Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Çıxış 10:1—29

MÜNDƏRİCAT

  • 8-ci bəla: çəyirtkələr (1—20)

  • 9-cu bəla: zülmət qaranlıq (21—29)

10  Yehova Musaya dedi: «Fironun yanına get. Mən onun və xidmətçilərinin ürəklərini daş etmişəm ki,+ onun önündə bu əlamətləri göstərim,+  həm də sən Misiri necə sərt cəzalandırdığımı, onlara hansı əlamətləri göstərdiyimi oğullarına və nəvələrinə danışa biləsən.+ Beləcə, biləcəksiniz ki, Mən Yehovayam».   Musa ilə Harun fironun hüzuruna gedib dedilər: «İbranilərin Allahı Yehova belə deyir: “Nə vaxta qədər Mənə boyun əyməyəcəksən?+ Xalqımı burax, gedib Mənə ibadət etsin.  Əgər yenə də xalqımı buraxmasan, sabah ölkənə çəyirtkə göndərəcəyəm.  Onlar yerin üzünü elə örtəcək ki, torpaq görünməz olacaq. Sizin üçün doludan nə qalıbsa yeyib qurtaracaq, ölkənizdəki ağacları tələf edəcək.+  Onlar sənin evlərinə, xidmətçilərinin evlərinə, Misirdəki bütün evlərə dolacaqlar. O qədər çox olacaqlar ki, belə şey ata-babalarınız bu ölkədə yurd salandan indiyədək görünməyib”».+ Bunu deyib Musa fironun hüzurundan çıxdı.  Onda əyanları firona dedilər: «Haçanacan bu adam bizə hədə-qorxu gələcək?* Qoy getsinlər, Allahları Yehovaya ibadət etsinlər. Məgər görmürsən, Misir viranəliyə çevrilir?»  Musa ilə Harunu fironun yanına gətirdilər. Firon onlara dedi: «Gedin, Allahınız Yehovaya ibadət edin. Amma deyin görüm kimlər gedəcək?»  Musa cavab verdi: «Cavanlar da, yaşlılar da, oğul-qızlarımız da bizimlə gedəcək, qoyun-quzularımızı və mal-qaramızı da özümüzlə aparacağıq,+ çünki Yehovanın şərəfinə bayram keçirməliyik».+ 10  Cavabında firon dedi: «Hə, demək, Yehova sizinlədir? Ay-hay, mən sizi uşaqlarınızla bir yerdə buraxdım, siz də getdiniz.+ Bilirəm, sizin nə isə bir fırıldağınız var. 11  Yox, elə şey yoxdur! Yehovaya ibadət etmək istəmirdiniz? Kişiləri götürün, gedin». Firon bunu deyib onları qovdu. 12  Yehova Musaya dedi: «Əlini Misirin üzərinə uzat, qoy Misiri çəyirtkə bassın, bütün bitkiləri, doludan qalan hər şeyi yeyib qurtarsın». 13  Musa dərhal əsasını Misirin üzərinə uzatdı və Yehovanın hökmü ilə o gün bütün günü və bütün gecəni şərq küləyi əsdi. Səhər açılanda şərq küləyi çəyirtkələr gətirdi. 14  Çəyirtkələr Misirə dolub ölkənin hər tərəfinə yayıldılar.+ Bu, əsil fəlakət idi.+ Əvvəllər Misirdə bu qədər çəyirtkə olmamışdı, bundan sonra da olmayacaqdı. 15  Onlar yerin üzünü elə örtdülər ki, ölkə qara rəngə boyandı. Onlar doludan qalan bütün bitkiləri və ağacların meyvələrini yedilər. Bütün Misir torpağında nə ağaclarda bir yaşıl yarpaq qaldı, nə də yerdə bir ot. 16  Firon dərhal Musa ilə Harunu çağırıb dedi: «Mən Allahınız Yehovaya və sizə qarşı günah etmişəm. 17  Nə olar, axırıncı dəfə günahımdan keçin, Allahınız Yehovaya dua edin ki, bu bəlanı məndən uzaqlaşdırsın». 18  Musa fironun yanından çıxıb Yehovaya dua etdi.+ 19  Yehova küləyin istiqamətini dəyişib güclü qərb küləyi əsdirdi. Külək çəyirtkələri sovurub Qırmızı dənizə tökdü. Bütün Misir ölkəsində bir dənə də olsun çəyirtkə qalmadı. 20  Amma Yehova fironun ürəyini daşa döndərdi+ və o, israilliləri buraxmadı. 21  Sonra Yehova Musaya dedi: «Əlini göyə tərəf uzat, qoy bütün Misir ölkəsi üzərinə qaranlıq çöksün, zülmət qaranlıq». 22  Musa dərhal əlini göyə sarı uzatdı və bütün Misir torpağında üç gün qatı zülmət oldu,+ 23  göz-gözü görmürdü. Üç gün heç kim evdən bayıra çıxmadı. Amma israillilərin yaşadığı yer işıq idi.+ 24  Firon Musanı çağırıb dedi: «Gedin, Yehovaya ibadətinizi eləyin.+ Uşaqlarınızı da aparın. Amma qoyun-quzunuz, mal-qaranız burada qalsın». 25  Musa isə dedi: «Qurban gətirmək üçün bizə heyvanları da verməlisən ki, onları Allahımız Yehovaya təqdim edək.+ 26  Sürülərimizi özümüzlə aparmalıyıq. Gərək bir heyvan da qalmasın, Allahımız Yehovaya ibadət edəndə onlar lazımımız olacaq. Ora çatmamış isə bilə bilmərik, Yehovaya ibadət edəndə nəyi qurban gətirməliyik». 27  Bu məqamda Yehova fironun ürəyini daşa döndərdi və o, israilliləri buraxmağa razı olmadı.+ 28  Firon Musaya dedi: «Rədd ol gözümün qabağından! Bir də gözümə görünsən, özünü ölmüş bil!» 29  Musa cavabında dedi: «Yaxşı, sən deyən olsun. Bir də gözünə görünməyəcəyəm».

Haşiyələr

Hərfən: tələ olacaq.