün torpaqdan qurbangah düzəldin. Üstündə yandırma qurbanlarınızı, ünsiyyət qurbanlarınızı təqdim edin, qoyun-keçinizi və mal-qaranızı qurban gətirin. Adımın anılması üçün seçdiyim+ hər yerdə yanınıza gələcək və sizə nemətlər bəxş edəcəyəm. 25  Əgər Mənim üçün qurbangahı daşdan düzəltsəniz, onu yonma daşdan düzəltməyin, çünki ona iskənə dəysə, murdarlanacaq.+ 26  Qurbangahıma pilləkənlə qalxmayın ki, orada eyib yeriniz görünməsin”.

Haşiyələr