Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 18:1—27

MÜNDƏRİCAT

  • Yətra və Səfurənin gəlişi (1—12)

  • Yətranın müdrik məsləhəti (13—27)

18  Musanın qayınatası Mədyən kahini Yətra+ Yehova Allahın Musa və xalqı İsrail üçün nələr etdiyini, İsraili Misirdən necə çıxardığını eşitdi.+  Musa arvadı Səfurəni geri göndərəndən qayınatası Yətra qızını  iki oğlu+ ilə birlikdə yanında saxlayırdı. Oğlanlardan birinin adı Hirsəm*+ idi. Musa: «Yad eldə qərib oldum», — deyərək ona bu adı vermişdi.  O biri oğlunun adı Əlyəzər* idi. Musa ona ad verəndə: «Atamın Allahı köməyimdir, məni fironun qılıncından qurtardı», — demişdi.+  Beləliklə, qayınatası Musanın oğlanlarını və arvadını götürüb onun yanına, səhrada Allahın dağının yanında çadır qurduğu yerə gəldi.+  Yətra Musaya xəbər göndərib dedi: «Mən, qayınatan Yətra,+ arvadın və iki oğlunla birlikdə yanına gəlmişəm».  Bunu eşidən kimi Musa qayınatasını qarşılamağa çıxdı, qarşısında təzim edib onu öpdü. Onlar bir-birindən hal-əhval tutub çadıra girdilər.  Musa qayınatasına Yehovanın İsrailə görə fironun və Misirin başına nələr gətirdiyini, yol boyu çəkdikləri sıxıntıları və Yehovanın onları necə qurtardığını nəql etdi.+  Yətra Yehovanın israillilərə etdiyi yaxşılıqlara, onları Misirdən qurtardığına görə çox sevindi. 10  O dedi: «Sizi Misirdən çıxaran, fironun əlindən qurtaran, xalqı Misirin əsarətindən azad edən Yehovaya eşq olsun! 11  İndi bildim ki, Yehova bütün allahlardan ucadır,+ xalqı ilə təkəbbürlə davrananların başına gör nələr gətirib». 12  Sonra Musanın qayınatası Yətra Allaha yandırma təqdiməsi və qurbanlar gətirdi. Harun və İsrailin bütün ağsaqqalları gəlib Allahın önündə Musanın qayınatası ilə çörək kəsdilər. 13  Səhəri gün Musa həmişəki kimi oturub xalqa hakimlik etməyə başladı. Xalq da səhərdən axşamacan Musanın qarşısında dayanıb durdu. 14  Musanın qayınatası baş verənləri görəndə dedi: «Sən niyə belə edirsən? Niyə bu işi təkbaşına görürsən, xalq da səhərdən axşama kimi yanında durub gözləyir?» 15  Musa qayınatasına dedi: «Xalq Allahın hökmünü öyrənmək üçün mənim yanıma gəlir. 16  Həll olunası işləri olanlar yanıma gəlir, mən də aralarında hakimlik edir, onlara Allahın hökmünü və qanunlarını əyan edirəm».+ 17  Qayınatası Musaya dedi: «Sən düz eləmirsən. 18  Belə getsə, özün də əldən düşəcəksən, xalqı da üzəcəksən. Bu yük sənin üçün həddən artıq ağırdır, onu tək daşıya bilməzsən. 19  Gəl sənə bir məsləhət verim. Mənə qulaq as, Allah da səninlə olacaq.+ Sən xalqı Allahın hüzurunda təmsil edib xalqın işlərini Ona çatdır.+ 20  Onları qanun və qaydalardan xəbərdar et;+ hansı yolla getməlidirlər, hansı işi görməlidirlər onlara başa sal. 21  Bundan başqa, xalqın içindən bacarıqlı,+ Allahdan qorxan, etibarlı, haram qazanca nifrət edən+ adamlar seç və onları hər min, hər yüz, hər əlli və hər on nəfərin üstündə başçı qoy.+ 22  İş qalxanda onlar xalqı mühakimə etsinlər. Çətin məsələləri sənə göndərsinlər,+ xırda məsələlərə isə özləri baxsınlar. Bu yükü onlarla birlikdə daşı. Qoy sənin üçün də asan olsun.+ 23  Elə Allahın da buyurduğu budur. Belə etsən, həm özün davam gətirərsən, həm də camaat razı qalıb arxayın evinə-eşiyinə gedər». 24  Musa qayınatasının sözünə qulaq asıb dediyi hər şeyi etdi. 25  İsraillilərin arasından bacarıqlı kişilər seçib onları hər min, hər yüz, hər əlli və hər on nəfərin üstündə başçı qoydu. 26  Beləliklə, lazım olanda onlar xalqı mühakimə edirdilər. Çətin işləri Musaya göndərirdilər,+ xırda məsələlərə isə özləri baxırdı. 27  Bundan sonra Musa qayınatasını yola saldı+ və o çıxıb öz ölkəsinə getdi.

Haşiyələr

Mənası: orada qərib.
Mənası: Allahım köməkdir.