Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 11:1—10

MÜNDƏRİCAT

  • Onuncu bəla elan olunur (1—10)

    • Xalq misirlilərdən qızıl-gümüş istəməlidir (2)

11  Yehova Musaya dedi: «Fironun və Misirin üstünə bir bəla da göndərəcəyəm. Onda o, sizi buraxacaq.+ Nəinki buraxacaq, hətta buradan qovacaq.+  Get xalqa de ki, kişili-qadınlı hər kəs qonum-qonşudan qızıl-gümüş əşyalar istəsin».+  Yehovanın rizası ilə misirlilər israillilərə yaxşı münasibət göstərdilər. Üstəlik, Musa da Misirdə fironun əyanlarının yanında və xalq arasında hörmət qazanmışdı.  Musa dedi: «Yehova Allah belə deyir: “Gecə yarısı Misirdən keçəcəyəm.+  Misirdə taxtda oturan firondan tutmuş dəyirmanda dən üyüdən qarabaşın övladınadək hamının ilk doğulan uşağı, bütün heyvanların ilk doğulan balası öləcək.+  Bütün Misir torpağında elə ah-fəğan qalxacaq ki, beləsi heç vaxt olmayıb, olmayacaq da.+  İsraillilərin isə başından bir tük belə, əskik olmayacaq, heyvanlarının üstünə it də hürməyəcək, belə ki, Yehovanın israilliləri misirlilərdən fərqli tutduğunu biləsən”.+  Bütün xidmətçilərin yanıma gələcək, qarşımda baş əyib: “Sən də, bütün xalqın da çıxın gedin”,+ — deyib yalvaracaqsınız. Onda mən gedəcəyəm». Musa bunları deyib qəzəb içində fironun yanından çıxdı.  Onda Yehova Musaya dedi: «Firon sizə qulaq asmayacaq,+ amma bu ona görədir ki, Misir torpağında möcüzələrim çoxalsın».+ 10  Musa və Harun bütün bu möcüzələri fironun qarşısında göstərdilər,+ ancaq Yehova fironun ürəyini daş elədi və o, israilliləri ölkəsindən buraxmadı.+

Haşiyələr