Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 15:1—27

MÜNDƏRİCAT

  • Musa ilə israillilərin qələbə nəğməsi (1—19)

  • Məryəmin nəğməsi (20, 21)

  • Acı su şirin olur (22—27)

15  Onda Musa ilə israillilər Yehovanı tərənnüm edərək bu nəğməni oxudular:+ «Yehovanın şəninə nəğmə deyirəm, zəfər çalıb yüksəklərə ucaldı.+ Atı da, atlını da dəryada batırdı.+   Yah* gücüm, qüvvətimdir. Xilasımdır O, mənim.+ Odur mənim Allahım, Onu tərif edərəm.+ Atamın Allahıdır,+ Onu ucaldaram.+   Yehova, yenilməz cəngavər.+ Yehovadır Onun adı.+   Fironun cəng arabalarını, qoşununu dənizə atdı.+ Say-seçmə ərlərini Qırmızı dənizin sularına qərq etdi.+   Kükrəyən dalğalar onları örtdü, daş təki dərin suların dibinə getdilər.+   Ey Yehova, tükənməzdir sağ əlinin qüdrəti.+ Ey Yehova, o sağ əlin lərzə salır yağıların canına.   Böyüklüyünlə, əzəmətinlə Sənə qarşı baş qaldıranları yerə vurursan;+ Od püskürən qəzəbin onları kövşəntək yandırıb kül edir.   Nəfəsinlə* sular cəmləşdi, Bənd olub ümmanların qarşısına sədd çəkdi. Coşqun sular dənizin bağrında donub qaldı.   Düşmən dedi: “İzlərinə düşüb haqlayım! Qəniməti bölüşdürüb, könlümü şad eyləyim! Qılıncımı sıyırım, onları qanına qəltan eyləyim!”+ 10  Nəfəsini üfürdün, dəniz onları uddu;+ Qurğuşun olub əngin sularda qərq oldular. 11  Allahlar arasında Sənə tay varmı, ey Yehova?+ Kim Sənintək müqəddəsliyin zirvəsində ola bilər?+ Ey xariqələr yaradan, ehtirama, həmdə layiq Allah!+ 12  Sağ əlini uzatdın, torpaq onları uddu.+ 13  Azad etdiyin xalqa məhəbbətinlə bələdçilik edirsən.+ Qüdrətinlə onları Öz müqəddəs məskəninə aparacaqsan. 14  Eşidəndə xalqlar+ lərzəyə gələcək; Filişt sakinlərinin amanı kəsiləcək. 15  Ədum şeyxləri təşvişə düşəcək; Muab hökmdarları tir-tir əsəcək.+ Kənan sakinlərində ürək-göbək qalmayacaq.+ 16  Onları qorxu, dəhşət bürüyəcək.+ Ey Yehova, xalqın keçib gedənə qədər, Seçdiyin xalq+ çıxıb gedənə qədər Qolunun qüdrətindən quruyub daş kimi hərəkətsiz qalacaqlar.+ 17  Ey Yehova, xalqını gətirib mülkün olan dağda, Özün üçün hazırladığın məskəndə, Ey Yehova, əllərinlə qurduğun müqəddəs məkanında əkəcəksən.+ 18  Yehova əbədiyyət boyunca, sonsuzadək hökmranlıq edəcək.+ 19  Fironun atları, cəng arabaları, süvariləri dənizə baş vuranda+ Yehova dənizin sularını onların üstünə aşırdı.+ İsrail xalqı isə dənizin ortasından quru yol ilə keçdi».+ 20  Onda Harunun bacısı peyğəmbər Məryəm əlinə qaval aldı, onun ardınca bütün qadınlar da əllərində qaval rəqs edə-edə çıxdılar. 21  Məryəm kişilərə cavab olaraq oxudu: «Yehovanın şəninə nəğmə deyin, O zəfər çalıb yüksəklərə ucaldı.+ Atı da, atlını da dəryada batırdı».+ 22  Sonra Musa Qırmızı dənizin sahilindən yola düşüb İsraili Şur səhrasına gətirdi. Onlar səhra ilə üç gün yol getdilər, amma su tapa bilmədilər. 23  Gəlib Maraha çatdılar,+ amma oranın suyu acı olduğundan içə bilmədilər. Buna görə də həmin yerin adını Marah* qoydular. 24  Onda xalq: «İndi biz nə içək?» — deyə Musadan giley-güzar etməyə başladı.+ 25  O, Yehovaya yalvardı+ və Yehova ona balaca bir ağac göstərdi. Musa onu suya atdı, su şirinləşdi. Orada Allah onlara qanun və fərman verdi və onları sınadı.+ 26  O dedi: «Əgər sözümə diqqət kəsilsəniz, Mənə məqbul işlər görsəniz, əmrlərimə qulaq assanız və cəmi qanunlarıma tabe olsanız,+ onda Mən, Allahınız Yehova sizi misirlilərə göndərdiyim azarların heç birinə düçar etməyəcəyəm.+ Çünki Mən, Yehova sizə şəfa verən Allaham».+ 27  Bundan sonra onlar Elimə gəldilər. Orada on iki bulaq və yetmiş xurma ağacı var idi. Onlar həmin yerdə suyun yanında düşərgə saldılar.

Haşiyələr

Yehova adının qısa forması.
Hərfən: burun pərlərindən çıxan nəfəslə.
Mənası: acılıq.