Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 19:1—25

MÜNDƏRİCAT

  • Sina dağı önündə (1—25)

    • İsrail xalqı kahinlər padşahlığı olacaq (5, 6)

    • Xalq paklanır (14, 15)

19  Misir torpağından çıxmalarının üçüncü ayı idi. İsraillilər Sina səhrasına gəldilər.  Oraya Rəfdimdən çıxıb gəldilər.+ İsrail orada dağın qarşısında düşərgə saldı.+  Musa Allahın hüzuruna çıxmaq üçün dağa qalxdı. Yehova onu dağdan səsləyib dedi: «Yaqub nəslinə, israillilərə belə de:+  “Sizi qartal kimi qanadlarım üstündə+ yanıma gətirmək üçün misirlilərə nə etdiyimi öz gözlərinizlə gördünüz.+  Əgər hər şeydə sözümə qulaq assanız, sizinlə bağlayacağım əhdə riayət etsəniz, bütün xalqların içində Mənim məxsusi xalqım olacaqsınız,+ belə ki, bütün dünya Mənimdir.+  Siz Mənə məxsus kahinlər padşahlığı və müqəddəs xalq olacaqsınız”.+ Bu sözləri israillilərə çatdırmalısan».  Musa gedib xalqın ağsaqqallarını çağırdı və Yehovanın ona dediyi bütün sözləri onlara söylədi.+  Hamı bir ağızdan dedi: «Yehovanın bütün dediklərinə əməl edəcəyik».+ Musa da dərhal xalqın cavabını Yehovaya çatdırdı.  Musa xalqın sözlərini Yehovaya çatdıranda Yehova dedi: «Qara buludda yanına gələcəyəm ki, səninlə danışanda xalq eşitsin və həmişə sənə inansın». 10  Yehova Musaya dedi: «Camaatın yanına get, bu gün, sabah onları pak et. Qoy paltarlarını yusunlar. 11  Onlar üçüncü günə hazır olmalıdırlar, çünki üçüncü gün Mən Yehova bütün xalqın gözü önündə Sina dağına enəcəyəm. 12  Xalq üçün dağın ətrafına sərhəd çək və onlara de: “Məbada dağa çıxasınız, ya onun sərhədini keçəsiniz. Dağa toxunan öləcək. 13  O adama əl dəyməyəcək, o ya daşqalaq ediləcək, ya da oxla vurulub öldürüləcək. Heyvan da olsa, insan da olsa, öləcək”.+ Yalnız şeypur səsini+ eşidəndə onlar dağa yaxınlaşa bilərlər». 14  Musa dağdan enib camaatın yanına gəldi və xalqı pak etməyə başladı, onlar pal-paltarlarını yudular.+ 15  Musa xalqa dedi: «Üçüncü günə hazır olun. Heç kim qadınla yaxınlıq etməsin». 16  Üçüncü günün səhəri göy guruldamağa, ildırım çaxmağa başladı. Dağın başını qalın bulud aldı.+ Hər yanı qulaqbatıran şeypur səsi bürümüşdü. Düşərgədə hamının canına əsməcə düşdü.+ 17  Musa camaatı Allahın hüzuruna gətirmək üçün düşərgədən çıxardı. Onlar gəlib dağın ətəyində durdular. 18  Sina dağı tüstü içində idi, çünki Yehova alovlar içərisində dağa enmişdi.+ Dağ soba kimi tüstülənir, bərk titrəyirdi.+ 19  Şeypur səsi get-gedə güclənirdi. Musa danışır, Allahsa uca səslə ona cavab verirdi. 20  Yehova Sina dağının başına endi. Sonra Yehova Musanı dağın başına çağırdı.+ Musa ora qalxanda 21  Yehova ona dedi: «Aşağı en və xalqa xəbərdarlıq et: “Məbada Yehovanı görmək üçün yaxına gedəsiniz, yoxsa çoxunuz məhv olacaq. 22  Yehovanın hüzuruna çıxan kahinlər də paklansınlar ki, Yehovanın qəzəbinə tuş gəlməsinlər”».+ 23  Onda Musa Yehovaya dedi: «Camaat Sina dağına çıxmaz, axı Sən xəbərdarlıq eləyib demişdin ki, dağın ətrafına sərhəd çəkim və onu pak edim».+ 24  Yehova isə ona dedi: «Get, düş aşağı, sonra qardaşın Harunla birlikdə geri gəl. Amma kahinlər və xalq Yehovanın yanına qalxmağa çalışmasınlar, yoxsa Onun qəzəbinə tuş gələrlər».+ 25  Musa xalqın yanına enib bütün bu sözləri onlara söylədi.

Haşiyələr