Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Yaqub 5:1—20

5  Ey varlılar, başınıza gələcək bəlalardan ötrü ağlayıb fəğan edin.  Var-dövlətiniz çürüyüb, pal-paltarınızı güvə yeyib.  Qızılınız, gümüşünüz pas atıb və bu pas sizin əleyhinizə şahidlik edəcək və ətinizi yeyəcək. Siz axır günlər üçün başınıza sanki alov yığırsınız.  Baxın, tarlalarınızı biçənlərə vermədiyiniz zəhmət haqqı fəryad edir, biçinçilərin imdad harayı göydəki orduların Başçısı Yehovanın qulağına çatıb.  Siz dünyada təmtəraqla yaşayıb kef çəkmisiniz. Siz ürəyinizi qətl günü üçün bəsləyib kökəltmisiniz.  Siz salehi məhkum edib öldürdünüz. Bilin, o, sizə qarşıdır!  Buna görə də qardaşlar, Ağamızın iştirakına qədər səbirli olun. Əkinçi ilk və son yağışlar yağıb qurtaranacan torpaqdan alacağı qiymətli məhsulu səbirlə gözləyir.  Siz də səbirli olun. Qoy ürəyiniz əzmli olsun, axı Ağamızın iştirakı yaxındır.  Qardaşlar, bir-birinizdən gileylənməyin, yoxsa məhkum olarsınız. Budur, Hakim qapıda durub. 10  Qardaşlar, pisliyə qatlaşmaqda və səbirli olmaqda Yehovanın adından danışmış peyğəmbərlərdən nümunə götürün. 11  Budur, biz axıradək dözənləri xoşbəxt adlandırırıq. Siz Əyyubun dözümü haqqında eşitmisiniz və Yehovanın verdiyi xeyir-duanı görmüsünüz. Yehova çox nəvazişli və mərhəmətlidir. 12  Qardaşlar, ilk növbədə and içməyi tərgidin. Nə göyə, nə yerə, nə də başqa bir şeyə and içməyin. Qoy «bəliniz» bəli, «xeyr» sözünüz xeyr olsun ki, məhkum edilməyəsiniz. 13  Aranızda kimsə çətinliklərlə üzləşirmi? Qoy durmadan dua etsin. Kefi kökdürmü? Qoy mədh nəğmələri oxusun. 14  Aranızda xəstə* olan varmı? Qoy yığıncağın ağsaqqallarını çağırsın. Onlar Yehovanın adı ilə onun başına yağ sürtüb onun üçün dua edərlər. 15  İmanla edilən dua xəstəni sağaldacaq və Yehova onu ayağa qaldıracaq. Əgər günah işləyibsə, təqsiri bağışlanacaq. 16  Buna görə də bir-birinizin qarşısında günahlarınızı açıq etiraf edin və sağalmaq üçün bir-birinizdən ötrü dua edin. Salehin hərarətli duasının böyük qüvvəsi var və yaxşı nəticələri olur. 17  İlyas da bizim kimi adi bir insan idi. Ancaq o, duada xahiş etdi ki, yağış yağmasın və həmin ərazidə üç il altı ay yağış yağmadı. 18  Sonra yenə dua etdi və göydən yağış yağdı, torpaq bar verdi. 19  Qardaşlarım, sizlərdən kimsə həqiqət yolunu azarsa və digəri onu geri qaytararsa, 20  bilin ki, günahkarı səhv yoldan qaytaran onu ölümdən qurtarmış olur və bir çox günahları örtür.

Haşiyələr

Çox güman burada ruhani xəstəlik nəzərdə tutulur