Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 13:1—22

MÜNDƏRİCAT

  • Bütün ilkinlər Yehovaya məxsusdur (1, 2)

  • Mayasız çörək bayramı (3—10)

  • Bütün ilkin oğlanlar və erkək heyvanlar Allaha həsr olunur (11—16)

  • Allah İsraili Qırmızı dənizə tərəf aparır (17—20)

  • Bulud sütunu və alov sütunu (21, 22)

13  Yehova yenə Musa ilə danışıb dedi:  «İsraillilərin içində kişi cinsindən olan bütün ilkinləri Mənim üçün ayırın. İlk doğulan oğlan uşaqları, eləcə də heyvanların erkək balalarından birincisi Mənə məxsusdur».+  Musa xalqa dedi: «Misirdən, köləlik evindən çıxdığınız bu günü unutmayın.+ Yehova sizi Öz qüvvətli əli ilə oradan çıxardı.+ Buna görə də mayalı heç nə yeməyin.  Siz bu gün, əviv* ayında buradan çıxırsınız.+  Yehova sizi kənanilərin, hetlərin, amorilərin, hivilərin və yəbusilərin torpağına,+ ata-babalarınıza and içib sizə verməyi vəd etdiyi süd-bal axan diyara gətirəndə bu ayda bu ayini icra edin.+  Yeddi gün mayasız çörək yeyin.+ Yeddinci gün Yehovanın şərəfinə bayram keçirilməlidir.  Yeddi gün mayasız çörək yeyilməlidir;+ yan-yörənizdə mayalı heç nə saxlamayın.+ Yaşadığınız ərazinin heç bir yerində mayalıq xəmir olmamalıdır.  Həmin gün qoy hər kəs öz oğluna belə desin: “Bunları Yehovanın mənə yaxşılıq edib Misirdən çıxardığına görə edirəm”.+  Qoy bu bayram, sanki, əlinizdə, alnınızda nişan olub sizə o hadisəni xatırlatsın,+ beləcə, Yehovanın qanunu dilinizdən düşməsin. Axı Yehova güclü əli ilə sizi Misirdən çıxarıb. 10  Hər il bu vaxt bu göstərişə əməl edin.+ 11  Yehova sizi kənanilərin torpağına, and içib sizə və ata-babalarınıza verməyi vəd etdiyi diyara gətirəndə+ 12  ilk doğulan oğlan uşaqlarının, eləcə də sahib olduğunuz heyvanların birinci erkək balalarının hamısını Yehovaya həsr edin. Erkək heyvanlar Yehovaya məxsusdur.+ 13  Eşşəyin birinci balasının əvəzinə qoyun verib onu satın almalısınız. Almasanız, boynunu sındırmalısınız. İlk doğulan oğullarınızı satın almalısınız.+ 14  Sonralar oğlunuz sizdən bunun nə demək olduğunu soruşanda deyərsiniz: “Yehova bizi güclü əli ilə Misirdən, köləlik evindən çıxarmışdı.+ 15  Firon inad edib bizi buraxmaq istəməyəndə+ Yehova Misir torpağında bütün ilk doğulanları, insanların ilk uşaqlarını və heyvanların birinci balasını öldürmüşdü.+ Buna görə də heyvanlarımızın birinci balasını Yehovaya qurban gətiririk, ilk oğullarımız üçün isə fidyə veririk”. 16  Qoy bu, əlinizdə və alnınızda nişan olub sizə o hadisəni xatırlatsın.+ Axı Yehova güclü əli ilə bizi Misirdən çıxarıb». 17  Firon xalqı buraxanda Allah onları, yaxın olsa da, filiştlilərin* ölkəsinə gedən yolla aparmadı. Çünki Allah dedi: «Birdən onlar döyüşməli olduqlarını görüb, fikirlərindən dönər və Misirə qayıdarlar». 18  Buna görə də Allah xalqı dolayı yolla, Qırmızı dəniz səhrası ilə apardı.+ İsraillilər Misirdən nizamlı bir qoşun kimi çıxmışdılar. 19  Musa Misirdən Yusifin sümüklərini də apardı, çünki Yusif İsrail oğullarına and içdirib demişdi: «Allah mütləq sizə nəzər salacaq. Onda mənim sümüklərimi də özünüzlə apararsınız».+ 20  Onlar Suqqutdan çıxıb səhranın kənarında, Etamda düşərgə saldılar. 21  Yehova qarşıda gedib onlara bələdçilik edirdi. Gündüzlər bulud sütunu,+ gecələr isə alov sütunu ilə onlara yol göstərirdi. Beləcə, onlar gecə də, gündüz də yollarına davam edirdilər.+ 22  Gündüz bulud sütunu, gecə isə alov sütunu camaatın önündən ayrılmırdı.+

Haşiyələr

Bəzi mənbələrə əsasən, filistimlilər.